Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1327/2025 12.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, X9 haqqında qərardan şikayət vermiş şəxs X2 vəkili Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli X9 haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 vəkili şikayətlə məhkəməyə müraciət edərək, X5 barəsində Gəncə şəhər İcra Hakimiyyətinin baş memarı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli X9 haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin Baş Memarı tərəfindən Gəncə şəhəri, Nizami küçəsi döngə 8, ev 16-da yaşayan X2 barəsində xx.xx.2025-ci il tarixli MN- ******* nömrəli X8 Protokol və həmin tarixli MN-1124109 nömrəli X9 Haqqında Qərar qəbul edilmiş və ona 800 manat məbləğində cərimə cəzası tədbiq edilmişdir. Həmin Qərar və protokol X4 poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. V.Məmmədovun təqdim etdiyi sənədlərlə tanış olub, özünü dinlədikdən sonra hesab edir ki, vəzifəli şəxsin “X9 Haqqında” həmin Qərarı tam əsassız və qanunsuz olduğundan, aşağıdakılara əsasən məhkəmə qaydasında ləğv edilərək işin icraatına xitam verilməlidir. Birincisi qeyd edilməlidir ki, vəzifəli şəxs tərəfindən həmin inzibati icraat işi aparılarkən və protokol tərtib edilib qərar qəbul edilərkən, İXM-nin 99, 100, 106, 107, 108, 109, 112, 114 və 115-ci maddələrinin tələblərinə əməl edilməməklə, kobud Qanun pozuntularına yol verilmişdir. Belə ki, inzibati xəta hadisəsi baş vermədiyi halda, heç bir səbəb və əsas olmadan inzibati icraat başlanmış, inzibati xəta törədilmədiyi halda inzibati protokol tərtib edilmiş, inzibati məsuliyyətə cəlb edilən vətəndaşın izahatı alınmamış, onun xəbəri və məlumatı olmadan sənədlər yazılmış, eyni vəzifəli şəxs tərəfindən 1 gün ərzində həm inzibati xəta barədə protokol tərtib edilmiş, həm də protokola baxılaraq qərar qəbul edilmişdir. Qərar qəbul edilərkən İXM-nin 109, 112, 114 və 115-ci maddələrinin tələblərinə əməl edilməmişdir. Nəticədə vəzifəli şəxs tərəfindən inzibati icraat və inzibati xəta qanunvericiliyinin tələbləri kobud pozulmuş və vətəndaş əsassız inzibati məsuliyyətə cəlb olunmuşdur. Vəzifəli şəxs tərəfindən 1 gün ərzində tərtib olunmuş X8 Protokol və Qərarda qeyd olunmuşdur ki, guya X5 tərəfindən İXM-nin 395.1 maddəsinin tələbləri pozulmuş “Qanunsuz tikinti işləri aparılmışdır”. Qərarda qeyd edilməmişdir ki, Vüsal Məmmədov hansı qanunsuz tikinti işlərini aparmışdır. Qərarda istinad edilən İXM-nin 395.1-ci maddəsinin tələbinə əsasən şəxslər müvafiq İcra Hakimiyyəti orqanının icazəsini almadan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş, tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə məsuliyyət daşıyırlar. Tərtib edilmiş Protokol, Qərar, əlavə edilmiş fotoşəkildən və X2 verdiyi məlumatdan görünür ki, o, yaşadığı ünvan 1 ünvanında öz mülkiyyətində olan evin həyətyanı torpaq sahəsində, sahəsi təqribən 30 kv.m olan mətbəx üçün nəzərdə tutulmuş tikilinin hörgüsünə başlamışdır. Yuxarıda qeyd etdikləri maddi hüquq normalarının tələblərinə əsasən, belə tikililər üçün icazə tələb olunmadığına görə Vüsal Məmmədov tərəfindən başlanmış tikili özbaşına tikili sayılmır və həmin tikintiyə icazə tələb olunmur. Ona görə də vəzifəli şəxs tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli Protokol və həmin tarixli X9 Haqqında Qərar qanunsuz olduğundan ləğv edilməli və X2 əməlində İXM-nin 395.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 vəkili Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli X9 haqqında qərarın ləğv edilməsini və X8 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə X8 işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin vəkilinin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X8 işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən X8 iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən X8 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli MN ******* nömrəli X9 haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onun barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1715 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında “A”-43.1 kv.m 2 (iki) yaşayış otağından ibarət yaşayış evi X2 mülkiyyət hüquqi əsasında xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X8 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, X8 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində X8 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X8 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublkası İXM-nin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan X8 protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1715 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında “A”-43.1 kv.m 2 (iki) yaşayış otağından ibarət yaşayış evi X2 mülkiyyət hüquqi əsasında xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla X8 işə baxan orqanın, hazırkı halda Gəncə şəhər İcra hakimiyyətinin üzərinə qoyulsa da, həmin orqan 25 aprel 2025-ci il və 12 may 2025-ci il tarixlərə təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq səlahiyyətli orqan öz nümayəndələrinin iştiraklarını təmin etməməklə yanaşı, inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda X8 iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda X8 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X2 vəkili tərəfindən verilmiş şikayət təmin edilməli, Gəncə şəhər İcra Hakimiyyətinin baş memarı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli X9 haqqında qərar ləğv edilməli və X8 iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən X8 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X8 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X5 barəsində Gəncə şəhər İcra Hakimiyyətinin baş memarı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli X9 haqqında qərar ləğv edilsin və X8 iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1327/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1327/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver