Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1297/2025 14.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, tələbkar X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx.xx.1987-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-1721/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 8 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-199/2024 nömrəli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş Leyla, xx.xx.2011-ci il tarixdə anadan olmuş Nəzrin və xx.xx.2017-ci il tarixdə anadan olmuş Yeganə adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 540 manat sabit pul məbləğində aliment Şəxs tutulub X6 verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-199/2024 nömrəli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş Leyla, xx.xx.2011-ci il tarixdə anadan olmuş Nəzrin və xx.xx.2017-ci il tarixdə anadan olmuş Yeganə adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 540 manat sabit pul məbləğində aliment Şəxs tutulub X6 verilməlidir. İcra sənədi icraatda daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək ona borcunu ödəmək təklif edilmiş, lakin o, müxtəlif bəhanələrlə icradan yayınmaqla qaçıb gizlənmişdir. Buna görə də Şəxs brəsində xx.xx.2024-cü il tarixli, 3(125)-1721/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 8 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Buna baxmayaraq Şəxs barəsində çıxarılmış məhkəmə qərarından və görülmüş bütün məcburi icra tədbirlərindən nəticə çıxarmamış, icra sənədinin icrasından qərəzli surətdə boyun qaçırmışdır. Məhkəmə qətnaməsinin qəbul olunmasından keçən müddət ərzində Şəxs 7.970 manat məbləğində aliment borcu vardır. Hazırda da Şəxs borcunu ödəməkdən qərəzli olaraq yayınır. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, o, qərəzli olaraq aliment borcunu ödəməkdən boyun qaçırmır. O, tələbkar X8 ilə əldə etdiyi razılığa uyğun olaraq, hissə-hissə həmin şəxsə olan aliment borcunu ödəyəcəkdir. Hal-hazırda isə aliment borcundan 450 manat ödəniş etmişdir. Sonda Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X8 məhkəməyə ərizə təqdim edərək izahatında göstərdi ki, Şəxs hər ay hissə-hissə ona olan borcunu ödəyəcəyinə dair vəd vermiş və bu barədə onunla Şəxs arasında razılıq əldə edilmişdir. Bundan başqa Şəxs aliment borcundan ona 450 manat ödəniş etmişdir. Buna görə də o, hazırda inzibati xəta haqqında protokola baxılmasını, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını tələb etmir. Sonda X1 Ramin Rafiq oğlu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Göründüyü kimi borclu tələbkara aliment borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürərək tələbkarla razılıq əldə etmişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın və icra məmurunun izahatlarını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata işin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını nəzərə alaraq xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №3(125)-1297/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1297/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver