Məhkəmə qərarları › İş №3(125)-1352/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1352/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1352/2023 05.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 47v, mənzil 18-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 05 iyul 2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 03 iyul 2023-cü il tarixdə Gəncə şəhəri, BPİ-nin DYPŞ-nin həyətində duracaqda ünvanlı-ünvansız söyüşlər işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmayıb, xırda xuliqanlıq etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, Şəxs 03 iyul 2023-cü il tarixdə Gəncə şəhəri, BPİ-nin DYPŞ-nin həyətində duracaqda ünvanlı-ünvansız söyüşlər işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmayıb, xırda xuliqanlıq etmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, maşını polis tərəfindən cərimə meydançasına aprılmışdır. O maşını çıxartmaq üçün atası ilə birlikdə cərimə meydançasına getmişdir. Orda olan zaman atası söyüş söymüş və polis ilə atası arasında mübahisə başlamışdır. Daha sonra polis əməkdaşı ona üzünün saqqalı olması və geyimini irad bildirmişdir. Ona görə də aralarında mübahisə yaranamışdır. O polis əməkdaşını söyməmişdir. Sadəcə polis əməkdaşı atasını itələdiyinə görə o da polis əməkdaşını itələmişdir. Barəsində başlanmış inzibati xəta haqqınnda iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, inzibati icraat aparılan şəxs onun oğludur. Özü birinci qrup əlildir. Hər iki ayağı amputasiya edilmişdir. Maşınını təzə təmirdən çıxardıqdan sonra oğluna maşını dərman alması üçün vermişdir. Sonradan oğlu zəng edərək maşının cərimə meydançasına aparıldığını bildirmişdir. O da dərhal cərimə meydançasına getmişdir. Dəfələrlə əməliyyat olunduğu üçün əsəbi olmuşdur. Ora çatan kimi maşını ora gətirənin ünvanına söyüşlər söymüşdür. Daha sonra polis əməkdaşı ona yaxınlaşdıqda polis əməkdaşına da söymüşdür. Polis əməkdaşı onu itələdiyinə görə oğlu da polis əməkdaşını itələmişdir. Oğlu heç bir söyüş söyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə ekipaj yoldaşı Mürşüd Abıyevlə xidmətdə olan zaman xidmətlə əlaqədar DYPŞ-nin müvəqqəti dayanacağında olan zaman 1 nəfər tanımadığı, sonradan adı ona məlum olan Şəxs müvəqqəti duracaqda ünvanlı və ünvansız nalayiq ifadələr işlətdiyi üçün orada olan digər tanımadığı şəxslərin diqqətini özünə cəlb etdiyi üçün həmin vətəndaşı nizam intizama dəvət etmişlər. Lakin həmin vətəndaş etdiyi qanunsuz əməllərdən əl çəkməyərək polisin qanuni tələbinə tabe olmamışdır. Onlar PPX əməkdaşlarını köməyə çağırmış və onların köməyi ilə Gəncə şəhər BPİ-nin 1-ci PB-nə təhvil vermişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Osman Hacıyev duracaqda söyüş söyürdü, həmin zaman ona yaxınlaşaraq söyüşü dayandırmağı orada başqa şəxslərin olduğunu bildirmişdir. Lakin o yenə də söyüşə davam etmişdir. Daha sonra oğlu ekipaj yoldaşı Mürşüd Abdiyeva təhqir edərək ona heçnə edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X5 ilə eyniməzmunlu izahat vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs onu bir dəfə saxladığını və qadağan olunmuş plyonkaya görə cərimə yazmadığını bildirdikdə Samir Haclyev ona saxlayıb guya neylədin deyərək məhkəmə iclasında qeyd edə bilmədiyi təhqilər etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə ekipaj yoldaşı Mürşüd Abıyevlə xidmətdə olan zaman xidmətlə əlaqədar DYPŞ-nin müvəqqəti dayanacağında olan zaman 1 nəfər tanımadığı, sonradan adı ona məlum olan Şəxs müvəqqəti duracaqda ünvanlı və ünvansız nalayiq ifadələr işlətdiyi üçün orada olan digər tanımadığı şəxslərin diqqətini özünə cəlb etdiyi üçün hımin vətəndaşı nizam intizama dəvət etmişlər. Lakin həmin vətəndaş etdiyi qanunsuz əməllərdən əl çəkməyərək polisin qanuni tələbinə tabe olmamışdır. Onlar PPX əməkdaşlarını köməyə çağırmış və onların köməyi ilə Gəncə şəhər BPİ-nin 1-ci PB-nə təhvil vermişlər. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 00:25-də tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahidlərin ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun 03 iyul 2023-cü il tarixdə Gəncə şəhəri, BPİ-nin DYPŞ-nin həyətində duracaqda ünvanlı-ünvansız söyüşlər işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmayıb, xırda xuliqanlıq etməsi, bununla da İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadəsi, inzibati xəta haqqında protokol və işin digər sənədləri ilə tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar