Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1298/2025 14.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(015)-420/2020 saylı icra sənədinə əsasən Şəxs iki uşağın saxlanılması üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə tutulması qət edilmişdir. Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(015)- 420/2020 nömrəli icra sənədinə əsasən Şəxs hər ay 260 manat alınaraq X2 ödənilməsi qət edilmiş, borclu Şəxs aliment borcunu ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi imkanının olmadığını, möhlət verilərsə yavaş-yavaş aliment borcunu ödəyə biləcəyini göstərdi. İnzibati materiala əlavə edilmiş Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(015)-420/2020 saylı icra vərəqəsindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(015)-376/2011 saylı məhkəmə əmrinə əsasən Şəxs tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin X1 xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Quliyev X5 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(015)-420/2020 saylı icra sənədi üzrə aliment borcunu ödəmədiyini bildirmişdir. xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(015)-420/2020 saylı icra sənədi üzrə icraat başlanmışdır. xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, icra sənədinin icrası məqsədi ilə Şəxs tələbin könüllü icrası barədə məlumatlandırılmışdır. xx.xx.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, borclu Şəxs borcunu ödəmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdar edilmişdir. Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Şəxs barəsində Gəncə Şəhər BPİ-nin 4-cü Polis Bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə 558431 saylı axtarış işi açılmışdır. İnzibati materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunaraq izahatı alınmış, icra sənədi üzrə bu günədək 600 manat ödəniş etdiyini, cəmi 25358,20 manat məbləğində aliment borcu olduğunu və ödəmək fikri olmadığını göstərmiş, borcunu ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdar edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta İXM-in 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 17:10-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-1298/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1298/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver