Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1295/2025 04.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Qəhrəman oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi ilə Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş 2*.11.2*24-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs tərəfindən *1.1*.2*24-cü il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində bugünə qədər məlumat təqdim edilməmişdir. Bunun nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Gəncə Şəhər Məhkəməsinin 26.12.2*24-cü tarixli, 3(125)-4136/2*24 nömrəli qərarı ilə Şəxs-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 2*.11.2*24-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata Elektron Məhkəmə İnformasiya sistemindən çıxarılmış sorğuya əsasən Şəxs-nin mülkiyyətində nəqliyyat vasitəsi (“MMZ 45*2” yük markalı, 2*-AC-757 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi) olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qərardan Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsi apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 17.*3.2*25-ci il tarixli, 3(1*4)-147/2*25 nömrəli qərarı ilə Gəncə Şəhər Məhkəməsinin 26.12.2*24-cü tarixli, 3(125)-4136/2*24 nömrəli qərarını ləğv etmiş və iş yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan qərar qəbul etmişdir. Hazırkı işə baxılarkən Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Gəncə şəhər Baş Polis İdarəsi X2 Şöbəsinin nümayəndələsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmçinin, Şəxs-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada bildirişlər göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə bildirişlərindən birinin göndərildiyi məktubun ünvana çatması barədə xəbərnamədən bildirişin göndərildiyi ünvanda bacısı - Ə.Nuriyeva tərəfidən qəbul edildiyi qeyd olunmuşdur. Məhkəmə, Şəxs-nin nümayəndəsinin iştirakını təmin etmək məqsədilə məhkəmənin kuryeri vasitəsilə məhkəmə bildirişini protokolda hüquqi şəxs Şəxs-nin ünvanı olaraq qeyd edilmiş Gəncə şəhəri, Aqil Məmmədov 25 ünvanına göndərmiş, lakin həmin ünvanda bir sakin qapını açaraq, kuryerə buranın yaşayış evi olduğunu, həmin ünvanda Şəxs adlı hüquqi şəxs və ya hüquqi şəxsin nümayəndəsinin olmadığını, ümumiyyətlə bu ünvanın hər hansı hüquqi şəxsə aidiyyəti olmadığını bildirmişdir. Məhkəmə barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, Şəxs-nin barəsində tərtib edilmiş 2*.11.2*24-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş mаteriаllаrındа оlаn və məhkəmə bаxışındа tədqiq edilmiş DİN DYP Web Portalından çıxarışdan görünür ki, Şəxs-nin mülkiyyətində (istifadəsində) olan “MMZ 45*2” yük markalı, 2*-AC-757 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi bildirilmiş və inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın verilməsi xahiş olunmuş, bu məlumatın verilməməsinə görə İnzibаti Xətаlаr Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq məktubu göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Gəncə Şəhər Məhkəməsi 21 aprel 2*25-ci il tarixli məktubla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə Şəxs adlı hüquqi şəxsin mövcud olub-olmaması, mövcuddursa, bununla bağlı müvafiq məlumatların verilməsi barədə sorğu vermişdir. Sorğuya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsindən *2 may 2*25-ci il tarixli 3-21-2-18/2-54655/2*25 nömrəli cavabla bildirmişlər ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumtlarına görə Şəxs adında hüquqi şəxsin mövcud olmağı barədə məlumat aşkar edilməmişdir. Şəxs -nin abreviatura olması ehtimal edildiyi səbəbilə məhkəmə icraatında olan sənədlərlər hüquqi şəxs barəsində hər hansı məlumat (hüquqi ünvan, rəhbəri, fəaliyyət növü və s.) göstərilərək müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə İXM-nin 83.1-ci və 84.1-ci maddələrinə əsasən işin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə *5 may 2*25-ci il tarixli məktubla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə Şəxs adlı hüquqi şəxsin mövcud olub-olmaması barədə protokola əlavə edilmiş sənədlərlə birlikdə sorğu vermişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 23 may 2*25-ci il tarixli 3-21-2-18/2-63626/2*25 nömrəli cavabından görünür ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən Şəxs adlı hüquqi şəxs barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 noyabr 2*21-ci il tarixli plenum qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs adlı hüquqi şəxs mövcud olmadığından ona istinad edilən inzibati xəta hadisəsi (nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində verilməməsi) də mövcud ola bilməz. Buna görə də, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 4*, 48-53, 61, 114, 128-13*-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 2*.11.2*24-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-1295/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1295/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver