Məhkəmə qərarları › İş №3(125)-13/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-13/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-13/2024 04.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2588/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən icra məmurunun qanuni tələbinə tabe olmayıb aliment borcunu ödəməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs icra məmuru tərəfindən xx.xx.2023-cü il, saat 16:45-ə təyin edilmiş məhkəmə iclasına gətirilmiş, lakin o, məhkəmə iclası keçirilənədək məhkəmənin inzibati binasından qaçmışdır. Şəxs həmin məhkəmə iclasından qaçdığı üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-3335/2023 saylı qərarına əsasən barəsində axtarış elan olunaraq tapılıb Gəncə Şəhər Məhkəməsinin inzibati binasına məcburi qaydada gətirilməsi qərara alınmış, lakin Şəxs məhkəməyə təqdim edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-3335/2023 saylı qərarına əsasən Şəxs məhkəməyə gətirilməsi mümkün olmadığından onun məhkəmə iclasında iştirakı təmin edilənədək işin icraatı dayandırılmışdır. İnzibati xətanın törədildiyi xx.xx.2023-cü il tarixdən 1 ildən artıq müddət keçdiyindən iş üzrə icraata xitam verilməsi məsələsinə baxılması üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-13/2024 saylı qərarına əsasən iş üzrə icraat təzələnmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixindən 1 ildən artıq müddət keçmişdir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxsin inzibati məsuliyyətə cəlb oluna bilməməsi barədə inzibati xətalar qanunvericiliyinin tələbini və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar