Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1331/2023 18.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Ermənistan Respublikasının Zəngibasar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi “Mersedes Benz F-240” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Fətulla Həsənov küçəsi ilə hərəkətdə olarkən idarə etməni itirərək qarşı tərəfdən hərəkətdə olan sürücü X2 hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi “Mitsubishi Pajero” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin vaxt “Mitsubishi Pajero” markalı avtomobilin arxa tərəfindən eyni istiqamətdə hərəkətdə olan sürücü X1 hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi “VAZ- 2109” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mitsubishi Pajero” markalı avtomobilin arxa hissəsindən vuraraq toqquşmaqla “Mitsubishi Pajero” markalı **-OS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Bununla da o, İXM-nin 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 xx.xx.2023-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində idarə etdiyi avtomobillə təxminən 40 km/saat sürətlə Gəncə şəhəri, Fətulla Həsənov küçəsi ilə Gəncə şəhəri 3 nömrəli xəstəxana istiqamətində hərəkətdə olarkən, idarə etdiyi avtomobildə əyləcin siqnal qəza işığı yanmışdır. Başa düşmüşdür ki, əyləc işləməyəcək, buna görə də əyləci sıxmış, ancaq tormozlama mexanizmi işləməmişdir. Yolun sağ hissəsində avtomobillər dayandığından, idarə etdiyi avtomobili sola doğru istiqamətləndirmişdir. Hava yağışlı olduğu üçün avtomobil sürüşmüş və idarəetməni itirmişdir. Bu zaman qarşı tərəfdən gələn “Mitsubishi Pajero” markalı **-OS- *** dövlət qeydiyyat nişanlı avtomobillə idarə etdiyi avtomobil toqquşmuşdur. Bundan sonra “Mitsubishi Pajero” markalı avtomobilin arxası ilə onunla eyni istiqamətdə hərəkətdə olan “VAZ-2109” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mitsubishi Pajero” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən idarə etdiyi “Mercedes” markalı və “Mitsubishi Pajero” markalı avtomobilin ön hissəsi və VAZ-2109 markalı avtomobilin ön hissəsi zədələnmişdir. “Mitsubishi Pajero” markalı avtomobildə əyləşmiş sərnişinlər, adları sonradan məlum olan Sərqiyə, Xəyaləddin və Ramil bədən xəsarətləri almışlar. O, dərhal TTY briqadası çağırıb həmin xəsarət almış şəxsləri 3 nömrəli xəstəxanaya yola salmışdır. Törətdiyi əməldən peşmandır. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 24 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş AC680796 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2016-cı il tarixdə B və C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 17 may 2023-cü il tarixli 740 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alın və sağ almacıq nahiyələrinin yumşaq toxumalarının əzilməsi, qançır və şişkinliyi, hər iki baldır nahiyələrinin qançırları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş 12 may 2023-cü il tarixli, 1468/2023 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, sürücü Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs X10 Qanunun tələblərini pozaraq inzibati xətanı törətmişdir. Xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyindən onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyədək və məhkəmədə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmasını, əməlini etiraf etməsini, səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1331/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1331/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver