Məhkəmə qərarları › İş №3(125)-1316/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1316/2023

29.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1316/2023 29.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polkovnik leytenantı Elvin Hümbətovun, Zərərçəkmiş şəxs X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə anası X2 ünvanına ictimai yerdə nalayiq ifadələr işlətmişdir. Ona görə də barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polkovnik leytenantı Elvin Hümbətov inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, rəsmi olarq heç bir yerdə işləmir. X4 onun anasıdır. O, uzun illərdir ki, Rusiya Federasiyasında yaşamışdır. O, 3 aydır ki, Rusyadan Azərbaycana qayıtmışdır. O, qayıdandan sonra anasına məxsus olan və onunda yaşadığı evi anası Şəlalə bacısının adına keçirdiyini bilmişdir. Anası bu hərəkəti ona pis təhsir etmişdir. Bunun üstündə aralarında dəfələrlə sözlə mübahisələri olmuşdur. xx.xx.2023-cü il tarixdə o, evdə olan zaman dostları ona zəng edərək onun yaşadığı evə gəlmək istədiklərini və evin həyətində kabab bişirmək istəmələrini təklif etmişlər. O, da onlara razılıq vermişdir. Bundan sonra o, evdə kömür olduğunu, lakin kömürü yandırmaq üçün heç nə olmadığından qəsəbənin mərkəzinə gedərək, mağazadan benzin almışdır. O, evə qayıdan zaman yolda anasını görmüşdür. Bu zaman anası ona hara gediyini soruşan zaman o, zarafatla anasına evi yandırmağa getdiyini demişdir. Bu zaman anası onu ciddiyə alaraq onunla mübahisə etməyə başlamışdır. O, oradan uzaqlaşdıqdan sonra ona məlum olmuşdur ki, anası onun barəsində polisə ərizə ilə şikayət edibdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, oğlu Zaur əvvəllər təhsil alsa da, universitetdən çıxaraq tüfeyli həyat tərzi sürməyə başlamışdır. Hadisədən bir gün qabaq oğlu Zaur tanışlarının yas yerində olmuşdur. Səhərisi gün yas evinin sahibi Şəlaləyə zəng edərək yasda yığılan pulun ortadan itdiyini bildirmiş, oğlu Zaura zəng çatmadığı üçün narazılıq etmişdir. O isə zəng edəndə oğlu əsəbiləşmiş, gəlib evlərindən təxminən 500 metr aralıda onu taparaq ətrafdakı insanların yanında onu nalayiq ifadələrlə təhqir etmişdir. Zaur barəsində inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, daxili işlər orqanlarında xidmət edir. Daxil olmuş müraciət əsasında barəsində icraat aparılan Şəxs yaxınlaşmış, onu intizama dəvət etmişdir. Lakin buna baxmayaraq, Zaur anasını ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqda davam etmişdir. Buna görə də, Zauru patrul maşınına oturdaraq aidiyyəti üzrə təhvil vermişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 29 iyun 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 iyun 2023-cü il tarixdə Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yaşadığı evin yaxınlığında ictimai yerdə nalayiq ifadələrdən işlətmişdir. Ona görə də Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 29 iyun 2023-cü il tarixdən saat 16:15-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar