Məhkəmə qərarları › İş №3(125)-1328/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1328/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1328/2023 13.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X6 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X6 məhkəməyə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Fərəcov X3 Sonata markalı **-DA- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarmamə ilə idarə edərkən xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Gəncə şəhəri A.M. Əhmədov küçəsində yerləşən “Qold Əminə” mağazasının qarşısı ilə Gəncə şəhəri A.M.Əhmədov küçəsinin kəsişməsinə daxil olub, Gəncə şəhəri Axundov küçəsinə doğru hərəkətdə olarkən A.M. Əhmədov küçəsinə baxmışdır ki, görsün yolun hərəkət hissəsi boşdursa hərəkətə davam etsin. Bu zaman A.M.Əhmədov küçəsi ilə sağ tərəfdən hərəkətdə olan markasını unutduğu qırmızı rəngli avtomobil saxlayaraq ona yol vermişdir. O yolun hərəkət hissəsində həmin avtomobildən başqa avtomobil görməmişdir. Axundov küçəsi istiqamətində hərəkəti davam edərkən sağ tərəfdən Chevrolet Cruze markalı **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarə etdiyi avtomobilin sağ qənəd hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobilin ön sağ qənəd hissəsi, Chevrolet markalı avtomobilin isə ön hissəsi zədələnmişdir. Sonradan Chevrolet markalı avtomobildə ön sağ oturacaqda əyləşmiş adı ona sonradan məlum olan X1 hər iki ayağı avtomobildə xəsarət aldığını bildirmişlər. Protokol tərtib etmiş Gəncə şəhəri DYPŞ-nin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də iclasda iştirak etməmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, hadisənin törədilməsində özünü qismən təqsirli bilir. Belə ki, hadisənin baş verməsi zamanı onun surəti çox olmamışdır. X5 markalı avtomobilin sürücüsü sürətlə hərəkət etmişdir. Elə ona görə də həmin avtomobildə əyləşən sərnişin xəsarət almışdır. Barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsi ilə rədd edilmiş, qəbul edilmiş qərarın surəti sürücü Şəxs Azərbaycan Respublikasın İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş “Məhkəmə Tibbi Ekspertiza və X2”nin 19 iyun 2023-cü il tarixli 904 nömrəli rəyində göstərilmişdir ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər —sağ diz oynağının toxumalarının əzilməsi, qançırı, - bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında Protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddəsi ilə inzibati xəta haqqında Protokol tərtib edilmişdir. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində icraat aparılan şəxsin səmimi etirafı iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir və iş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə işin hallarını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə onun qanunlara əməl etməsi ruhunda tərbiyələndirməyi, habelə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 118-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində göstərilmiş inzibati xətanı törətmiş hesab edilərək onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar