Məhkəmə qərarları › İş №3(125)-1354/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1354/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1354/2023 05.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş X2, X1 Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Daşkəsən rayonu, Çanaqçı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Daşkəsən rayonu, Çanaqçı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 535.1-ci, 329.1-ci, 332.2-ci, 334.1-ci və 342.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər 1-ci Polis Şöbəsindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər 1-ci Polis Şöbəsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 332.2-ci, 334.1-ci və 342.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsinin baş inspektoru X4 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsinin baş inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 332.2-ci, 334.1-ci və 342.7-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında göstərdi ki, X4 raportla müraciət edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18-10 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində, xidmətdə olan zaman VAZ-21011 markalı nəqliyyat vasitəsinin sürücüsünün təhlükəsizlik kəməri taxmadığı, maşının qeydiyyat nömrəsinin olmadığı üçün saxlaınıldı. Daha sonra şəxsin sürücülük hüququnun da olmadığı da müəyyən edildi. Şəxs DYPŞ-nin mühafizə duracağına getməli olduğu bildirilsə də o səsküy salara etiraz etdi. Sürücüyə özlərini təqdim edərək nizam intizama dəvət etsələr də sürücü ucadan səs küy salaraq, nalayiq ifadələr işlətmişdir. Daha sonra şəxsi Gəncə şəhəri Narkoloji Dispanserdə müayinədən keçirilən zaman narkotik vasitə olan marixuana istifadə etməsi müəyyən olundu. Buna görə də, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18-10 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində, xidmətdə olan zaman VAZ-21011 markalı nəqliyyat vasitəsinin sürücüsünün təhlükəsizlik kəməri taxmadığı, maşının qeydiyyat nömrəsinin olmadığı üçün saxlaınıldı. Daha sonra şəxsin sürücülük hüququnun da olmadığı da müəyyən edildi. Şəxs DYPŞ-nin mühafizə duracağına getməli olduğu bildirilsə də o səs-küy salara etiraz etdi. Sürücüyə özlərini təqdim edərək nizam intizama dəvət etsələr də sürücü ucadan səs küy salaraq, nalayiq ifadələr işlətmişdir. Daha sonra şəxsi Gəncə şəhəri Narkoloji Dispanserdə müayinədən keçirilən zaman narkotik vasitə olan marixuana istifadə etməsi müəyyən olundu. Buna görə də, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 332.2-ci, 334.1-ci və 342.7-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 izahatında bildirdi ki, etdiyi hərəkətlərin səhv olduğunu, lakin polisə müqavimət göstərmədiyini bildirdi. Sadəcə kasıb adam olduğunu, atasının itkin düşməsini qeyd edərək, onlardan bağışlanmasını xahiş etmişdir. Narkotik vasitə olan marixunadan istifadə etmişdir. Peşmandır. Cərimə edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ ƏYPXB-nın YPX inspektoru polis baş serjantı X7 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18-10 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində, xidmətdə olan zaman VAZ-21011 markalı nəqliyyat vasitəsinin sürücüsünün təhlükəsizlik kəməri taxmadığı, maşının qeydiyyat nömrəsinin olmadığı üçün saxlaınıldı. Daha sonra şəxsin sürücülük hüququnun da olmadığı da müəyyən edildi. Şəxs DYPŞ-nin mühafizə duracağına getməli olduğu bildirilsə də o səsküy salara etiraz etdi. Sürücüyə özlərini təqdim edərək nizam intizama dəvət etsələr də sürücü ucadan səs küy salaraq, nalayiq ifadələr işlətmişdir. Daha sonra şəxsi Gəncə şəhəri Narkoloji Dispanserdə müayinədən keçirilən zaman narkotik vasitə olan marixuana istifadə etməsi müəyyən olundu. Şəxsin barəsində İXM-nin 334-cü və digər maddələri ilə də protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2133/2023 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sidiyində T.H.C aşkar edilmişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat saat 1-də tutulmuş, daha sonra azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510,535.1-ci və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə qeyd edir ki, Şəxs isnad edilən inzibati xətaların içərisində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddi xəta olduğundan, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsini, ağırlaşdıran halın müəyyən edilməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməli, tutulduğu 1 gün müddət təyin edilmiş həbs müddətindən çıxılmalıdır. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 510,535.1 və 334.1-ci maddələri ilə yanaşı, həmçinin 329.1-ci, 332.2-ci və 342.7-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 329.1-ci, 332.2-ci və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 332.2-ci və 342.7-ci maddələrində nəzərdə tutlmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 332.2-ci və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X12 Şöbəsinə göndərilməlidir. qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 535.1-ci və 334.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Şəxs tutulduğu 1 gün müddət ona təyin edlimiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 14 (on dörd) gün müddətinə inzibati həbs tənbeh növü saxlanılsın. Həbsetmənin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 332.2-ci və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X12 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar