Məhkəmə qərarları › İş №3(125)-1334/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1334/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1334/2023 04.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər 1-ci Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər 1-ci Polis Şöbəsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında göstərdi ki, X3 raportla müraciət edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18-10 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində, xidmətdə olan zaman VAZ-21011 markalı nəqliyyat vasitəsinin sürücüsünün təhlükəsizlik kəməri taxmadığı, maşının qeydiyyat nömrəsinin olmadığı üçün saxlaınıldı. Daha sonra şəxsin sürücülük hüququnun da olmadığı da müəyyən edildi. Şəxs DYPŞ-nin mühafizə duracağına getməli olduğu bildirilsə də o səsküy salara etiraz etdi. Sürücüyə özlərini təqdim edərək nizam intizama dəvət etsələr də sürücü ucadan səs küy salaraq, nalayiq ifadələr işlətmişdir. Daha sonra şəxsi Gəncə şəhəri Narkoloji Dispanserdə müayinədən keçirilən zaman narkotik vasitə olan marixuana istifadə etməsi müəyyən olundu. Buna görə də, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 izahatında bildirdi ki, etdiyi hərəkətlərin səhv olduğunu, lakin polisə müqavimət göstərmədiyini bildirdi. Sadəcə kasıb adam olduğunu, atasının itkin düşməsini qey edərək, onlardan bağışlanmasını xahiş etmişdir. Narkotik vasitə olan marixunadan istifadə etmişdir. Peşmandır. Cərimə edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ ƏYPXB-nın YPX inspektoru polis baş serjantı X7 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18-10 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində, xidmətdə olan zaman VAZ-21011 markalı nəqliyyat vasitəsinin sürücüsünün təhlükəsizlik kəməri taxmadığı, maşının qeydiyyat nömrəsinin olmadığı üçün saxlaınıldı. Daha sonra şəxsin sürücülük hüququnun da olmadığı da müəyyən edildi. Şəxs DYPŞ-nin mühafizə duracağına getməli olduğu bildirilsə də o səsküy salara etiraz etdi. Sürücüyə özlərini təqdim edərək nizam intizama dəvət etsələr də sürücü ucadan səs küy salaraq, nalayiq ifadələr işlətmişdir. Daha sonra şəxsi Gəncə şəhəri Narkoloji Dispanserdə müayinədən keçirilən zaman narkotik vasitə olan marixuana istifadə etməsi müəyyən olundu. Şəxsin barəsində İXM-nin 334-cü və digər maddələri ilə də protokol tərtib edilmişdir. Sadəcə dəftərxana bağlı olduğuna görə məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ ƏYPXB-nın YPX inspektoru polis baş leytenantı Urfan Musayev şahid X7 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2133/2023 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sidiyində T.H.C aşkar edilmişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat saat 1-dı tutulmuş, daha sonra azad edilmişdir. Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, protokol düzgün tərtib edilmədiyindən və materiallar natamam olduğundan, məhkəmə icraatı çərçivəsində isə tamamlanması mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2133/2023 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sidiyində T.H.C aşkar edilmişdir. Protokolu nəzərdən keçirərkən müəyyən olunur ki, inzibati icraat aparılan şəxsin barəsində qanunsuz olaraq narkotik vasitənin istehlak olunmasına görə hər hansı tədbir görülməmiş və şəxsin barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilməmişdir. Eyni zaman da iş üzrə şahid qismində dinirilmiş X4 ifadəsindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-cü və digər maddələri ilə protokol tərtib eilsə də dəftərxana bağlı olduğundan həmin protokolu bugün ərizndə təqdim edə bilməmişlər. Eyni zamanda protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə bağlı heç bir məlumat öz əksini tapmır. Qanunvericiliyin tələbinə görə məhkəmənin inzibati xəta haqqında işə qısa müddət ərzində baxmalı olması nəzərə alınmaqla, həmin natamamlıqların məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş protokollara eyni anda baxılıb hüquqi qiymət verilməlidir. Ona görə də Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli prtokol natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər 1-ci Polis Şöbəsi tərəfindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar