Məhkəmə qərarları › İş №3(125)-1355/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1355/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1355/2023 17.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, Məhkəmə iclas katibi X1 iştirakı ilə X2 barəsində tərtib edilmiş barəsində tərtib edilmiş 25 iyun 2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət üzrə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: X5 şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, onun barəsində tərtib edilmiş 25 iyun 2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyi RENAULT MAQNUM YÜK markalı ** EL *** dövlət nömrə nişanlı dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə saat 08:21 radələrində Bakı Dağıstan yolunun 192 km İİ Tağım YPX inspektoru, polis serjantı X7 tərəfindən heç bir protokol tərtib edilmədən güya onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulan qayda pozuntusuna yol verməyi barədə X8 Haqqında Qərar TP ******* saylı qəbul edildi və dəfələrlə müraciət və tələb etdikdən sonra həmin qərar ona təqdim edildi. Qərar əsasında AR İXM-nin 342.2.4-cü maddəsi ilə 150 manat cərimə olunmuşdur. Barəsində olan həmin qərar tamamilə əsassız və qanunsuzdur. Belə ki, sonradan adını qərardan bildiyi İİ Tağım YPX inspektoru, polis serjantı X7 özünü lazımı qaydada təqdim etmədən ona əmr formasında “bu nə örtüklərdir maşına vurubsan” demiş, o da həmin polis əməkdaşına cavabında bildirmişdir ki, “bu örtüklərə hər hansı bir qadağa yoxdur, maşının üstündə gələn örtüklərdir və gün olanda həmin örtüklərdən istifadəyə hər hansı bir qadağa yoxdur”. Bildirmək istəyir ki, idarə etdiyi nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərini pozmamış və nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkilməyibdir. Bu halın özü barəsində tərtib olunan qərarın qanunsuz olmasının dəlilidir. O məsələ ilə bağlı İİ Tağım YPX inspektoru, polis serjantı X4 barəsində qəbul edilmiş qərara etirazını bilmişdir. Lakin o, qərarın əsaslı olduğunu bildirmişdir. Ona görə də barəsində tərtib edilmiş 25 iyun 2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq X3 və səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsi qərarına gəlmişdir. Məhkəmə, şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, X5 tərəfindən mübahisələndirilən inzibati xəta hadisəsi Bakı Dağıstan yolunun 192-ci kilometrində baş verdiyindən, həmin inzibati xəta hadisəsi üzrə qəbul edilmiş qərardan şikayət həmin yer üzrə müvafiq məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarındakı mövqeyə əsasən səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından şikayətə bir qayda olaraq inzibati xətanın törədildiyi yerin məhkəməsində baxılmalıdır. Yalnız barəsində icraat aparımış şəxsin vəsatəti olduqda, həmin şikayətə onun yaşadığı yer üzrə baxıla bilər. Hazırkı halda isə X2 bu barədə vəsatəti mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İŞ materiallarında əlavə edilən sənədlərdə Bakı-Dağıstan yolunun 192-ci kilometrinin hansı rayonun ərazisinə düşdüyü müəyyən edilmədiyindən 25 iyun 2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan Orxan Quliyevin verdiyi şikayət geri qaytarılmalı və ona aidiyyatı üzrə müraciət etmə hüququ izah edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 40, 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 barəsində tərtib edilmiş 25 iyun 2023-cü il tarixli TP ******* inzibati xəta haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar