Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1342/2024 24.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, 16/1-26268 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, 16/1-26268 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, 2024-cü ilin yanvar ayında barəsində DİN-nin BDYPİ tərəfindən İXM-nin 328.4-cü maddəsi ilə qəbul edilmiş EQ18913640 nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və müraciətinə məhkəmənin hakimi Elxan Əlizadə tərəfindən baxılaraq onun ərizəsində göstərdiyi fakt, yəni inzibati xəta törətmədiyi öz təsdiqini tapdığından Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(125)-223/2024 nömrəli qərarı ilə barəsində qəbul edilmiş həmin qanunsuz inzibati qərar ləğv edilmişdir. Bundan sonra məhkəmə tərəfindən qərarın surəti ona və DİN-nin BDYPİ-nə göndərilərək, qərardan 10 gün müddətində şikayət etmək hüququ onlara izah edilmişdir. Şikayət etmək müddəti keçdikdən sonra heç bir tərəf şikayət vermədiyindən o, barəsində BDYPİ-nin EQ 18913640 nömrəli nizabati tənbeh vermə haqqına qərarının BDYPİ-nin sistemindən silinməsi üçün dəfələrlə DİN-nin 102 xidmətinə müraciət etsə də hər dəfə növbətçi tərəfindən ona şikayətinin qeydə alındığı və aidiyyəti üzrə BDYPİ-nə göndərildiyi, onunla əlaqə saxlanılacağı və cərimənin sistemdən silinəcəyi söylənilsə də heç bir tədbir görülmədi və həmin qanunsuz qərarda sistemdən silinmədi. Bundan sonra isə DYPİ-nin Gəncə şöbəsi tərəfindən onun avtomobili sistemdə adına cərimə olduğu üçün texniki baxışdan keçirilmədi və ötən bir neçə ay ərzində aidiyyəti BDYPİ-nin əməkdaşının qanunsuz hərəkətləri nəticəsində hələ bu azmış kimi iki dəfə hər dəfə 50 manat olmaqla avtomobilini texniki baxışdan keçirmədiyi əsası ilə o, cərimələnmişdir. Nəhayət yaşadığı ünvana xx.xx.2024-cü il tarixdə (qərarın ona xx.xx.2024-cü il tarixdə daxil olmasına dair poçtun “çatdırma vərəqinin surətini ərizəsinə əlavə edir) BDYPİ-nin rəis müavni Pərvin Səfərəliyevin imzası ilə daha bir qərar daxil oldu ki, guya yol polisi onun iştirakı olmadan işə yenidən baxmış və müəyyən etmişdir ki, onun yol hərəkəti qayda pozuntusu törətdiyi sübuta yetirilmişdir. Sonra isə hər hansı bir dəlil-sübuta istinad etmədən məhkəmənin qərarına heç bir əhəmiyyət verməyib öz xx.xx.2024-cü il tarixli EQ 18913640 nömrəli inzibati tənbeh vermə haqqına qərarının üstünə təkrar bir xx.xx.2024-cü il tarixli 16/1- 26268 nömrəli qərar qəbul etmiş və qərarda qeyd edib ki, Gəncə Şəhər Məhkəməsi BDYPİ-nin qərarını ləğv etsə də yol polisi hesab edir ki, o, yəni Rövşən Hüseynov İXM-nin 328.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, 300 manat cərimə edilməlidir. Məhkəmə araşdırması zamanı hakimin sorğusuna əsasən X8 məhkəməyə 3- 13-57-5/2-756/2024 saylı cavab məktubu ünvanlamış və həmin məktubda qeyd etmişdir ki, “X3 istinad edilən inzibati xəta hadisəsinin baş vermə anını əks etdirən video görüntünü sistemdən çıxarmaq mümkün olmadığı üçün məhkməyə təqdim etmək mümkün olmamışdır”. Məhkəmənin barəsində qəbul etdiyi qərardan şikayət vermək hüququ olduğu halda BDYPİ-nin bu hüququndan istifadə etmədən məhkəmənin qəbul etdiyi xx.xx.2024cü il tarixli qərarından 1 ay 8 gün sonra yenidən özünün təkrar barəsində qərar qəbul etməsi heç bir məntiqə sığmır və BDYPİ tərəfindən qəbul edilmiş qərarın qanunsuz olduğunu bir daha təsdiq edir. Onun avtomobili Mersedes markalı olmaqla dizel mühərriki ilə təhciz olunmuşdur və 24 ilin köhnə bir avtomobilidir. Həmin avtomobilin isə 60-80 metrdə 163 km/saat sürət yığması mümkünsüz bir şeydir. Odur ki, barəsində BDYPİ tərəfindən qəbul edilmş xx.xx.2024-cü il tarixli 16/1-26268 nömrəli inzibati xəta haqqında qərarın ləğv ediməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X5 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-26268 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 16/1-26268 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə X5 barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 3(125)-223/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iş materiallarında olan məhkəmənin sorğusuna verilən 3-13-57-5/2-756/2024 saylı cavab məktubundan görünür ki, X5 xx.xx.2024-cü il tarixində saat 05:57:43-də Gəncə şəhəri, D.Qorqud 1 v ünvanında yolda müəyyən edilmiş 60 km/saat sürət həddini 163 km/saat sürətlə aşdığı üçün barəsində elektron qaydada EQ18913640 saylı inzibati protokol tətbiq edilərək inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. X3 istinad edilən inzibati xəta hadisəsinin baş verməsi anını əks etdirən video görüntünü sistemdən çıxarmaq mümkün olmadığı üçün məhkəməyə təqdim etmək də mümkün olmamışdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 3(125)-223/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X3 şikayətinin qismən təmin edilməsi, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş EQ 18913640 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş yenidən baxılması üçün DİN Baş X8 İdarəsinə qaytarılması qərara alınmışdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, məhkəmənin sorğusuna verilən 3-13-57-5/2-756/2024 saylı cavab məktubunda qeyd edilir ki, X5 xx.xx.2024-cü il tarixdə saat 05:57:43-də Gəncə şəhəri, D.Qorqud 1 v ünvanında yolda müəyyən edilmiş 60 km/saat sürət həddini 163 km/saat sürətlə aşdığı üçün barəsində elektron qaydada EQ18913640 saylı inzibati protokol tətbiq edilərək inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. X3 istinad edilən inzibati xəta hadisəsinin baş verməsi anını əks etdirən video görüntünü sistemdən çıxarmaq mümkün olmadığı üçün məhkəməyə təqdim etmək də mümkün olmamışdır. Lakin xx.xx.2024-cü il tarixli, 16/1-26268 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, törədilmiş yol hərəkəti qayda pozuntusu ilə bağlı görüntülərə baxış keçirilməsinə istinad edilərək, sürücü tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiqini tapdığı üçün X5 barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, səlahiyyətli orqan məhkəmənin sorğusuna əsasən həmin görüntüləri məhkəməyə təqdim edə bilmədiyi halda törədilmiş yol hərəkəti qayda pozuntusu ilə bağlı görüntülərə baxış keçirilməsinə istinad edərək yenidən inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bununla da səlahiyyətli orqan (vəzifəli şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını təmin etməməklə, o cümlədən 15 aprel 2024-cü il tarixə və 24 aprel 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq səlahiyyətli orqan öz nümayəndələrinin iştiraklarını təmin etməməklə yanaşı, həmçinin mübahisələndirilən qərarın qanuniliyinə və əsaslığına dair mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 16/1- 26268 nömrəli qərarı araşdıraraq belə qənaətə gəlir ki, qərar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, 16/1-26268 nömrəli qərarın təsdiq edilməsi ilə bağlı səlahiyyətli heç bir möhür və ya bu kimi digər vasitələrdən istifadə edilməmişdir. Sözügedən qərar sadəcə Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsinin rəis müavini X2 tərəfindən imzalanmışdır. Bu isə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmədiyini göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublkası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, 16/1-26268 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X3 barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, 16/1-26268 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 134.1.3 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, 16/1-26268 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1342/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1342/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver