Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1340/2024 23.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19277476 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19277476 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin iyun ayının 23-də idarə etdiyi “Nissan Maxima” markalı, 2Ö-DP-060 dövlət qeydiyyat nişanlı avtomobili ilə yol hərəkəti qaydasını pozduğu üçün 150 (yüz əlli) manat məbləğində cərimə olunmuşdur. O, həmin cəriməni 03 (üç) ay müddətinə ödəmədiyi üçün barəsində Azərbaycan Respublikası İXMin 529.3-cü maddəsi ilə protokol tərtib edilərək Gəncə şəhər Məhkəməsinə göndərilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-2878/2023 nömrəli qərarına əsasən onun nəqliyyat vasitələrini idarə etmək hüququm 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. O, həmin cəriməni və üzərinə hesablanmış faizi, yəni cəmi 240 (iki yüz qırx) manatı ödəmiş və Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)- 2878/2023 nömrəli qərarına əsasən İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyinə dair Gəncə şəhər Məhkəməsinin xx.xx.2023- cü il tarixli 3(125)- 2878/2023 nömrəli qərarına xitam verilmişdir. Həmçinin, 2023-cü ilin mart ayının 22-də idarə etdiyi “Nissan Maxima” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol hərəkəti qaydasını pozduğu üçün 10 (on) manat məbləğində cərimə olunmuşdur. O, həmin cəriməni 03 (üç) ay müddətinə ödəmədiyi üçün barəsində Azərbaycan Respublikası İXMin 529.3-cü maddəsi ilə protokol tərtib edilərək Gəncə şəhər Məhkəməsinə göndərilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-2283/2023 nömrəli qərarına əsasən onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. O, həmin cəriməni və üzərinə hesablanmış faizi, yəni cəmi 240 (iki yüz qırx) manatı ödəmiş və Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)- 2283/2023 nömrəli qərarına əsasən İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyinə dair Gəncə şəhər Məhkəməsinin xx.xx.2023- cü il tarixli 3(125)- 2283/2023 nömrəli qərarına xitam verilmişdir. Lakin, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-2878/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3(125)- 2283/2023 qərarları icra edilmədiyindən (sistemə yerləşdirilmədiyindən) 03 fevral 2024-cü il tarixində İXM-in 332.3-cü maddəsinə (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs şərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) əsasən EQ- 19277476 nömrəli elektron qərara əsasən 300 manat cərimə edilmişdir. Odur ki, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)- 2878/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3(125)-2283/2023 qərarlarına əsasən İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyinə dair məhkəmə qərarlarına xitam verildikdən sonra nəqliyyat vasitəsini idarə etmək hüququ bərpa olunmasına baxmayaraq, İXM-in 332.3-cü maddəsinə əsasən (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) barəsində tərtib olunmuş 03 fevral 2024-cü il tarixli, EQ-19277476 nömrəli elektron qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19277476 nömrəli qərarın Asan Paydan əldə olunmuş surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixində saat 14:33:44-də Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 336-cı km-də nəqliyyat vasitısini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən idarə edildiyinə görə, İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)- 2278/2023 nömrəli qərarına əsasən İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyinə dair Gəncə şəhər Məhkəməsinin xx.xx.2023- cü il tarixli 3(125)- 2278/2023 nömrəli qərarına xitam verilmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)- 2283/2023 nömrəli qərarına əsasən İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyinə dair Gəncə şəhər Məhkəməsinin xx.xx.2023- cü il tarixli 3(125)- 2283/2023 nömrəli qərarına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixində saat 14:33:44-də Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 336-cı km-də nəqliyyat vasitısini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən idarə edildiyinə görə, İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. Məhkəmə iclasında X3 qeyd edilən qayda pozuntusunu törətmədiyini bildirirək qeyd etmişdir ki, onun barəsində olan sürücülük hüququnun məhdudlaşdırılmasına əsas olan hər iki qərarın icrasına xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Hesab edir ki, xx.xx.2024cü il tarixdə onun yenidən sürücülük hüququ olmadan maşını idarə etmə əsası ilə cərimə edilməsi qanunsuzdur və həmin inzibati xəta haqqında protokol və qərarlar ləğv edilməlidir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərarla verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X1 hüququnun məhdudlaşdırılmasına səbəb olan hər iki qərar Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)- 2278/2023 nömrəli və Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)- 2283/2023 nömrəli qərardadlarına əsasən İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair qərarların icrasına xitam verilmiş və həmin qərarla qanuni qüvvəyə minərək icra edilməsi üçün göndərilmişdir.. Məhkəmə, qərardan şikayət vermiş X2 isnad etdiyi, hadisə zamanı onun təqsirinin olub-olmamasını təsdiq edən heç bir sübutun olmaması faktına münasibət bildirməyi zəruri hesab edir. Belə ki, X1 hüququnun məhdudlaşdırılmasına səbəb olan hər iki qərar Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)- 2278/2023 nömrəli və Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)- 2283/2023 nömrəli qərardadlarına əsasən İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair qərarların icrasına xitam verildiyindən və həmin qərardad da qanuni qüvvəyə minərək icra edilməsi üçün göndərildiyindən məhkəməyə belə qənaətə gəlməyə imkan verir ki, X2 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurur. Belə olan halda X3 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə deyil, törətdiyi konkret qayda pozuntusuna görə məsuliyyətə cəlb olunmalı idi. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qeyd olunan prosessual normaların tələblərini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19277476 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Baş X5 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X2 inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19277476 nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Baş X5 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1340/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1340/2024
23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver