Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1392/2025 24.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1, zərərçəkmiş şəxs X5 və protokol tərtib edən şəxs Gəncə Şəhər BPİ-nin 4-cü Polis Böməsinin polis sahə rəisi, polis kapitanı X4 iştirakı ilə, xx.xx.1989-cu ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Goranboy rayonu, Hazırəhmədli Ərazi Dairəsi, Bəşirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X1 barəsində Gəncə Şəhər BPİnin 4-cü X6 Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə Şəhər BPİ-nin 4-cü Polis Bölməsində xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, X2 xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan X5 işlədiyi “Bravo 4075” mağazasından 142 manat dəyəri olan kosmetik vasitələri gizli yolla oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahatında göstərdi ki, oğurluq etməmişdir. Aldığı məhsulları salafana qoymuş, pulunu verməyi unutmuşdur. Evə gedəndə deməyə utanmış, polisə təhvil vermişdir. Həmin məhsullar hazırda 4-cü Polis Bölməsindədir. Barəsində inzibati tənbeh tədbiri seçilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 məhkəməyə ərizə təqdim edərək X2 tərəfindən mağazaya dəymiş ziyan tam olaraq ödənildiyinə görə heç bir tələb və şikayətlərinin olmadığını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan X5 işlədiyi “Bravo 4075” mağazasından 142 manat dəyəri olan kosmetik vasitələri gizli yolla oğurlamışdır. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə göndərilmişdir. Məhkəmə iclasında X1 həmin inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, X1 törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokollaşdırılmışdır. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, X1 barəsində İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 112, 114, 115, 117 və 129-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-1392/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1392/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver