Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1330/2023 04.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gədəbəy rayonu, Qumlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Bölməsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Abbas Səhhət xətəxanasında sərxoş vəziyyətdə pəncərələri sındıraraq polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Abbas Səhhət xətəxanasında sərxoş vəziyyətdə pəncərələri sındıraraq polisin qanuni tələbinə tabe olmamışdır. Daha sonra polis əməkdaşlarının raportla müraciəti əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, pəncərənin sındırılması ilə bağlı təhqiqatda material olmuş, həmin material Şəxs barəsində yox X2 barəsində olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, həmin tarixdə şəhid övladının kiçik toy məclisində olmuşlar. Bu zaman evdən ona zəng gələrək atasının ayağını sındırması və xəstəxanaya aparılması barədə məlumat vermişlər. O da qohumu X4 ilə birlikdə Abbas Səhhət xəstəxanasına getmişdir. Orda olan zaman tibb bacısı həkimin olmadığını sabah gələcəyini bildirmişdir. O tibb bacısından həkimin nömrəsini almış, daha sonra zəng etmək üçün çölə çıxdıqda səs-küy olduğunu görmüşdür. Hadisə yerinə yaxınlaşdıqda polis əməkdaşları ilə qohumu İman Məmmədovun mübahisə etdiyini görmüşdür. Daha sonra polis əməkdaşlarına İman Məmmədovu aparmaması barədə bildirmişdir. Polis əməkdaşları onların hər ikisini 2-ci polis şöbəsinə aparmışdır. Ona yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə əməliyyat qrupunun rəhbəri qismində xidmətdə olarkən saat 20-21 radələrində, vət. Xəlilova Hicran Polad qızı 102 xidmətinə məlumat verərək bildirmişdir ki, Abbas Səhhət adına xəstəxanada naməlum şəxslər pəncərələri qəsdən sındırır. Dərhal əməliyyat qrupunun üzvləri ilə birlikdə xəstəxanaya getmişlər. Orda olan zaman adları onlara sonradan məlum olan X4 və Şəxs xəstəxananın pəncərələrini sərxoş vəziyyətdə sındırdıqlarını aşkar etmiş və özlərini onlara təqdim etmişlər. Onları nizam intizama dəvət etsələr də xəstəxanın mühafizə xidmətinə və onlara müqavimət göstərərək polisin qanuni tələbinə tabe olmaqdan imtina etmişlər. Daha sonra ərazidə xidmətdə olan əlavə qüvvənin köməyi ilə onları Gəncə şəhər BPİ-nin 2-cü PŞ-nə təhvil vermişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar haidsə yerinə getdikdə artıq pəncərələr sındırılmışdı. Pəncərənin məhz Şəxs tərəfindən sındırıldığını şahid olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, həmin tarixdə şəhid övladının kiçik toy məclisində olmuşlar. Bu zaman evdən Şəxs zəng gələrək atasının ayağını sındırması və xəstəxanaya aparılması barədə ona məlumat vermişlər. O da qohumu ilə birlikdə Abbas Səhhət xəstəxanasına getmişdir. Orda olan zaman tibb bacısı həkimin olmadığını sabah gələcəyini bildirmişdir. O tibb bacısına onda qohumunun sənədlərini verməsi və qohumunu başqa xəstəxanaya aparması barədə bildirmişdir. Tibb bacısı onunla kobud danışmışdır. O tibb bacısına qazi olduğunu bildirmişdir. Tibb bacısı isə ona “neyniyim qazisən” demişdir və onu itələyərək çölə çıxarmış, qapını bağlamışdır. O da qapını bağlı olduğunu görüb qapının pəncərələrini sındıraraq çölə çıxmışdır. Şəxs tərəfindən heç bir pəncərə sındırılmamışdır. Röyal yalnız hadisədən sonra ona yaxınlaşmışdır. Daha sonra polis əməkdaşları onları 2-ci polis şöbəsinə aparmışdır. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin KTQ-nun baş inspektorkriminalisti Yunis Nağıyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə əməliyyat qrupunun rəhbəri qismində xidmətdə olarkən saat 20- 21 radələrində, vət. Xəlilova Hicran Polad qızı 102 xidmətinə məlumat verərək bildirmişdir ki, Abbas Səhhət adına xəstəxanada naməlum şəxslər pəncərələri qəsdən sındırır. Dərhal əməliyyat qrupunun üzvləri ilə birlikdə xəstəxanaya getmişlər. Orda olan zaman adları onlara sonradan məlum olan X4 və Şəxs xəstəxananın pəncərələrini sərxoş vəziyyətdə sındırdıqlarını aşkar etmiş və özlərini onlara təqdim etmişlər. Onları nizam intizama dəvət etsələr də xəstəxanın mühafizə xidmətinə və onlara müqavimət göstərərək polisin qanuni tələbinə tabe olmaqdan imtina etmişlər. Daha sonra ərazidə xidmətdə olan əlavə qüvvənin köməyi ilə onları Gəncə şəhər BPİ-nin 2-cü PŞ-nə təhvil vermişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023cü il tarixdə saat 21:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin bütün hallarının müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli 1686/2023-cü il tarixli protokoldan görünür ki, Şəxs orta dərəcə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Şəxs sərxoş vəziyyətdə inzibati xətanı törətməsini məhkəm onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona 150 manat cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1330/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1330/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver