Məhkəmə qərarları › İş №3(125)-1362/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1362/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1362/2024 18.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Firəngiz Elçin qızının katibliyi Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Samux Rayon Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Samux Rayon Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və vəsatət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Samux Rayon Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasın xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, qərardan 20 gün müddətinə şikayət verilə bilməsindən məlumatı olmamışdır. Ona görə də ötürülmüş müddətin bərpa edilərək, şikayətin icraata götürülməsini xahiş etmişdir. İş materiallarında olan qəbzdən görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Samux Rayon Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdən Xanlar Hüseynova imza atrdırılmaqla təhvil verilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 3(125)-549/2024 nömrəli qərarı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Samux Rayon Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə müəyyən edilmiş cəriməni 03 ay müddətinə icra etmədiyinə görə sürücülük hüququ məhdudlaşdırılmışdır. Məhkəmə vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, X1 buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin olunmamalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər . 130.1-ci maddəsinə əsasən, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 130.2-ci maddəsinə əsasən, bu Məcəlləninin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər; 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpa olunması qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə iş materiallarını, habelə inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması səbəbi kimi istinad edilən halları araşdırıb hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Samux Rayon Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatəti rədd edilsin. Samux Rayon Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar