Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-134/2025 05.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Lalə lounge” adlı obyektin sahibkarı Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirməməsi nəticəsində onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və materiallar baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs çıxışında törətdiyi inzibati xətanı etiraf edərək, şəhid atası olduğunu nəzərə çatdırmış və barəsində protokol tərtib olunan zaman səhhəti ilə bağlı Gəncə şəhərində olmadığını, işçilərinin isə yazılı göstərişə məsuliyyətsiz yanaşdığını və qadağan olunmuş reklamları sökmədiyini bildirərək barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X4 çıxışında bildirmişdir ki, Şəxs şəhid atasıdır və bununla bağlı ona müəyyən güzəştlər olunmuşdur. Daha sonra o, bildirmişdir ki, obyektin üzərində qadağan edilmiş reklamlar olduğuna görə X2 yazılı göstəriş göndərilmiş lakin işçilər məsuliyyətsiz yanaşaraq qadağan edilmiş reklamları sökməmişlər. Yazılı göstərişdən sonra obyektə baxış keçirilərək X4 barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Sonda protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. İş materiallarında olan: - 26 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs açıq məkanda reklam haqqında qanunvericiliyi pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. - ADRA X5 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 5080 saylı, xx.xx.2024-cü il tarixli, 5225 saylı aktlardan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən fasad – 3,1 kub metr ölçüdə (qadağan olunmuş) reklam yayımlamaqda davam etdiyi aşkar edilmişdir. - xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak barədə bildirişdən görünür ki, sahibkar Şəxs Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Lalə lounge” adlı obyekti üzərində (açıq məkanda) müvafiq icazə olmadan reklam yayımını həyata keçirdiyi üçün xx.xx.2024-cü il tarixli, 11-3-3/2-2467/2024 saylı məktubun alınmasından qanunla müəyyən edilmiş 5 gün müddət keçməsinə baxmayaraq bu günədək məktubun tələbini yerinə yetirməmişdir. O, Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. - fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsindən görünür ki, Şəxs vergi ödəyicisi olan qeydiyyat nömrəsi (VÖEN) ********** fiziki şəxsdir, buna görə o, vəzifəli şəxs hesab olunur. İnzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş 26 dekabr 2024-cü il tarixli, MN ******* saylı protokol, ona əlavə edilmiş sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta törətmiş vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 45-48, 114-116, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-134/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-134/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver