Məhkəmə qərarları › İş №3(125)-1354/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1354/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1354/2025 30.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Dəmir oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Şəxs ASC-nin nümayəndəsi X4 iştirakı ilə, Şəxs ASC-nin ( VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin baş əmək müfəttişi X15 tərəfindən tərtib olunmuş 10 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs ASC tərəfindən X11 və digər 16 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi bağlı DƏMX-in xx.xx.2025-ci il tarixli 3-17-5/2-10815/2015 nömrəli icrası məcburi göstərişinə əməl edilməməmişdir Məhkəmə iclasında Azər-Avtonəqliyyat” ASC-nin nümayəndəsi X16 izahat verərək və işçilərin icbarı sığortalanması barədə rəsmi sənədi məhkəməyə təqdim edərək bildirdi ki, səlahiyyətli orqanın barələrində tərtib etdiyi protokol və onun əsasında qəbul edilmiş qərardan narazıdır. Belə ki, ASC tərəfindən qanunvericiliyin tələbi pozulmamış və 17 nəfər şəxs istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmışdır. Göstərilənləri nəzərə alaraq barələrində olan inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, Şəxs ASC-nin barəsində tərtib edilmiş 10 aprel 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş mаteriаllаrındа оlаn və məhkəmə bаxışındа tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli 3-17-5/2-10815/2015 nömrəli göstərişdən görünür ki, “Əmək və məşğulluq” altsistemində işçilərlə qüvvədə olan əmək müqaviləsinin olmasına baxmayaraq, həmin işçilərdən bəzilərinin qanunvericiliklə müəyyən olunmuş qaydada istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi məqsədi ilə sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanılmaması halları aşkar edilməsi müəyyən edilmişdir. Qərara alınmışdır ki, Şəxs ASC 20 gün müddətində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbarı sığortalanmayan işçilərin icbari sığortalanması təmin edilsin. - Xalq Həyat” Sığorta Şirkəti” ASC Şəxs ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X1 Cəmiyyəti ilə "xxxx" Sığorta Şirkəti ASC arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından **********718 saylı xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsinə edilmiş XH********** saylı xx.xx.2025-ci il tarixli illik qoşmanın XH**********/1 saylı xx.xx.2025-ci il əlavəsinə əsasən X12 (Fin: OWKXLPC), X6 (Fin: İWHGKSB), X7 (Fin: 2B6UG6D), X17 (Fin: 2C4P6RM), X8 (Fin: 2CHF050), X13 (Fin: 2YRP2FG), X20 (Fin: 2ZMKLDH), X3 (Fin: 3CD6MQV), X21 (Fin: 6AXE3F4), X5 (Fin: 6FLNTX0), X2 (Fin: 7C809U0), X25 (Fin: 26Y4EES), X22 (Fin: 54BSGFU), X18 (Fin: 57CSHCM), X23 (Fin: 62EL06E), X26 (Fin: 64SYTT5) və X30 (Fin: 72LHQEG) xx.xx.2025-ci tarixindən saat 00:00-dan etibarən sığorta olunan hesab olunur. -xx.xx.2022-ci il tarixli **********718 saylı xx.xx.2022-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyətinin itirilməsi halarından icbari sığorta müqaviləsinə” illik qoşmasına əlavədən görünür ki, Xalq Həyat” Sığorta Şirkəti” ASC Şəxs ASC-yə ünvanlanmış məktubundan görünür ki, “X1 Cəmiyyəti ilə "xxxx" Sığorta Şirkəti ASC arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “X1 Cəmiyyətinin işçiləri sığortalanmışdır. İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə görə, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göründüyü kimi, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin üzərinə düşsə də, həmin orqan tərəfindən məhkəməyə Şəxs ASC-nin İXM-in 539-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Əksinə barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi mötəbər sübutdan da görünür ki, Şəxs ASC-i işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmışdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533- 1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Normanın qeyd edilən tələbindəndə görünüdüyü kimi, həmin maddə üzrə tətbiq edilən inzibati cərimə şərti tətbiq edilən cərimədir və barəsində qərar qəbul edilmiş şəxs qeyd edilən müddətində həmin nöqsanı aradan qaldırarsa cərimə ödənilmir. Bu baxımdan, hətda Şəxs ASC-nin doğrudanda DƏMX-in xx.xx.2025-ci il tarixli 3- 17-5/2-10815/2015 nömrəli icrası məcburi göstərişinə əməl etməməsi məhkəmə prosesi zamanı sübut olunsa idi belə, Şəxs ASC barəsində əsassız olaraq şərti cərimənin tətbiq edilməsi, ona göstərişin icra olunması üçün vaxt verilməsi inzibati xətalar məcəlləsinin Qanunçuluq prinsipinə zidd olardı. Belə ki, Xalq Həyat” Sığorta Şirkəti” ASC Şəxs ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki , siyahıda adları qeyd edilən işçilər hazırda sığorta edilmişdir. Belə olan halda artıq icra olunmuş göstərişin icra olunması üçün yenidən əlavə vaxt verilməsi hüquqi məntiqə sığmır. Beləliklə, məhkəmə hesab edir ki. Şəxs ASC-nin İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 40, 48-53, 61, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs ASC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar