Məhkəmə qərarları › İş №3(125)-132/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-132/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-132/2025 03.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsində 00900-00585/24 nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, material ilə birlikdə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “Agrigo LTD” şirkəti tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin ünvanına göndərilmiş “quşçuluq avadanlığının hissələri” yükləri “Yevlax ” gömrük postunda xx.xx.2024-cü il tarixdə **********2903 sorğu nömrəli gömrük bəyannaməsi ilə qeydiyyata alınaraq müvəqqəti saxlanc gömrük proseduru altında rəsmiləşdirilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq Şəxs MMC yükləri müvafiq gömrük proseduru altında rəsmiləşdirmək üçün müraciət etməmiş və bununlada adı çəkilən hüquqi şəxs tərəfindən mövcüd qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə iclasında Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X2 protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında materiala hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********2903 sorğu gömrük bəyannaməsindən görünür ki, “Agrigo LTD” şirkəti tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin ünvanına göndərilmiş “quşçuluq avadanlığının hissələri” yükləri “Yevlax ” gömrük postunda qeydiyyata alınaraq müvəqqəti saxlanc gömrük proseduru altında rəsmiləşdirilmişdir İş materiallarında olan Şəxs MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli SL/1/072- 24 saylı məktubdan görünür ki, 19ADK164/19ADL606 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və Eİ238000014-2 saylı invoys əsasında 55360,93 EUR dəyərində Şəxs MMC-nin ünvanına sökülü vəziyyətdə daxil olmuş quşçuluq kompleksi üçün idxal olunan yüklərin, kompleks şəkildə idxalı yekunlaşanadək 4 ay müddətinə, saxlanc proseduru altına alınmasına köməklik göstərməyi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli təkrar baxış aktından görünür ki, Şəxs MMC nümayəndəsinin iştirakı ilə müvəqqəti saxlanca götürülmüş mallara baxış həyata keçirilmiş və akt tərəflərin imzaları ilə doğurlanmışdır. İş materiallarından görünür ki, hüquqi şəxs tərəfindən 4 ay müddətinə müvəqqəti saxlanca verdiyi mallara dair saxlanc müddətinin tələbləri pozulmuşdur, bununla da hüquqi şəxs tərəfindən inzibati xətanın törədilməsini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə və protokol tərtib etmiş hüquqi şəxsin nümayəndəsinin izahatı ilə sübuta yetirilmişdir ki, Şəxs MMC tərəfindən müvəqqəti saxlanc müddətinin tələbləri pozulmuşdur. Bununla da, Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar