Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1316/2024 14.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Qazaxıstanda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə şəhəri, Hacıyev küçəsi 2-ci döngə ev 15-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X11 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:10-da Şəxs idarə etdiyi “Opel Astra” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, M.Ş.Vazeh küçəsi ilə hərəkətdə olarkən sürücü X4 idarə etdiyi “Vaz 2106” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X1 qısa müddətdə pozulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. 3 ay müddətində təqsirli digər tərəf bilinsə də hal-hazırda təqsirli o bilinir. O dönmə işığın yandırıb dönmək istəmiş lakin digər nəqliyyat vasitəsi ona yol vermədiyinə görə hadisə baş vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 müalicəsinə xərc çəkdiyini bildirirək ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X12 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Araşdırma zamanı izahatı alınmış Şəxs izahatında göstərmişdir ki, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Opel Astra” markalı **-OJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili baş etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə axşam təxminən saat 11-12 radələrində idarə etdiyi “Opel Astra” markalı **-OJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhər M.Ş.Vazeh pr-də yerləşən Qafqaz restoranından çıxıb 2ci zolaqla hərəkət edib geriyə doğru manevr etmək məqsədi ilə dönmə işığını yandırıb 1-ci zolağa daxil olub geriyə doğru manevr etmək hərəkətə başladıqda VAZ-2106 minik markalı avtomobil onun idarə etdiyi avtomobilin sol yanından vurmuşdur. Həmin avtomobildə olan sərnişin Samirə Ələkbərovadan xəsarət alıb-almamasını soruşmuşdur. Samirə Ələkbərova xəsarət almadığını bildirmişdir. Daha sonra TTYX-dən gələnlər Samirə Ələkbərovanı müayinə edərək heç bir xəsarət almadığını bildirmişdir. Bundan sonra narkoloji dispanserə gedərək orada müayinədən keçmiş, ayıq olduğu məlum olmuşdur. Hadisənin baş verməsinə səbəb, ehtiyatsızlıq olmuşdur. Araşdırma zamanı izahatı alınmış X6 izahatında göstərmişdir ki, BC kateqoriyalı sürücülük vəsiqəsi var. “VAZ 2106” minik markalı **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə axşam təxminən saat 11-12 radələrində Gəncə şəhər M.Ş.Vazeh pr-ilə şəhər istiqamətində 50-60 km/saatla hərəkət etmişdir. O, 1-ci zolaqla hərəkət edərkən 2-ci zolaqda hərəkətdə olan “Opel Astra” markalı **-OJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xəbərdaredici işığını yandırmadan qəflətən qarşısına çıxmışdır. Bu zaman əyləc sistemindən istifadə edərək sükanı sağa çəkmişdir ki, həmin avtomobil ilə toqquşmasın lakin hadisədən yayına bilməmiş həmin avtomobil ilə toqquşmuşdur. Bundan sonra narkoloji dispanserə gedərək orada müayinədən keçmiş, ayıq olduğu məlum olmuşdur Araşdırma zamanı izahatı alınmış X3 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam təxminən saat 11 radələrində Qafqaz restoranın qarşısında evinə getmək üçün taksi sifariş etmişdir. Bu zaman taksi şirkətindən onun qeyd etdiyi ünvana “VAZ 2106” minik markalı **- CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil göndərilmişdir. O həmin avtomobilin arxa oturacağında əyləşmişdir. Bu zaman “Opel Astra” markalı **-OJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil arxa tərəfdən onun olduğu avtomobilə dəymişdir. O, hadisədə həyacanlandığı üçün özünü narahat hiss etmişdir. Hadisə yerinə TTYX-nin əməkdaşları gələrək onu müayinə etmiş, ciddi heçnə olmadığı bildirilmişdir. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 176 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarət – müəyyən edilmiş xəsarətlər - sol təpə və bel nahiyəsinin yumşaq toxumalarını qançır-şişlik halında əzilməsi, küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərann təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki, sürücü Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki, sürücü X7 hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs sürücülük vəsiqəsinin sürətindən görünür ki, BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək verilmişdir. İş materiallarında olan video diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər M.Ş.Vazeh pr-də yerləşən Qafqaz restoranından çıxan “Opel Astra” markalı **-OJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 2-ci zolaqla hərəkət edərkən geriyə doğru manevr etmək məqsədi ilə dönmə işığını yandırıb 1-ci zolağa daxil olub geriyə doğru manevr etmək hərəkətə başladıqda VAZ-2106 minik markalı avtomobili gözləməli olduğu halda gözləmədən avtomobili vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, video görünüt, zərər çəkmiş şəxsin izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməlidir. İXM-in 327.8-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur Bundan başqa Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X11 Şöbəsinə göndərilməlidir . Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X11 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1316/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1316/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver