Məhkəmə qərarları › İş №3(125)-1346/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1346/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1346/2023 18.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə şəhər Baş Polis İdarəsinin X2 İdarəsindən daxil olmuş İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “VOLKSWAGEN PASSAT” minik markalı, 77CK020 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə EQ 13338249 nömrəli, xx.xx.2023-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmiş inzibati cəriməni 3 ay ərzində ödəməmişdir. Bununla da, Novruzov X1 Xətalar Məcəlləsinin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 13338249 nömrəli, xx.xx.2023-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlla və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs “VOLKSWAGEN PASSAT” minik markalı, 77CK020 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. Məhkəmə iclasının yeri və vaxt barədə lazımi qaydada məlumat verilmiş protokolu tərtib etmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş mаtеriаllаrındа оlаn və məhkəmə bахışındа tədqiq еdilmiş EQ 13338249 nömrəli, xx.xx.2023-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlla və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs “VOLKSWAGEN PASSAT” minik markalı, 77CK020 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. Аzərbаycаn Rеspublikаsı İnzibаti Хətаlаr Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilir. Protokola əlavə edilmiş EQ 13338249 nömrəli, xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Şəxs İXM-in 469.3-cü maddəsi ilə avtonəqliyyat vasitəsi sahibi tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə 50 manat cərimə edilmişdir. İXM-in 469.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara deyil, vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara aid edilir. Belə olan halda həmin inzibati xətaya görə tətbiq edilmiş cərimənin ödənilməməsi İXM-in 529.3-cü maddəsinin tərkibini yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.3-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 53, 115, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs оğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar