Məhkəmə qərarları › İş №3(125)-1361/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1361/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1361/2024 15.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər prokurorluğunun nümayəndəsi X11, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X15 nümayəndəsi (vəkil) Vəkil X14 Gəncə-Daşkəsən Regional şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X15 vəzifəli şəxs qismində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi də başlanılmış inzibati xəta haqqında iş üzrə icraata X14 Gəncə-Daşkəsən Regional idarəsində xitam verilməsi barədə xx.xx.2024-cü tarixli qərarın ləğv edilməsi və Nazım Qasımovun barəsində inzibati tənbeh tədbiri görülməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş protestə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən X15 vəzifəli şəxs qismində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata X14 Gəncə-Daşkəsən Regional idarəsində xitam verilməsi barədə xx.xx.2024-cü tarixli qərarı ləğv edilməsi və X15 Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsirli bilinməklə barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə protestə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protest onunla əsaslandırılmışdır ki, X15 vəzifəli şəxs qismində barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata X28 Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsində xitam verilməsi barədə xx.xx.2024-cü tarixli, ******* nömrəli qərarı 04 aprel 2024-cü il tarixdə Gəncə şəhər prokurorluğuna daxil olmuşdur. Belə ki, müəyyən edilmişdir ki, vəzifəli şəxs - X32 (FİN; 145T48F) - 28 sentyabr 1968-ci ildə Ağdam rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, sözlərindən məhkum olunmamış, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 23 A, mənzil 27-də yaşayan - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx xxxxxx 1957-ci ildə Kəlbəcər rayonu, Çaykənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sözlərindən məhkum olunmamış, "xxxx" MMC-də gecə gözətçisi işləyən, Kəlbəcər rayonu, Kəndyeri kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Yeni Qəsəbə, ev 23, mənzil 36-da və N.A.N.T. MMC-nin anbar və ofis binasının yanında 2 otaqlı evdə yaşayan Şahid 2014-cü ildən hazırki vaxta kimi MMC-nin Gəncə şəhəri, H.Əliyev prospekti 47-də yerləşən 2 anbar və 1 ofis binasının gündüz və gecə mühafizəsi işlərinin (xidmətlərinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar alınmış izahatlar və aşağıda qeyd olunan sənədlərlə öz təsdiqini tapmışdır "xxxx" MMC-nin VÖEN-i **********, Gəncə filialı Gəncə şəhəri, H.Əliyev prospekti olmaqla, hüquqi ünvanı ünvan 2ə izahat vermiş X8 izahatında bildirmişdir ki, 15 iyun 2006-cı il tarixdən 07 noyabr 2023-cü il tarixədək "xxxx" (Nazim, Aydın, Nofəl, Tamerlan) MMC-də anbardar işləmiş, onu işə MMC-nin həmin vaxt bölgə müdiri işləyən Valid Vəlizadə götürmüş, lakin həmin şəxs xeyli müddətdir ki, işdən çıxarıldığından işləmir. "xxxx" MMC-nin Gəncə filialı Gəncə şəhəri, H.Əliyev prospekti 47-də yerləşir. "xxxx" MMC-nin baş direktoru X19r. "xxxx" MMC tərəfindən onunla əmək müqaviləsi bağlanmış, lakin hansı tarixdən bağlanması barədə məlumatı yoxdur. Onun "xxxx" MMC-nin anbarında 4 nəfər işçisi olmuşdur. Həmin işçiləri "xxxx" MMC-nin özü işə götürmüşüdr. Həmin fəhlələr X20, X21, X22 və Mansur olmuşlar. Anbarın və ofisin mühafizəçisi isə Şahid olmuş, Şahid əmək müqaviləsi olmadan MMC-nin bölgə müdiri Samir Qasımov və baş direktoru Nazim Qasımov tərəfindən anbarın və ofisin gündüz və gecə olmaqla mühafizəçisi kimi işlədilmiş, aylıq olaraq bölgə müdiri Samir Qasımov tərəfindən Şahid 100 manat nağd formada əmək haqqı verilmişdir. Bölgə müdiri X23r. O, anbardar işlədiyi müddətdə verilən tapşırıqları yerinə yetirmiş və heç bir nöqsana yol verməmişdir. Uçot üzrə anbar məhsulları yerində olub və hər ay auditlər tərəfindən yoxlanılıbdır. Bu illər ərzində həftənin 5 günü iş olmasına baxmayaraq "xxxx" MMC-nin baş direktoru Nazim Qasımov və Gəncə bölgə müdiri Samir Qasımov tərəfindən həftənin şənbə və bazar günləri işə çağırılaraq işlədilmiş, həmçinin şənbə və bazar günləri işlədilməsi ilə bağlı ona əmək haqqı verilməmişdir. 2017- ci ildə MMC-yə başqa ərzaq məhsulları da gəlmiş, həmin məhsullara başqa anbar icarəyə götürülmüş və ora anbardar verilmişdir. Həmin anbardar işinin öhdəsindən gələ bilmədiyi üçün və əskikləri çox olduğundan işdən azad edilmiş, həmin anbar böyük olduğundan onun işlədiyi köhnə anbar ləğv edilmiş, bütün mallar həmin anbara yığılmış və anbardar da o, olmuşdur. Ona deyilmişdir ki, hər iki anbardan əmək haqqını o, alacaqdır. O, birinci anbarda işlədiyi vaxt 550 manat əmək haqqı alsa da, iki anbar birləşəndən sonra əmək haqqı 700 manat olmuş və o, iki anbarın birləşməsinə görə hər iki anbardarm əmək haqqının ona veriləcəyinin deyilməsinə baxmayaraq nəyə görə verilməməsini soruşduqda, ona deyilmişdir ki, əmək haqqın yavaş-yavaş qaldırılacaqdır. 2020-ci ildə əmək haqqını 50 manat və 2021-ci ildə əmək haqqını 50 manat qaldırmışlar. 2022-ci ildə o, 800 manat əmək haqqı almışdır. 09 iyul 2022-ci il tarixdə həyat yoldaşı yaşadıqları küçədə avtomobil vurduğuna görə günü 250 manat olmaqla 7 gün Gəncə səhərində “Mərkəzi Klinika”da müalicə olunmuşdur. Həyat yoldaşının xəstəxanada olduğu günlər o, işə çıxmamış və həmin günlərdə anbar bölgə müdiri Samir tərəfindən anbarın fəhləsi X12 təhvil verilmiş, lakin anbar fəhləyə təhvil verilə bilməzdi. O, işə çıxdıqdan sonra oxran təhvil alarkən anbarda 360 manat əskiklik olmuşdur. Onun 80 manatının operatorun səhvi nəticəsində yaranmasını müəyyən etmiş və qalan pulu günahı olmadığı halda onun əmək haqqından tutmuşlar. Rusiya Federasiyasından gələn karamellər 5-7 kiloluq qutularda gəlmişdir. Onlar anbarda həmin qutuları bir kiloluq salafan torbalara yığmış və etiketlərini də üstünə vurmuşlar. Rusiya göndərilən karamellərin quruyub çəkisinin azalmasına görə hər qutuya 20-30 qram artıq karamel qoymuşdur. Onlar isə karamelləri salafan torbalara yığdıqları vaxt həftəyə 1 kilo karamel artıq çıxmış, o bu barədə bölgə müdiri Samirə məlumat verdikdə sonuncu ona demişdir ki, artıq qalan karamellər qoy anbarda qalsın. 4-5 ay keçəndən sonra artıq yığılan karamellərin çəkisi 44 kiloqrama çatmışdır. Bu haqda MMC-nin baş direktoru Nazim Qasımov biləndən sonra auditlər ondan izahat almış və o, karamellərdə artıq yaranmasını bölgə müdiri Samirə deməsini bildirmişdir. MMC-nin rayonlar üzrə satış müdiri Ənvər Quliyev anbarı yoxlatdırmış, lakin əskiyi çıxmamışdır. 2023-cü ilin oktyabr ayında Gəncə şəhərində hazırda xatırlamadığı mağazadan 5 qutu 7 kq-lıq «Moskviçka» konfeti müddətinin keçməsinə görə anbara qayıtmışdır. Bölgə müdiri Samir ona demişdir ki, həmin qutuların etiketini dəyiş yenidən satışa göndərə bilməz. Samir Qasımov da özü həmin 5 qutu 7 kq-lıq «moskviçka» konfetinin son istifadə müddəti ilə bağlı etiketini dəyişib həmin məhsulu anbara qoydurmuş və yenidən satış üçün marketlərə göndərmişdir. Həmin qutuların birinə görə Goranboy rayonunda yerləşən marketdən şikayət gəlmişdir, belə ki, həmin qutu marketdən müddətinin bitməsinə görə geri qaytarılanda ağzı açıq olmuş və marketdə olduğu vaxt qutunun içərisinə siçan girmiş, bölgə müdiri qutunun ağzını açıb yenidən bağlatdırıb marketə satışa göndərəndə siçaq qutuda ölmüş və marketin sahibi qutunu açan vaxt içərisində ölü siçanın olmasını görüb bölgə müdirinə və onlara zəng vurub bu barədə demişdir. 07 noyabr 2023-cü il tarixdə o, işdə olduğu vaxt bölgə müdiri Samir Qasımov ona demişdir ki, sən işdən azadsan, sabahdan işə gəlmə. O, səbəbini soruşduqda Samir ona demişdir ki, rəhbərliyin qərarıdır. O, Samirə demişdir ki, 17 ildən artıqdır ki, bu şirkətdə anbardar işləyir və 4 müdirlə işləmiş onu işdən çıxaran olmayıb. Samir də demişdir ki, onun deyil, müdirin qərarıdır. "xxxx" MMC-nin baş direktoru Nazim Qasımov və Gəncə bölgəsinin müdiri Samir Qasımov 2018-ci ildə işdən çıxarılan günə kimi onu məzuniyyətə buraxmayıblar. Həmin bu illərdə, yəni 2023-cü ilədək onu qanunsuz olaraq həftənin şənbə və bazar günləri də işlətmişlər. Həmçinin eşitmişdir ki, öhdəsində daun sindromlu övladı olan valideyni işdən çıxarmaq olmaz, lakin "xxxx" MMC-nin baş direktoru Nazim Qasımov və Gəncə bölgəsinin müdiri Samir Qasımov öhdəsində avtoqəza keçirmiş həyat yoldaşının və 18 iyun 2005-ci il təvəllüdlü oğlu Fuad Süleymanzadənin daun sindromlu xəstə olmasına baxmayaraq onu qanunsuz olaraq işdən çıxarmış, işdən çıxarılmağı ilə bağlı əmrin surətini və əmək kitabçasının surətini ona verməmişdir. O, əmək haqqını "xxxx" ASC-yə məxsus plastik kartla bankomatlarından almışdır. Anbardar işlədiyi müddətdə ona və digər işçilərə MMC tərəfindən pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri verilməmişdir. O, MMC tərəfindən anbardar kimi saat 08:00-dan 17:00-a kimi, Bakı şəhərindən yük avtomobilləri ilə ərzaq məhsulları gələn günü isə saat 22:30-a kimi işlədilmişdir. Belə ki, Bakı şəhərindən yük avtomobilləri ilə gələn ərzaq məhsulları fəhlələr tərəfindən gecə saat 23:00-a kimi boşaldılmalı olmuşdur ki, yük avtomobilləri Bakı şəhərinə qayıtsın, ona görə də saat 22:30, bəzi vaxtlar 23:00- a kimi işlədilmişlər. MMC tərəfindən işlədildikləri vaxt normal əmək və istirahət rejiminə riayət edilməmişdir. Həftənin şənbə günləri onunla birlikdə anbarın fəhlələri yük maşınlarında gələn qutuları anbara boşaldıb və anbarda hər məhsulu öz yerlərinə çeşidləyib yığmış, lakin əmək müqaviləsində şənbə və bazar günləri üçün iş nəzərdə tutulmamışdır. MMC tərəfindən şənbə və bazar günləri işlədilməklərinə baxmayaraq həmin günləri işlədilməkləri ilə bağlı onlara əlavə əmək haqqı da verilməmişdir. X33 izahatında bildirmişdir ki, X4 şəhər prokurorluğuna yazmış olduğu və ona təqdim olunmuş ərizəsi ilə tanış olmuş, X6 tanıyır, onunla aralarında düşmənçilikləri və ədavətləri olmamışdır. Mahir 15 iyun 2006-cı il tarixdən 07 noyabr 2023-cü il tarixədək "xxxx" (Nazim, Aydın, Nofəl, Tamerlan) MMC-də anbardar işləmişdir. O, MMC-də 2014-cü ildən işləyir. Əvvəllər təhcizatçı işləmiş, 5-6 il olar ki, həmin MMC-nin bölgə müdiri-bölmə rəhbəri işləyir. Mahir həmin MMC-də 2006-cı ildən işləmiş oluğundan onu işə o yox, həmin vaxt MMC-nin bölgə müdiri işləmiş Valid Vəlizadə götürmüşdür. "xxxx" MMC-nin Gəncə filialı Gəncə şəhəri, H.Əliyev prospekti 47- də yerləşir. "xxxx" MMC-nin baş direktoru X19r. "xxxx" MMC tərəfindən onunla 2014-cü ildən əmək müqaviləsi bağlanmışdır. "xxxx" MMC-nin anbarında anbardar Mahir həmin anbarın fəhlələri X20, X21, X22 və Mansurla işləmişdir. "xxxx" MMCnin baş direktoru Nazim Qasımovdur və MMC-nin Gəncə bölməsində olan işçiləri də onun razılığı ilə o, işə götürmüş, lakin müqavilə MMC-nin adından bağlanmışdır. MMCnin sabiq anbardar Mahir Süleymanov və anbarın fəhlələri əmək müqaviləsində iş günləri həftənin 5 iş günü nəzərdə tutulsa da, MMC-nin işi dayanmasın deyə şənbə və bazar günləri işlədilmələrinə görə onlara əlavə əmək haqqı verilmişdir, çünki MMC-nin anbarına adətən satılan ərzaq məhsulları yük avtomobilləri ilə həftənin şənbə və bazar günləri göndərilmiş və buna görə də anbardar və fəhlələr MMC tərəfindən sənbə və bazar günləri də işlədilmişlər. Yük avtomobilləri ərzaq yükünü boşaltmaq üçün MMC-nin anbarına adətən axşam saatlarında gəldiyindən bəzi vaxtlar olubdur ki, həmin yüklərin fəhlələr tərəfındən boşaldılması və anbardar Mahir tərəfindən anbara qəbul edilməsi saat 23:30 radələrinə kimi çəksin, həmin vaxtlarda da Mahirin evinə qədər avtomobillə göndərilməsi təmin olunmuşdur. Mahir Süleymanov 2023-cü ildə və əvvəlki illərdə ola bilər ki, əmək məzuniyyətində olmasın, lakin bildiyinə görə ona əmək məzuniyyətinə görə əmək haqqı hesablanıb verilmişdir. Anbarın işçiləri və anbardar Mahir iş vaxtı evlərindən gətirdikləri köhnə paltarlarda işləmişlər. MMC-nin anbarlarının birləşməsi tarixini xatırlamır, lakin onu bilir ki, iki anbar birləşəndən sonra anbardar Mahir qalmış və onun əmək haqqı əvvəlki əmək haqqına nisbətən artırılmışdır. 09 iyul 2022-ci il tarixdə həyat yoldaşı avtoqəza nəticəsində xəsarət aldığına görə Mahir işə gəlməmiş, tərəflərindən anbar fəhlə X12 təhvil verilmiş, Mahir işə çıxandan sonra isə özünə qaytarılmışdır. Həmin vaxt 350 manat dəyərində anbarda kəsir yaransa da həmin kəsir yoluna qoyulmuşdur. Mahir Süleymanovun anbara geri qayıdan karamellərdən 5 qutusunun vaxtı keçməsinə baxmayaraq onu məcbur edərək yenidən satışa göndərməyi və həmin qutulardan birindən siçan ölüsünün çıxması barədə dedikləri hesab edir ki, düzgün deyildir, belə bir şeyin olmasını xatırlamır. 07 noyabr 2023-cü il tarixdə X1 ofisinə gələrək ona işdən çıxmaq istəməsini demiş və o da Mahirə bildirmişdir ki, işdən çıxmaq istəyirsənsə ərizə yazmalısan. O, Mahirə işdən çıxmaqla bağlı ərizə blankı vermiş, Mahir həmin ərizə blankım doldurmuş və o, ərizə blankını Bakı şəhərinə MMC-nin baş ofisinə göndərmiş və Mahirin əmək müqaviləsinə xitam verilmişdir. Mahir Süleymanovun işdən çıxmaq istəmədiyi halda onun əmək müqaviləsinə MMC-nin rəhbəri tərəfindən xitam verilməsi barədə dedikləri düzgün deyildir. Onun əmək müqaviləsinə işdən çıxmaq istəməsi ilə bağlı öz ərizəsinə əsasən xitam verilmişdir. X21 izahatında bildirmişdir ki, X5 Gəncə şəhər prokurorluğuna yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuş, X7 tanıyır, onunla aralarında ədavətləri və düşmənçilikləri yoxdur. X8 2006-cı ildən 07 noyabr 2023cü il tarixədək "xxxx" (Nazim, Aydın, Nofəl, Tamerlan) MMC-də anbardar işləmişdir. 2016-cı ildən "xxxx" MMC-də fəhlə işləyir. Onu işə bölmə rəhbəri Valid Vəlizadə götürmüşdür. MMC tərəfindən onunla bildiyinə görə əmək müqaviləsi bağlanmışdır. O, əmək haqqını "xxxx" ASC-yə məxsus plastik kartla alır. O, ayın əvvəlində 315 manat, ayın ortasında isə 124 manat bonus olmaqla əmək haqqı alır. "xxxx" MMC-nin Gəncə filialı Gəncə şəhəri, H.Əliyev prospekti 47-də yerləşir. "xxxx" MMC-nin baş direktoru X19r. X8 MMC-nin Gəncə bölgəsinin anbardan olmuş, o, X13, X20 və X22 fəhlə işləmiş və hazırda da fəhlə işləyirlər. "xxxx" MMC-nin Gəncə bölgəsinin Bölgə müdiri-bölmə rəhbəri hazırda X23r. Anbarın və ofisin gecə mühafizəçisi isə Nizamidir. MMC tərəfindən həmin işçi ilə əmək müqaviləsinin bağlanıb-bağlanmaması barədə məlumatı yoxdur. O, anbarda fəhlə işlədiyi müddətdə bölgə rəhbəri Samir və anbardar tərəfindən verilən tapşırıqları yerinə yetirmiş və nöqsana yol verməmişdir. MMC-nin sabiq anbardan X5 bu illər ərzində həftənin 5 günü iş olmasına baxmayaraq "xxxx" MMC-nin baş direktoru Nazim Qasımov və Gəncə bölgəsi üzrə müdiri Samir Qasımov tərəfindən həftənin şənbə və bazar günləri özünün, onun və anbarın digər fəhlələrinin işə çağırılaraq işlədilməyi, həmçinin şənbə və bazar günlər, işlədilməsinə baxmayaraq həmin günlərə görə onlara əlavə əmək haqqı verilməməsi ilə bağlı dedikləri düzgündür. 09 iyul 2022-ci il tarixdə sabiq anbardar Mahirin həyat yoldaşını yaşadıqları küçədə avtomobil vurmasına görə Gəncə şəhərində Mərkəzi klinikada müalicə olunmuş, Mahir həmin günlər işə çıxmamış və həmin günlərdə anbar bölgə müdiri Samir Qasımov tərəfindən anbarın fəhləsi Lətifə təhvil verilmişdir. Mahir işə çıxdıqdan sonra anbarı təhvil alarkən anbarda əskiklik olmuş, onun 80 manatının operatorun səhvi nəticəsində yaranması müəyyən edilmiş və qalan pul Mahirin əmək haqqından tutulmuşdur. Rusiya Federasiyasından MMC-nin Gəncə bölməsinə karamellər 5-7 kiloluq qutularda gəlmiş, bölgə rəhbəri Samirin göstərişinə əsasən anbarın fəhlələri anbarda həmin qutuları bir kiloluq salafan torbalara yığmış və etiketlərini də üstünə vurmuşlar. Rusiya şirkəti göndərilən karamellərin çəkisinin gələcəkdə quruyub azalacağına görə qutuya 20-30 qram artıq karamel qoymuş, onlar həmin karamelləri 1 kiloluq salafan torbaya yığdıqları üçün karamellərin çəkisində artıqlıq yaranmışdır. MMC-nin baş direktoru Nazim Qasımov bu barədə biləndən sonra auditlər Mahirdən izahat almış və Mahir karamellərdə artıq yaranmasının səbəbini izah etmişdir. MMC-nin rayonlar üzrə satış müdiri Ənvər Quliyev anbarı yoxlatdırmış, lakin anbardan əskik çıxmamışdır. 2023-cü ilin oktyabr ayında Gəncə şəhərində mağazalardan vaxtı keçmiş məhsulların qəbulu anbarına 5 qutu 7 kq-lıq «Moskviçka» karameli müddətinin keçməsinə görə geri qayıtmış və həmin konfetlər yenidən Mahirin anbarına verilərək satışa göndərilmiş və eşitdiyinə görə Goranboy rayonuna göndərilən həmin konfet qutularında, yəni anbarda ağzı açıq vəziyyət olmuş, sonradan ağzı bağlanmış qutunun birinin içərisindən siçan ölüsü çıxmış və konfet qutusu yenidən anbara geri qaytarılmışdır. İşlədiyi 2018- cı ildən bu günə kimi işi olan vaxtlar ayda bir-iki gün icazə versələr də ona rəsmi olaraq əmək məzuniyyəti verilməmişdir. 2023-cü ildə ona əmək məzuniyyəti verilməmiş, anbarda fəhlə işlədiyi müddətdə ona və digər işçilərə MMC tərəfindən pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri verilməmiş, o, anbarda evdən apardığı fəhlə paltarında işləmişdir. MMC tərəfindən anbarda fəhlə kimi saat 08:00-dan 17:00-a kimi, Bakı şəhərindən yük avtomobilləri ilə ərzaq məhsulları gələn günü isə saat 22:30 radələrinə, bəzi vaxtlar isə 23:30-a kimi işlədilmişdir. Belə ki, Bakı şəhərindən yük avtomobilləri ilə gələn ərzaq məhsulları o və digər fəhlələr tərəfindən rəhbərliyin göstərişinə əsasən gecə boşaldılmışdır ki, yük avtomobilləri Bakı şəhərinə qayıtsın, ona görə də saat 22:30, bəzi vaxtlar 23:30-a kimi işlədilmişlər. MMC tərəfindən gecələr işlədildikləri vaxt normal əmək və istirahət rejiminə riayət edilməmişdir. Həftənin şənbə günləri onunla birlikdə anbarın digər fəhlələri yük avtomobillərində anbara satış üçün gələn içərisində konfet-şirniyyatlar olan qutuları anbara boşaltmış və hər məhsulu anbarda öz yerlərinə çeşidləyib yığmış, lakin əmək müqaviləsində şənbə və bazar günləri üçün iş nəzərdə tutulmamışdır. MMC tərəfindən şənbə və bazar günləri işlədilməklərinə baxmayaraq həmin günləri işlədilməkləri ilə bağlı onlara əlavə əmək haqqı da verilməmişdir. Mahir Süleymanovu işdən o, bildiyinə görə MMC-nin baş direktoru Nazim Qasımov çıxartmış, lakin niyə çıxartmasının səbəbini bilməmişdir. Mahir özü də gələrək demişdir ki, onu işdən məcburi çıxartmışlar, lakin səbəbini bilmir. X13, X22 və X20 analoji məzmunda izahat verərək İlqar Salmanovun bildirdiklərini təsdiq etmişlər. X13 və X20 həmçinin Anbarın və ofisin gecə mühafizəçisinin Şahid olmasını təsdiq etmişlər. Şahid izahatında bildirmişdir ki, X5 Gəncə şəhər prokurorluğuna yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuş, X7 tanıyır, onunla aralarında ədavətləri və düşmənçilikləri yoxdur. X8 2006-cı ildən 07 noyabr 2023cü il tarixədək "xxxx" (Nazim, Aydın, Nofəl, Tamerlan) MMC-də anbardar işləmişdir. 2006-cı ildən "xxxx"MMC-də gündüz və gecə mühafizəçisi işləyir. Onun işi "xxxx" MMCnin Gəncə şəhəri, H. Əliyev prospekti 47-də yerləşən iki anbarına, yəni satış və geri qaytarılan məhsulların yığılma anbarlarının və MMC-nin Gəncə filialının ofis binasının gecə və gündüz olmaqla mühafizəsini təşkil etməkdir. Gəncə şəhəri, Yeni Qəsəbə, ev 23, mənzil 36-da olan evini oğlu Babəkə vermiş, özü isə həyat yoldaşı ilə birlikdə "xxxx" MMC-nin ofis binasının yaxınlığında olan iki otaqlı evdə yaşayır. N.A.N.T. MMC-nin bölgə müdiri X33 həmin MMC-nin iki anbarının və bir ofis binasının mühafizəsinin təşkil etməyinə görə ayləq olaraq özü şəxsən 100 manat əmək haqqı verir, Samir ona əmək haqqını hər ayın 3-5- arası verir. Onu işə MMC-nin sabiq bölmə rəhbəri Valid Vəlizadə götürmüşdür. MMC tərəfindən onunla əmək müqaviləsi bağlanmamış, bölgə müdiri X33 və N.A.N.T. MMC-nin baş direktoru X32 onu əmək müqaviləsi olmadan neçə illərdir ki, mühafizəçi kimi işlədirlər və hər ayın 3-5 arası 100 manat əmək haqqımı bölmə rəhbəri Samir Qasımov vaxtlı-vaxtında nağd qaydada vermiş və əmək haqqını kəsməmişdir. Həmin ərazi əvvəlcə Toxunulmayan Parça ATSC-nin ərazisi olmuş, sonra Mehrac Əliyev adlı şəxs tərəfindən həmin ATSC tam olaraq özəlləşdirilmiş və ərazidə olan anbarlar N.A.N.T. MMC-yə, "xxxx" MMC-yə, «Gülüstan limonadı» şirkətinə, "xxxx" MMC-yə və adını bilmədiyi bir dekor firmasına icarəyə vermişdir. O, həmçinin digər MMC-lərin anbarlarına da nəzarət etdiyi üçün Mehrac Əliyev ona özü aylıq olaraq hər aym 3-5 arası gətirərək nağd şəkildə 350 manat əmək haqqı verir. X8 MMC-nin Gəncə bölgəsinin anbardan olmuş, X20, X13, X21 və X22 anbarın fəhlələri işləmiş və hazırda da fəhlə işləyirlər. "xxxx" MMC-nin Gəncə bölgəsinin Bölgə müdiri-bölmə rəhbəri hazırda X23r. Mən N.A.N.T. MMC-nin gündüz və gecə mühafizəçisi işlədiyi müddətdə verilən tapşırıqları yerinə yetirmiş, həmin ərazinin mühafizəsini tam şəkildə təşkil etmiş və nöqsana yol verməmişdir. MMC-nin sabiq anbardan X8 və anbarın fəhlələri bu illər ərzində həftənin şənbə və bazar günləri də daxil olmaqla bütün həftəni işləmişlər. N.A.N.T. MMC-nin anbarına Bakı şəhərindən ərzaq məhsulları çox vaxt gecə vaxtı və həftənin şənbə və bazar günləri gəlmişdir. Mahir Süleymanov və anbarın fəhlələri bir çox hallarda gecə saat 22:30-23:30 radələrinə kimi Bakı şəhərindən gələn yük maşınlarını boşaldaraq yola salmışlar ki, həmin yük maşınları gecə ilə Bakı şəhərinə qayıda bilsinlər. Mahir Süleymanov 07 noyabr 2023-cü il tarixdə işdən çıxarılmış, lakin hansı səbəbdən çıxarılmasını bilməmiş, lakin eşitmişdir ki, onu Bakı şəhərindən, yəni MMC-nin baş direktoru X32 işdən çıxarıbdır. Mahir özü də gələrək ona demişdir ki, onu məcburi işdən çıxartmışlar, lakin səbəbini bilmir. Bununla da, X15 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid 2014-cü ildən hazırki vaxta kimi MMC-nin Gəncə şəhəri, H.Əliyev prospekti 47-də yerləşən 2 anbar və 1 ofis binasının gündüz və gecə mühafizəsi işlərinin xidmətlərinin yerinə yetirilməsinə cəlb etməsi faktı öz təsdiqini tapmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM- nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması olmuşdur. X15 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin törədilməsi faktı araşdırma zamanı tam təsdiq edildiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanaraq aidiyyəti üzrə baxılması üçün X28 Xidmətinin Gəncə Regional şöbəsinə göndərilmişdir. Araşdırma materialından görünür ki, N.A.N.T. MMC-nin baş direktoru vəzifəsində işləyən X15 Azərbaycan Respublikasının Əmək Məcəlləsində tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx xxxxxx 1957-ci ildə Kəlbəcər rayonu, Çaykənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sözlərindən məhkum olunmamış, N.A.N.T. MMC-də gecə gözətçisi işləyən. Kəlbəcər rayonu, Kəndyeri kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Yeni Qəsəbə, ev 23, mənzil 36da və N.A.N.T. MMC-nin anbar və ofis binasının yanında 2 otaqlı evdə yaşayan X10 2014-cü ildən hazırki vaxta kimi MMC-nin Gəncə şəhəri, H.Əliyev prospekti 47-də yerləşən 2 anbar və 1 ofis binasının gündüz və gecə mühafizəsi işlərinin yerinə yetirilməsinə cəlb etməsi izahat və sənədlərlə tam təsdiqini tapmışdır. X15 Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə kifayət qədər öz təsdiqini tapmasına baxmayaraq onun barəsində inzibati xəta haqqında iş üzrə icraata X14 Gəncə-Daşkəsən Regional idarəsində xitam verilməsi barədə xx.xx.2024-cü tarixli qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə olan halda X15 vəzifəli şəxs qismində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi də başlanılmış inzibati xəta haqqında iş üzrə icraata X14 Gəncə-Daşkəsən Regional idarəsində xitam verilməsi barədə xx.xx.2024-cü tarixli qərarı ləğv edilməli və Nazım Qasımovun barəsində inzibati tənbeh tədbiri görülməlidir. İş üzrə Gəncə Şəhər Məhkəməsinin hakimi Xanməmmədova Liza Əliəşrəf qızı tərəfindən 22 aprel 2024-cü il tarixli Qərar qəbul edilmiş, Qərara əsasən X15 barəsində Azərbaycan Respublikası X28 Xidmətinin Gəncə-Daşkəsən Rayon Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN №0208825 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan Gəncə şhər prokroru baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə apellyasiya ptotesti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli Qərarın ləğv edilərək materiallar yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Gəncə şəhər prokurorunun köməkçisi X26 protestin məzmununa uyğun ifadə verərək protestin təmin edilməsini, X32 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və buna görə də onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X15 nümayəndəsi (vəkil) Vəkil izahatında bildirdi ki, X9 xx.xx.2014-cü il tarixdən xx.xx.2023- cü il tarixədək "xxxx" MMC-də “anbardar” vəzifəsində çalışmışdır. Yol verdiyi nöqsanlara görə ona xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq edilmiş, xx.xx.2023-cü il tarixdə ona “Töhmət” elan edilmiş, xx.xx.2023-cü il tarixdə isə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən X9 ilə son haqq-hesab edilmiş, bütün prosedur qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. X2 əsassız iddialarla Gəncə şəhər prokurorluğuna şikayət ünvanlamış, özünün qanunsuz şəkildə işdən azad edilməsini bildirmiş, həmçinin bilərək yalan ifadə verərək göstərmişdir ki, guya Şahid "xxxx" MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Gəncə şəhəri, Heydər Əliyev prospekti 47 ünvanında yerləşən anbarda “anbardar” kimi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini bildirmişdir. Verilmiş izahat əsasında X4 işdən azad olunması qismində hər hansı qanunsuzluq aşkar edilməmişdir. Lakin digər əsassız iddialar üzrə Gəncə şəhər prokurorluğu tərəfindən Şahid əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi əsası ilə xx.xx.2024-cü il tarixdə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilərək X28 Xidmətinin Gəncə-Daşkəsən Rayon Şöbəsinə göndərilmişdir. Həmin vaxt Şahid DƏMX GəncəDaşkəsən Rayon Şöbəsində izahatında da qeyd edib ki, o, "xxxx" MMC-nin işçisi deyil və aralarında hər hansı əmək münasibəti mövcud deyil. "xxxx" MMC-in icarə müqaviləsi 5. "xxxx" MMC və “X31" ASC arasında xx.xx.2017- ci il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələri mövcuddur. Həmin müqavilələrə əsasən Gəncə şəhəri, Heydər Əliyev prospekti 47 ünvanında yerləşən anbar "xxxx" MMC-yə icarəyə verilmişdir. Yəni "xxxx" MMC həmin ərazidə yerləşən çoxsaylı anbarlardan yalnız birinin icarədarıdır. Bununla yanaşı zəruri bir məqam qeyd edilməlidir ki, Şahid Gəncə şəhəri, Əziz Əliyev prospekti 91 ünvanda yerləşən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Bitki Mühafizə və X41 Tədqiqat İnstitutunda gözətçi vəzifəsində işləyir. Bunu №xxxxxxx000302 nömrəli əmək müqaviləsi bildirişindən də görmək mümkündür. Yəni Şahid "xxxx" MMC-nin deyil, Bitki Mühafizə və Texniki Bitkilər X18 işçisidir. Həmin ərazidə isə bir çox anbarlar mövcuddur və Şahid həmin ərazi üzrə X18 işçisi olmaqla əraziyə ümumi nəzarəti həyata keçirir. Bu isə o deməkdir ki, "xxxx" MMC-nin Şahid işə götürmək, onunla əmək müqaviləsi bağlamaq kimi bir öhdəliyi yoxdur. "xxxx" MMC tərəfindən Şahid edilmiş ödənişlər isə yalnız el adət-ənənəsinə uyğun olaraq bayram günlərində “hədiyyə” kimi təqdim edilmiş, onun oğlu qazi olduğu üçün yardım məqsədi daşımış, heç bir halda hər hansı işin görülməsi qarşılığı kimi qəbul edilməmişdir. Oxşar icraat X28 Xidmətinin GəncəDaşkəsən Rayon Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” ******* nömrəli, 5 fevral 2024-cü il tarixli qərarla "xxxx" MMC-nin bölgə müdiri X3 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi əsasında 3500 (üç min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. N.A.N.T.” MMC-nin bölgə müdiri X16 müvafiq şikayəti əsasında X28 Xidmətinin Gəncə-Daşkəsən Rayon Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” ******* nömrəli, 5 fevral 2024-cü il tarixli qərar Gəncə Şəhər Məhkəməsi tərəfindən ləğv edilmişdir. Odur ki, X32 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X14 Gəncə-Daşkəsən Regional şöbəsinin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixli Şahid izahatını məhkəməyə təqdim edərək bildirmişdir ki, Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən iş üzrə araşdırma aparılarkən Şahid Bitki Mühafizə və Texniki bitkilər institutunda gözətçi işlədiyi, "xxxx" MMC-nin baş direktoru X24 tanımadığı, onunla heç bir münasibəti olmadığı məlum olmuşdur. Ona görə də 01 mart 2024-cü il tarixdə X15 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Sonda o, protestin təmin edilməməsini 01 mart 2024-cü il qərarın MN ******* saylı qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 1996-cı il tarixdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X41-Tədqiqat İnstitutunda gözətçi işləyir. "xxxx" MMC ilə onun heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X41- Tədqiqat İnstitutunun yerləşdiyi ərazidə "xxxx" MMC-nin də anbarı yerləşir. Qeyd edilən əraziyə giriş isə eyni yerdəndir. O isə sadəcə ümumi əraziyə gözətçilik edir və əmək haqqını da rəsmi olaraq kart vasitəsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X41-Tədqiqat İnstitutundan alır. Onun oğlu Vətən Müharibəsində iştirak etdiyi zaman oğlunun ailəsinə kömək məqsədilə "xxxx" MMC tərəfindən göstərilmiş maddi yardımın isə onun işi ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şahid Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X41-Tədqiqat İnstitutunda gözətçi işləyir. "xxxx" MMC ilə onun heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X41-Tədqiqat İnstitutunun yerləşdiyi ərazidə "xxxx" MMC-nin də anbarı yerləşir. Qeyd edilən əraziyə giriş isə eyni yerdəndir. O isə sadəcə ümumi əraziyə gözətçilik edir. Şahid "xxxx" MMC-nin işçisi deyildir. O, Gəncə şəhər Prokrorluğunda verdiyi izahatını oxumağı bacara bilmədiyi üçün nə qeyd edildiyini bilmədən imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13, X22 və X20 eyni mazmunda ifadə verərək İlqar Salmanovun ifadəsində bildirdiklərini təstiq etmişlər. Məhkəmə proses iştirakçılarının çıxışını və şahidlərin ifadəsini dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, protest qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -20 aprel 2024-cü il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsi barədə 01 nömrəli əlavə sazişdən görünür ki, “X31” ASC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən icarə müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. -əmək müqaviləsi bildirişindən və Elektron Məhkəmə İnformasiya sistemindən edilmiş sorğudan görünür ki, Şahid Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X41-Tədqiqat İnstitutunda gözətçi işləyir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə protesti, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı nəzərdən keçirərək və işin faktiki hallarını araşdıraraq hesab edir ki, verilmiş protest qismən təmin edilməlidir. Belə ki, Məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi əsasını diqqətə alaraq, məhkəmə baxışı zamanı inzibati xəta haqqında materialları tələb etmiş, həmin materialları hazırki iş materialları ilə əlaqəli şəkildə şəkildə tədqiq etmişdir. Bundan əlavə, "xxxx" MMC-nin digər işçiləri məhkəmə iclasına şahid qismində dəvət olunaraq şahid qismində dindirilmişdir. Bütün prosessual hərəkətlərin aparılması Şahid məhkəməyədək araşdırma zamanı verdiyi ifadə ilə məhkəmə iclasında zamanı verdiyi ifadənin arasındakı ziddiyyətin aradan qaldırılmasına yönəlmiş, məhkəmə bu qənaətə gəlmişdir ki, onun məhkəməyədək araşdırma zamanı verdiyi ifadə daha mötəbər hesab edilməlidir. Belə ki, həm Şahid, həm də iş üzrə digər şahidlərə ifadələri arasında ziddiyətlə bağlı məhkəmə tərəfindən sual ünvanladıqda həmin şəxslər bunun səbəbini latın qrafikasını oxuya bilməmələri ilə izah etmişlər. Halbuki, həmin izahatlarda onlar latın qrafikası ilə, əl yazısı ilə qeyd aparmış, izahatın öz sözləri ilə yazılmasını qeyd etmişlər. Həm Şahid, həm də iş üzrə digər şahidlərin ifadələri arasında ziddiyətin eyni səbəbdən baş verməsini göstərməsi, məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, onların arasında öncədən sövdələşmə olmuş, işəgötürən şirkətin mənafeyini müdafiə etmək məqsədilə məhkəmədə eyni məzmunlu ifadə vermək qərarına gəlmişlər. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 54.1, 54.2 və 54.3-cü maddələrinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Bu Məcəllənin 158.4, 162-1, 184.4, 184.5, 184.8, 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440- 1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440- 1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 531, 538-1.4 - 538-1.6, 540.5, 550.2- 550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594- 2, 595.2, 596, 601, 602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan normalarına və işin faktiki hallarına, həmçinin İXM-nin prinsiplərinə əsaslanaraq məhkəmə verilmiş protest üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Gəncə şəhər prokuroru Azad Qarayev tərəfindən verilmiş protest qismən təmin olunmalı, X28 Xidmətinin Gəncə-Daşkəsən Rayon Şöbəsi tərəfindən qəbul edilmiş 01 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qərar ləğv edilməli və yenidən araşdırılması üçün DƏMX-ın Gəncə regional ərazi şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Protest qismən təmin edilsin. X28 Xidmətinin Gəncə-Daşkəsən Rayon Şöbəsi tərəfindən qəbul edilmiş 01 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası ƏƏSMN X28 Xidmətinin Gəncə regional ərazi şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar