Məhkəmə qərarları › İş №3(125)-1325/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1325/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1325/2025 16.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri təqsirləndirilməsinə dair Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 16 aprel 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilir ki, vətəndaş Şəxs Gəncə şəhəri ərazisində yüksək səslə nalayiq ifadələr işlətmiş, ünvansız söyüşlər söymüşdür. 15 aprel 2025-ci il tarixdə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 15 aprel 2025-ci il tarixdə məclisdə xeyli miqdarda spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətə düşmüşdür. Belə ki, qardaşının oğlu əsgərlikdən gəldiyi üçün onun qonaqlığında olmuşdur. Qonaqlıqdan çıxan zaman avtomobili idarə etmək üçün azyaşlı oğluna vermiş və avtomobili azyaşlı uşağı idarə etmişdir. Bunu görən yol polisi əməkdaşları avtomobilə saxla işarəsi vermişlər. Avtomobili saxladıqdan sonra polis əməkdaşları azyaşlı uşağı polis avtomobilinə aparan zaman ucadan səs-küy salmışdır. Bundan sonra ora post patrul əməkdaşları gəlmişdir. Bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmiş, nalayiq ifadələr işlətməyə başlamışdır. Hazırda himayəsində 2 azyaşlı uşağı vardır. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X7 inzibati protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: 16 aprel 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, vətəndaş Şəxs Gəncə şəhəri ərazisində yüksək səslə nalayiq ifadələr işlətmiş, ünvansız söyüşlər söymüşdür. 15 aprel 2025-ci il tarixdə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. 15 aprel 2025-ci il tarixli, ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 aprel 2025-ci il tarixdə 23:35-də inzibati qaydada tutulmuşdur. Gəncə şəhər BPİ-nin DYPŞ-nin X13 Bölüyünün inspektoru, polis nəfəri, polis serjantı X2 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda ekipaj yoldaşı Kənan Kazımovla xidmətdə olan zaman **-LX-*** dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin manevretmə qaydasını pozduğunu görüb saxla işarəsi vermiş və sürücüyə yaxınlaşıb özlərini təqdim edən zaman sürücü X1 2012-ci il təvəllüdlü azyaşlı olduğu və sürücülük vəsiqəsi olmadığı məlum olmuşdur. Həmin vaxt nəqliyyat vasitəsinin sahibi Şəxs sərnişin qismində əyləşmişdi. O maşından düşərək onlara yaxınlaşıb onların ünvanına nalayiq ifadələr işlətməyə, söyüşlər söyməyə başlamışdır. Bundan sonra onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, Şəxs onların tələblərinə məhəl qoymayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. Həmin şəxsin ağzından kəskin spirtli içki iyi gəlirdi. Onlar Şəxs polis şöbəsinə dəvət etsələr də, o qanuni tələblərə qəsdən tabe olmamış, heç bir səbəb olmadan özünü yerə ataraq bir neçə dəfə yerə çırpmış, sonra isə yerdən qalxaraq başını maşınına vurmağa başlamışdır. Onlar bu zaman PPX-nin əməkdaşlarının köməyi ilə həmin şəxsi 2-ci PŞ-yə gətirmək istəmiş, lakin həmin şəxs onlara əl-qol ataraq itələmiş və yenidən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda onlar PPX əməkdaşları ilə birlikdə Şəxs patrul avtomobilinə əyləşdirmiş və 2-ci PŞ-yə gətirmişlər. Vətəndaş Şəxs polis şöbəsinin inzibati binasında da öz hərəkətlərini davam etdirmiş və ucadan nalayiq ifadələr işlədərək özünü şöbənin dəhlizində yerə çırpmış, əlləri ilə üz və baş nahiyəsinə bir neçə dəfə vurmuşdur. Onlar həmin şəxsi NH-yə təhvil vermiş və Şəxs hərəkətləri ilə bağlı raport yazmışlar. Gəncə şəhər BPİ-nin DYPŞ-nin X13 Bölüyünün inspektoru, polis nəfəri, polis baş serjantı X4 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda ekipaj yoldaşı Elmin Əsgərovla xidmətdə olan zaman **-LX-*** dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin manevretmə qaydasını pozduğunu görüb saxla işarəsi vermiş və sürücüyə yaxınlaşıb özünü təqdim edən zaman sürücü X1 2012-ci il təvəllüdlü azyaşlı olduğu və sürücülük vəsiqəsi olmadığı məlum olmuşdur. Həmin vaxt nəqliyyat vasitəsinin sahibi Şəxs sərnişin qismində əyləşmişdi. O maşından düşərək onlara yaxınlaşıb onların ünvanına nalayiq ifadələr işlətməyə, söyüşlər söyməyə başlamışdır. Bundan sonra onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, Şəxs onların tələblərinə məhəl qoymayaraq öz qanunsuz əməllərini davam etdirdi. Həmin şəxsin ağzından kəskin spirtli içki iyi gəlirdi. Onlar Şəxs polis şöbəsinə dəvət etsələr də, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamış, heç bir səbəb olmadan özünü yerə ataraq bir neçə dəfə yerə çırpmış, sonra isə yerdən qalxaraq başını maşınına vurmağa başlamışdır. Onlar bu zaman PPX-nin əməkdaşlarının köməyi ilə həmin şəxsi 2-ci PŞ-yə gətirmək istəmiş, lakin həmin şəxs onlara əl-qol ataraq itələmiş və yenidən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda onlar PPX əməkdaşları ilə birlikdə Şəxs patrul avtomobilinə əyləşdirmiş və 2-ci PŞ-yə gətirmişlər. Vətəndaş Şəxs polis şöbəsinin inzibati binasında da öz hərəkətlərini davam etdirmiş və ucadan nalayiq ifadələr işlədərək özünü şöbənin dəhlizində yerə çırpmış, əlləri ilə üz və baş nahiyəsinə bir neçə dəfə vurmuşdur. Onlar həmin şəxsi NH-yə təhvil vermiş və Şəxs hərəkətləri ilə bağlı raport yazmışlar. Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı X3 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda ekipaj yoldaşı Elmin Əsgərovla xidmətdə olan zaman **-LX-*** dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin manevretmə qaydasını pozduğunu görüb saxla işarəsi vermiş və sürücüyə yaxınlaşıb özlərini təqdim edən zaman sürücü X1 2012-ci il təvəllüdlü azyaşlı olduğu və sürücülük vəsiqəsi olmadığı məlum olmuşdur. Həmin vaxt nəqliyyat vasitəsinin sahibi Şəxs sərnişin qismində əyləşmişdi. O maşından düşərək onlara yaxınlaşıb onların ünvanına nalayiq ifadələr işlətməyə, söyüşlər söyməyə başlamışdır. Bundan sonra onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, Şəxs onların tələblərinə məhəl qoymayaraq öz qanunsuz əməllərini davam etdirdi. Həmin şəxsin ağzından kəskin spirtli içki iyi gəlirdi. Onlar Şəxs polis şöbəsinə dəvət etsələr də, o onların qanuni tələblərinə qəsdən tabe olmamış, heç bir səbəb olmadan özünü yerə ataraq bir neçə dəfə yerə çırpmış, sonra isə yerdən qalxaraq başını maşınına vurmağa başlamışdır. Onlar bu zaman PPX-nin əməkdaşlarının köməyi ilə həmin şəxsi 2-ci PŞ-yə gətirmək istəmiş, lakin həmin şəxs onlara əl-qol ataraq itələmiş və yenidən onların qanuni tələbimizə qəsdən tabe olmamışdır. Belə olan halda onlar PPX əməkdaşları ilə birlikdə Şəxs patrul avtomobilinə əyləşdirmiş və 2-ci PŞ-yə gətirmişlər. Vətəndaş Şəxs polis şöbəsinin inzibati binasında da öz hərəkətlərini davam etdirmiş və ucadan nalayiq ifadələr işlədərək özünü şöbənin dəhlizində yerə çırpmış, əlləri ilə üz və baş nahiyəsinə bir neçə dəfə vurmuşdur. Onlar həmin şəxsi NH-yə təhvil vermiş və Şəxs hərəkətləri ilə bağlı raport yazmışlar. Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı X5 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda ekipaj yoldaşı Elmin Əsgərovla xidmətdə olan zaman **-LX-*** dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin manevretmə qaydasını pozduğunu görüb saxla işarəsi vermiş və sürücüyə yaxınlaşıb özlərini təqdim edən zaman sürücü X1 2012-ci il təvəllüdlü azyaşlı olduğu və sürücülük vəsiqəsi olmadığı məlum olmuşdur. Həmin vaxt nəqliyyat vasitəsinin sahibi Şəxs sərnişin qismində əyləşmişdi. O maşından düşərək onlara yaxınlaşıb onların ünvanına nalayiq ifadələr işlətməyə, söyüşlər söyməyə başlamışdır. Bundan sonra onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, Şəxs onlara məhəl qoymayaraq öz qanunsuz əməllərini davam etdirdi. Həmin şəxsin ağzından kəskin spirtli içki iyi gəlirdi. Onlar Şəxs polis şöbəsinə dəvət etsələr də, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamış, heç bir səbəb olmadan özünü yerə ataraq bir neçə dəfə yerə çırpmış, sonra isə yerdən qalxaraq başını maşınına vurmağa başlamışdır. Onlar bu zaman PPX-nın əməkdaşlarının köməyi ilə həmin şəxsi 2-ci PŞ-yə gətirmək istəmiş, lakin həmin şəxs onlara əl-qol ataraq itələmiş və yenidən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda onlar PPX əməkdaşları ilə birlikdə Şəxs patrul avtomobilinə əyləşdirmiş və 2-ci PŞ-yə gətirmişlər. Vətəndaş Şəxs polis şöbəsinin inzibati binasında da öz hərəkətlərini davam etdirmiş və ucadan nalayiq ifadələr işlədərək özünü şöbənin dəhlizində yerə çırpmış, əlləri ilə üz və baş nahiyəsinə bir neçə dəfə vurmuşdur. Onlar həmin şəxsi NH-yə təhvil vermiş və Şəxs hərəkətləri ilə bağlı raport yazmışlar. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsini etiraf etməklə özünün ifadəsi, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 535.1-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal olmamasını, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu 15 aprel 2025-ci il tаrixdən, saat 23:35-dən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 15 aprel 2025-ci il tаrixdən, saat 23:35-dən hesablansın. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqdim edilsin. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X8 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar