Məhkəmə qərarları › İş №3(125)-1296/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1296/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1296/2025 14.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin sahə rəisi X5 tərəfindən X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X3, ona məxsus avtomobilin şüşəsini qırmış və polisin qanuni tələbinə tabe olmamış, nəticədə Azərbayan Respublikasının İXM-in 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin sahə rəisi X5 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 18:50 radələrində adı polisə sonradan məlum olan X3 polisin qanuni tələbinə tabe olmamış, polis əməkdaşları onu nizam-intizama dəvət etdikdə o, öz əməlinə məhəl qoymamışdır. Bununla da X3 İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, onun barəsində qəbul olunacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 bildirmişdir ki, o, emosional vəziyyətdə olduğu üçün özünə məxsus nəqliyyat vasitəsinin şüşələri qırmışdır. Daha sonra eyni emosional vəziyyət davam etdiyi onu sakitləşdirməyə çalışan polis əməkdaşları razılaşmamışdır. Qeyd edilən hallarla bağlı onun haqqında hazırkı icraat başlamışdır. Gərginlik səbəbindən qeyd edilən hallara yol verdiyi üçün peşmandır və bu hal bir daha təkrarlanmayacaq, buna görə barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxmini 18:50 radələrində radiostansiya vasitəsiylə dövlət qeydiyyat nömrəsi saxta olan və konstitusiya dəyişikliyi ilə yanaşı ban şüşələri plyonka çəkilmiş nəqliyyat vasitəsini H. Əliyev prospektdə hərəkətdə idi. O, əraziyə yaxın olduğundan dərhal həmin istiqamətə yaxınlaşıb və 1-ci Polis şöbəsinin yanında həmin nəqliyyat vasitəsini idarə edən Hacıyev Cəmşid oğlu olduğu müəyyən edilmişdir. Onlar sürücüyə dəfələrlə nəqliyyat vasitəsinin duracağa yerləşdirəcəyini, onlarla DYPŞ-nin mühafizə olunan duracağına getməyi tələb etsələrdə, sürücü atası, Şəxs gəldikdən sonra gedəcəyini bildirmişdir. Onlar sürücünün tabe olmadığına görə ərazidə xidmətdə olan PPX-ni köməyə çağırdılar. Sürücü PPX-nı gördükdən sonra tabe olub nəqliyyat vasitəsini DYPŞ-nə aparacağını dedi və ekipaj yoldaşı olan polis baş serjantı X4 yanına əyləşən DYPŞ-nə getdilər. Sürücü inzibati binaya daxil olduqdan sonra atası Şəxs gələrək nəqliyyat vasitəsinin üzərindəki saxta nömrəsi olan C393HA799 seriyalı Rusiya dövlətinə məxsus olan nömrəsinin çıxarıb, Azərbaycan Respublikasına məxsus **-GA-*** d.q.n. nəqliyyat vasitəsinə bağladı və onlara nəqliyyat vasitəsini buraxmayacaqları təqdirdə nəqliyyat vasitəsini əzəcəyini yandıracağını deyərək, hədə qorxu gəlməyə başladı. Onlar həmin vətəndaşı dəfələrdə xəbərdarlıq etsələr də, o, yerdəki daş qırıqlarını götürüb nəqliyyat vasitəsinin şüşələrini qırıb, inzibati binada səs-küy salıb insanların və ətrafdakıların dincliyini nümayışkəranə şəkildə pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7, X6 ilə eyni məzmunlu ifadə verərək Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-ci maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün və şahidin izahatı, barəsində tərtib edilmiş protokol və digər sənədlər ilə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində daha ciddi xəta nəzərdə tutulan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar