Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1345/2024 02.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş protokola və ona əlavə edilmiş materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş 01 aprel 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında ******* nömrəli protokoldan görünür ki, "xxxx" MMC-nin müvəqqəti istismarında olan Qızılca-Gəncə maşrut xəttində ** BP *** nömrəli Mersedes markalı avtonəqliyyat vastəsinin Gəncə şəhər “Gəncə Səbəti” ticarət mərkəzi ərazisində Vəli Xuluflu küçəsində saat 15:50-də aparılan yoxlama zamanı reysqabağı texniki müayinə keçirilmədən maşrut xəttinə buraxılması aşkar edildi. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Barəsində icraat aparılan şəxs Şəxs 25 aprel 2024-cü il tarixdəki məhkəmə iclasında bildirmişdir ki, o, sahibi olduğu "xxxx" MMC-nin inzibati xəta törətməsini inkar edir. Belə ki, ** BP *** dövlət qeydiyyat nişanlı avtobusa yoxlama keçirildiyi gün yol vərəqəsi verilməmişdir. Həmin avtobus həmin gün reysdə olmamışdır. İnzibati xata haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3 protokolu müdafiə edərək bildirmişdir ki, protokolda qeyd edilən avtobus həqiqətən də reysdə olmuşdur. Belə ki, əvvəllər həmin avtobus dövri yoxlamadan keçirilmiş, sonuncu yoxlama zamanı onun əyləc sistemində nasazlıq olması aşkar edilmişdir. Bu nöqsanın aradan qaldırılması ilə bağlı MMC-ə xəbərdarlıq edilmişdir. İnzibati xətanın törədildiyi gün isə avtobus texniki müayinəyə ümumiyyətlə gəlməmişdir. 01 aprel 2024-cü il tarixdə sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati protokol tərtib edilən zaman onun hazırki inzibati xətanı törətməsi də aşkara çıxmışdır. Şəxs barəsində inzibati tənbeh edilməsini xahiş etdi. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki Şəxs Azərbaycan Respublikası İXM-in 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə regional İdarəsinin müdiri X5, inspektor X10 və inspektor X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan müəyyən edilir ki, Gəncə şəhər V.Xuluflu küçəsində yerləşən “Gəncə Səbəti” ticaret mərkəzi ərazisində aparılan yoxlama zamanı "xxxx" MMC-nin müvəqqəti istismarında olan Qızılca-Gəncə marşrut xəttində ** BP *** dövlət qeydiyyat nömrə nişanlı Mersedes markalı avtonəqliyyat vasitəsinin reysqabağı texniki müayinədən keçrilməsini təşkil etmədən "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən Gəncə-Qızılca marşrut xəttinə buraxılması aşkar edilmişdir. İş materiallarında olan İnzibati xəta haqqında ******* nömrəli protokoldan görünür ki, ** BP *** nömrəli Mersedes markalı avtonəqliyyat vastəsini idarə edən sürücü Qızılca- Gəncə maşrut xətti üzrə hərəkətdə olarkən “Gəncə Səbəti” ticarət mərkəzi ərazisində aparılan yoxlama zamanı saat 15:50-də qanunla tələb olunan fərqlənmə nişanı təqdim etməmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İXM-in 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-in müvəqqəti istismarında olan Qızılca-Gəncə maşrut xəttində ** BP *** nömrəli Mersedes markalı avtonəqliyyat vastəsini Gəncə şəhər “Gəncə Səbəti” ticarət mərkəzi ərazisində Vəli Xuluflu küçəsində saat 15:50-də parılan yoxlama zamanı reysqabağı texniki müayinə keçirilmədən maşrut xəttinə buraxılması aşkar edildi. Nəticə etibarı ilə Cəmiyyət tərəfindən AR İXM-in 326- cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmədə tədqiq edilmiş iş materialları və tərəflərin məhkəmədə verdikləri izahatları ilə tam sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və müvafiq maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. . Məhkəmə həmçinin qeyd edir ki, AR İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-nin 326-cı maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 55, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1345/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1345/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver