Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1392/2023 10.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Tovuz rayonu, Mülkülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 77b, mənzil 29-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 24.06. 2023-cü il tarixli, 16(060)-48/2023 nömrəli icra sənədi əsasında Şəxs 220 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin borclu icraat dövründə heç bir aliment ödənişi etməmiş və bugünki tarixdə borclunun 1320 manat aliment borcu yaranmışdır. Borclu icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Namazova X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında bildirdi ki, icraatında Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqi olmuşdur. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmişdir. Yenidən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı qəbul edilmişdir. Həmin qərardad üzrə tələbin könüllü icrası ilə bağlı bildiriş bugün tərtib edilərək borcluya verilmişdir. Lakin əvvəlki qərardad ilə eyni qərardad olduğuna görə protokol tərtib edilmişdir. Ona görə də protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə hələ yekun nəticə qəbul etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi qərardadı ləğv etmişdir. Sumqayır şəhər Məhkəməsinin yeni qərardadı barədə məlumatları olmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu qəsdən alimenti ödəməkdən yayınır. Bugünki tarixə ödənilməyən 1320 manat aliment borcu mövcuddur. Ona görə də şəxsin cəzalandırılmasını xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(060)-48/2023 nömrəli qərardadından görünür ki, Şəxs 220 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 16(105)-56/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(060)-48/2023 nömrəli qərardadı ləğv olunmuşdur İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(060)-48/2023 nömrəli icra sənədindən görünür ki, Şəxs 220 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir və borcluya yəqdim edilməsi müəyyən olunmur. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(060)-48/2023 nömrəli icra sənədi üzrə icraat xx.xx.2023-cü il tarixdə başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borcluya icra məmurunun və özünün dediyinə görə xx.xx.2023-cü ildə tarixdə yəni məhkəmə iclasının keçirildiyi gün rəsmi qaydada təqdim edilmişdir. Həmin tarixdən etibarən borclununun icra sənədini icra etməsi üçün könülü icra müddəti bitməmişdir. Bu hal özülyündə Şəxs məhkəmə qərarının icrasını üzürsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin icra məmuru borclunun tələbin yönəldilə biləcəyi başqa daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olub-olmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(060)-48/2023 nömrəli icra sənədi üzrə sənədin könüllü icra müddəti bitməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1392/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1392/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver