Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-132/2023 28.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X8 Gəncə Regional İdarəsinin nümayəndəsi, mütəxəssis X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, "xxxx" MMCnin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X8 Gəncə Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X8 Gəncə Regional İdarəsinin müdiri X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri "xxxx" ASC-də aparılan yoxlama zamanı qanunvericiliklə sərnişindaşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyəti reysqabağı yoxlanmamış, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsi təşkil edilmədiyi üçün "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X8 Gəncə Regional İdarəsinin nümayəndəsi, mütəxəssis X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək, protokolda qeyd olunan inzibati xətanın həqiqətən Şəxs tərəfindən törədildiyini və buna görə də onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirdi ki, o, "xxxx" ASC-nin idarə heyətinin sədri vəzifəsində işləyir. O, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol ilə razı deyil. Belə ki, həmin inzibati xəta haqqında protokol tərtib olunarkən onun iştirakının təmin edilmədiyini və bu barədə ondan yaxud həmin ASC-nin nümayəndəsindən izahat belə alınmadan qanunvericiliyin tələblərinə zidd olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə ASC-nin rəhbərliyi xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanması haqqında müqavilə bağlamış, həmçinin xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin hesabına 2023-cü ilin yanvar, fevral və mart ayları üçün 5583.60 manat ödəniş edilmişdir. Həmçinin inzibati xəta haqqında qeyd olunan pozuntular həqiqətə uyğun deyil. Çünki hər səhər tezdən, yəni reysqabağı hər bir avtonəqliyyat vasitəsi və sürücülər həkim və mexaniklər tərəfindən müayinədən keçirilir. O cümlədən "xxxx" MMC-nin adının dəyişməsi ilə bağlı onların arasında bağlanmış müqavilənin ləğv edilməsi, yenidən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X8 Gəncə Regional İdarəsi ilə müqavilə bağlanmasına dair ona heç bir məlumat verilməmiş, hətta ilk müqavilə bağlanan zaman onları müqavilə bağlanması üçün tələsdirmişlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X8 Gəncə Regional İdarəsinin müdiri X3 tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla İXM-nin 326-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 09 yanvar 2023-cü il tarixində saat 05:55 radələrində "xxxx" ASC-nin avtonəqliyyat vasitələrini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi” haqqında qərarın təmin edib-etməməsi ilə bağlı monitorinq keçirilmişdir. Keçrilən monitorinq zamanı "Azər- Avtonəqliyyat” ASC-nin balansında olan avtonəqliyyat vasitələrinin heç birinin avtobus parkında reysqabağı texniki və sürücülərin tibbi müayinədən keçirilməməsi faktı aşkar olunmuş, bu fakt foto və video çəkilişlər ilə qeydə alınmışdır (surət əlavə olunur). xx.xx.2023-cü il tarixli akt əsasında "xxxx" MMC-nin direktoru Şəxs barəsində İXMnin 326-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu olan "xxxx" MMC-nin baş direktoru X5 ilə "xxxx" ASC-nin idarə heyətinin sədri Şəxs arasında bağlanmış avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanması haqqında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. "xxxx" ASC-nin Gəncə filialından verilmiş 05 yanvar 2023-cü il tarixli, 01 nömrəli ödəniş tapşırığından görünür ki, ödəyici "xxxx" ASC tərəfindən vəsaiti alan Azərbaycan Yerüstü Nəqliyyatın hesabına 5583.60 manat köçürülmüş, ödənişin təyinatı və əsasının 94 ədəd/A maşınının texniki vəziyyətinin reysqabağı yoxlanması qeyd edilmiş və 2023-cü ilin yanvar, fevral və mart ayları üçün köçürülmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdırıb, inzibati xətaya münasibətdə aşağıdakı xüsusatları qeyd etməyi zəruri hesab edir: İnzibati xəta haqqında protokol ciddi hesabat sənədi olduğundan Azərbaycan Respublikasının İXM-nin 100-cü maddəsində göstərilən hallar əsasında tərtib olunmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) törədilibtörədilməməsi sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən edir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının əsas məqsədi onların reysqabağı texniki vəziyyətinin qüvvədə olan təhlükəsizlik və istismar qaydalarının, normativlərinin, standartlarının tələblərinə uyğun olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. Həmin Qərarın 2.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Həmin Qərarın 2.3-cü bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. Həmin Qərarın 2.5-ci bəndinə əsasən Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması zamanı onların tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları, təkərlər və şinlər, mühərrik və konstruksiyanın digər ünsürləri yoxlanılır. Həmin Qərarın 3.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin (bundan sonra - sürücülər) reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Həmin Qərarın 3.5-ci bəndinə əsasən reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. Həmin Qərarın 3.6-cı bəndinə əsasən reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması təyin edilməlidir. İş materiallarının araşdırılması zamanı işin faktiki halları onu göstərir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu olan "xxxx" MMC-nin baş direktoru X5 ilə "xxxx" ASC-nin idarə heyətinin sədri Şəxs arasında bağlanmış avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanması haqqında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Səlahiyətli qurumun nümayəndəsi isə həmin müqavilənin qüvvədən düşdüyünü bildirərək məhkəməyə həmin müqavilənin qüvvədən düşməsi ilə bağlı "xxxx" ASC-nin icraçı direktorunun ünvanına məktub göndərildiyini, lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs isə onlara bu barədə hər hansı bir məktub daxil olmadığını (səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə həmin məktubun "xxxx" ASC-nin məsul əməkdaşı tərəfindən qəbul edilməsini təsdiq edən sübut təqdim edə bilmədi), o cümlədən inzibati xəta haqqında icraatın qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmədiyini və belə olan halda İXM-nin müddəalarına və prinsiplərinə əsasən onun əməlində inzibati xəta tərkibinin olmadığını qeyd etmişdir. Məhkəmə işin faktiki hallarını, həmçinin iş üzrə hər bir sənədi və sübutu hərtərəfli, obyektiv və müqayisəli şəkildə təhlil etməyi zəruri hesab edərək qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən İXM-nin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi İXM-nin 100-cü maddəsində göstərilən hallara riayət edilmədən tərtib olunmuş, o cümlədən qeyd edilən inzibati xəta inzibati xəta haqqında iş üzrə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan sadəcə müşahidə aparmaqla, o cümlədən video və foto şəkillər çəkməklə kifayətlənmiş, bu barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaxud həmin ASC-nin nümayəndəsinin izahatını almamış, o cümlədən həmin inzibati xətanı təsdiq edən digər sübutları, yəni ASC-yə məxsus nəqliyyat vasitələrini idarə edən sürücülərdən bu barədə izahat almamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, İXM-nin tələbinə əsasən inzibati xəta haqqında protokolun qanuniliyi və əsaslığı ilə bağlı mötəbər sübutları təqdim etmək vəzifəsi səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq, o cümlədən yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər Şəxs əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz və belə olan halda məhkəmə əməldə inzibati xəta tərkibinin yaranması üçün dispozisiyada müəyyən edilmiş şərtlərin olmaması qənaətinə gəlir. İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 105, 111-112, 114-115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-132/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-132/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver