Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1324/2025 21.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində xx.xx.2025-ci il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2657/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 120 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir, borclu Şəxs borcunu ödəməmiş, 3687 manat aliment borcu qalmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 izahatında göstərdi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 2657/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs 1 uşağın saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir. Borclu Şəxs 5880 manat aliment borcundan müəyyən qədər ödənişlər etmiş, məhkəmə prosesi davam etdiyi müddətdə isə 500 manat ödəniş etmiş, hazırda 3187 manat borcu qalmışdır. Borclu işsizlik və ailə vəziyyəti ilə əlaqədar az məbləğdə ödənişlər edir, ancaq tələbkar borcun birdəfəlik ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında tələbkar X3 izahatında göstərdi ki, borclu alimenti vaxtlı-vaxtında ödəmədiyi üçün borcu yığılmışdır. Hazırda 500 manat ödəniş etmişdir. Qalan borcundan hər ayın 21-i 500 manat ödəniş edəcəyinə dair razılaşmış, bu barədə qəbz imzalamışdırlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, maddi vəziyyəti ilə əlaqədar vaxtlı-vaxtında ödənişlər edə bilməmişdir. Kirayədə yaşayır, himayəsində xəstə anası vardır. Təzəlikcə 500 manat ödəniş etmişdir. Qalan borcundan isə hər ayın 21-i 500 manat ödəyəcəyinə dair tələbkar X3 ilə aralarında razılıq əldə etmişdirlər. Barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati materiala əlavə olunmuş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-2657/2019 saylı icra vərəqəsindən görünür ki, Şəxs bir uşağın saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-2657/2019 nömrəli icra sənədi üzrə icraat başlanılmışdır. xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlandırılmış, həmin bildirişə imza etməklə xx.xx.2025-ci il tarixdə surətini qəbul etmişdir. xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, borclu Şəxs İcra İdarəsinə dəvət olunaraq izahatı alınmış, izahatında işsizliyi və maddi vəziyyətinin ağır olması səbəbilə ödəniş edə bilməməsini, hər ay gücü çatdığı qədər ödəniş etməyə çalışacağını göstərmişdir. xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, borcu könüllü ödəməyəcəyi təqdirdə borcluya məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Borclu Şəxs və tələbkar X3 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, tərəflər hər ayın 21-i 500 manat ödəniş ediləcəyinə dair razılaşmışdırlar. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından, təqdim olunmuş inzibati materialdan və icra işində olan sənədlərdən məlum oldu ki, borclu tərəfindən icra sənədinin icra olunmaması onun qərəzli hərəkətləri nəticəsində olmamışdır. Belə ki, İXM-in 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, borclu icra sənədi üzrə borcundan 500 manat ödəyərək yerdə qalan borcunu hər ayın 21-i 500 manat olmaqla hissə-hissə ödəyəcəyinə dair tələbkar ilə aralarında qarşılıqlı razılıq əldə etmiş və onun icra sənədini icra etməməsi üzrsüz səbəbdən olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30- 34, 53,105,106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-1324/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1324/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver