Məhkəmə qərarları › İş №3(125)-1364/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1364/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1364/2024 14.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, X2 Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər DYPŞ Yol Patrul Xidmətinin inspektoru polis serjantı X1 idarə etdiyi Mercedes Benz E350 Minik markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin yaylarının normativ tələblərə uyğun olmayan sport yaylarla dəyişdirilməsini əsas gətirərək avtomobili DYP-nin cərimə meydançasına yerləşdirmiş və İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3-cü maddələrinə əsasən barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş, daha sonra isə xx.xx.2024-cü il tarixdə mənim 150 manat məbləğində cərimə edilməsinə dair TP ******* saylı inzibati xəta haqqında qərar qəbul etmişdir. Qərar qanunsuz və əsassız olduğundan ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, idarə etdiyi Mercedes Benz E350 Minik markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobildə normativ tələblər pozulmaqla heç bir dəyişiklik edilməmişdir. Avtomobilin bütün avadanlıqları istehsalçı tərəfindən istehsal olunmuş normativ tələblərə avadanlıqlardır. İlk öncə nəzərə almaq lazımdır ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Qİİ-də avtomobilin təkrar qeydiyyatı aparılmış və həmin vaxt texniki baxışdan da keçmişdir. Bu da onu göstərir ki, inzibati protokol və qərarda qeyd olunan pozuntular olmamışdır. Əks təqdirdə, avtomobil texniki baxışdan keçə bilməzdi. Bundan əlavə, polis inspektoru ancaq öz mülahizələrinə əsasən qərardakı qənaətə gəlmişdir. Halbuki, avtomobildə hər hansı normativ tələbin pozulması halının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunur, polis inspektoru isə həmin biliyə malik deyil. Avtomobil mütəxəssis tərəfindən müayinə edilmədən və ya avtomobilin istehsalçısının bu barədə fikri öyrənilmədən polis inspektorunun ancaq öz mülahizəsi əsasında avtomobilin yaylarının sport olmasının normativ tələblərin pozulması kimi qəbul etməsi əsaslı hesab edilə bilməz. Bundan başqa, avtomobilin yaylarının sport olmasının normativ tələblərə zidd olması barədə hər hansı tənzimləmə də yoxdur. Ona görə də istehsalçı tərəfindən istehsal olunaraq mülki dövriyyəyə buraxılan ehtiyyat hissələrin (sport yayların) avtomobilə quraşdırılması normativ tələblərin pozulması kimi qəbul edilə bilməz. Çünki, qanunla qadağan olunmayan hər şey icazəlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 9-cu hissəsinə əsasən, hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər. İnzibati xəta haqqında qərar təqsirsizlik prezumpsiyasına da ziddir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.İnzibati deyildir.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Ona görə də Gəncə şəhər DYPŞ Yol Patrul Xidmətinin inspektoru polis serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhər DYPŞ Yol Patrul Xidmətinin inspektoru polis serjantı X1 bildirmişdir ki, X1 idarə etdiyi Mercedes Benz E350 Minik markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil sport yaylar quraşdırdığına görə tərəfindən saxlanılmış və maşın cərimə meydançasına aprılmışdır. Orda baxış zamanı maşına sport yayların quraşdırılması müəyyən edilmişdir. Baxış mütəxəssis tərfindən keçirilmişdir. Hal-hazırda həmin rəyi təqdim edə bilmir. Lakin həmin rəyə məhkəməyə təqdim edəcəkdir. Qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: Gəncə şəhər DYPŞ Yol Patrul Xidmətinin inspektoru polis serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixində saat 14:26-da hərəkət edərkən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə və nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə İXM-nin 342.2.3-cü və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli 3-13-16/2-61143/24 nömrəli sorğuya cavabdan görünür ki, Mercedes Benz E350 Minik markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil sonuncu dəfə xx.xx.2023-cü il tarixdə texniki baxışdan keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə; 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə; yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci və 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 150 manat məbləğdə cərimə edilmişdir. X4 nəqliyyat vasitəsini texniki baxışdan keçirdiyini, texniki baxışdan keçirən zaman ona avadanlığın quraşdırılması ilə bağlı heç bi irad bildirilmədiyini, maşına mütəxəssisinin iştirakı ilə baxış keçirilmədiyini bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin qeydinə əsasən əsasən: bu Məcəllənin 342.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş nasazlıqlar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda keçirilməli olan texniki baxış zamanı aşkarlandıqda, şəxs məsuliyyətə cəlb edilmir. Eyni zamanda İXM-nin 93-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış yəni, 93.1. Nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv bütövlüyünü pozmadan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir. 93.2. Nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər. 93.3. Nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur. Bu protokolda aşağıdakılar göstərilir: Məhkəmə tərəfindən “Mercedes Benz E350” Minik markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin barəsində tərtib edilmiş qərarla bağlı aparılmış araşdırmanın nəticəsi barədə qəbul edilmiş sənədlərin təqdim edilməsi ilə bağlı məhkəmə tərəfindən həm qərarı qəbul etmiş şəxsə, həm də Gəncə şəhər DYPŞ-nə məlumat verilməsinə baxmayaraq həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarda hər hansı sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci və 342.2.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut edilməmiş, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda hər hansı sübuta istinad edilməmişdir. İnzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər əsaslı olduğundan şikayət təmin edilməli və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati işin icraatına xitam verlməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Gəncə şəhər DYPŞ Yol Patrul Xidmətinin inspektoru polis serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci və 342.2.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər DYPŞ Yol Patrul Xidmətinin inspektoru polis serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar