Məhkəmə qərarları › İş №3(125)-1394/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1394/2023

03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1394/2023 03.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X2 İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakları ilə, Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək,150 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 28 iyun 2023-cü il tarixdə axşam saatlarında istifadəsində olan 90TY466 dövlət qeydiyyat nişanlı X5 markalı avtomobili idarə edərkən Gəncə şəhər DYPŞ-nin əməkdaşları avtomobilini saxlamışlar. Onlar bildirmişlər ki, maşının duman əleyhinə farlarında led işıqlar var. O izah etmişdir ki, Yol hərəkəti haqqında Qanuna 1 saylı əlavədə də qeyd edildiyi kimi istehsaldan çxarılmış avtomobillərdə başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Həmçinin izah etmişdir ki, bu işıqlar Jeep Wranglerin işıqlarıdır və onda lupa mövcuddur, o qanunu pozmamış, 1 saylı əlavədəki qeydə uyğun hərəkət etmişdir. Əlavə olaraq izah vermişdir ki, bu işıqlar maşında çoxdan var, Bakı şəhərində və elə Gəncə şəhərində də maşınını bir neçə dəfə saxlayıb araşdırdıqdan sonra qanun pozuntusu olmadığını aşkar edərək maşınını saxlamayıblar və cərimə də tətbiq edilməyib. Lakin bununla belə Yol Polisi əməkdaşları maşınını duracağa aparmışlar. Beləliklə xx.xx.2023-cü il tarixdə İXM-nin 342.2.2ci maddəsi ilə təqsirli bilinməyi və 150 manat cərimə edilməyi haqda qərar qəbul edilmişdir. 04 iyul 2023-cü il tarixdə onu dəvət etmiş və qərarı vermişlər. Halbuki o normativ tələbləri pozmamış və avadanlığın quraşdırılması Yol hərəkəti haqqında Qanuna 1 saylı əlavədə göstərilən qeydə uyğun olmuşdur. Həmin 1 saylı Əlavənin İİİ hissəsindəki qeyddə belə yazılıb: Qeyd: İstesaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Göründüyü kimi o qanunu pozmadığı halda haqsız olaraq ona cərimə tətbiq edilmişdir. Odru ki, məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının İnizbati Xətalar Məcəlləsinin 5.1-ci maddəsində yazılıb: İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları (vəzifəli şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar..Ona görə də Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X3 oğlu şikayəti müdafiə edərək izahatında bildirdi ki, maşını müayinə olunarkən onun iştirakı təmin edilməmişdir. Odur ki, Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında bildirdi ki, şikayət tamamilə əsassızdır. X3 28 iyun 2023-cü il tarixdə axşam saatlarında 90TY466 dövlət qeydiyyat nişanlı X5 markalı avtomobili idarə edərkən ekipaj yoldaşı tərəfindən saxlanılmışdır. Saxlanılan zaman maşına başqa maşına aid olan işıqların quraşdırılması müəyyən edilmişdir. Ona görə də maşını cərimə meydançasına aparılmışdır. Orda olan zaman maşın müayinədən keçirilmiş həqiqətən də maşında normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması müəyyən edilmişdir. Ona görə də şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayətin təmin edilməməsini xahiş edir. İş materiallarında olan Gəncə “Avtomotservis və ticarət ” müəssisəsində (VÖEN- **********)-Mühəndis Məsləhətçi işləyən İxtisasca Mühəndis-Mexanik-Quliyev E.Q. oğlu tərəfindən hazırlanmış rəydən görünür ki, 29 iyun 2023-cü il tarixli müraciət əsasında Chevrolet Cruze markalı 90TY466 dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, normativ tələblər pozularaq standarta uyğun olmayan Led lampalar quraşdırılaraq konstruksiya pozuntusuna yol verilmişdir. Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin sahibi tərəfindən avtomobilə standarta uyğun olmayan led lampalar quraşdırılmış, normativ tələblər prozulmuşdur, bu isə qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə mənbəyidir. Konstruktor-layihələndirməsindən kənar müdaxilə konsturksiya pozuntusu hesab olunur və bu kimi hallar yalnız Azərbaycan Respublikası DİN-in Respublikas Baş Dövlət Yol Polis İdarəsinin xüsusi razılığı ilə tənzimlənir və müvafiq regional RİQŞ və TB şöbəsində qeydiyyatdan keçirildikdən sonra hüquqi qüvvəyə minir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X1 idarə etdiyi **-TY-*** nömrəli avtomobildən avtombilə quraşdırılmış duman faraları sökülmüşdür. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 2000-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən yollarda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan avtonəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrinin tətbiqi ilə həyata keçirilir. Həmin qərarın 2.5-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edilməsinə onları qeydiyyata alan orqanın əsas vəzifələrinə aşağıdakılar aiddir: avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə texniki baxışlararası müddətlərdə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən avtonəqliyyat vasitələrinin istismarını qadağan etmək avtonəqliyyat vasitələrinin konstruksiyasının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə, dövlət standartlarına, normativ sənədlərə uyğun olmasına nəzarət etmək; mürəkkəb quruluşlu avadanlıqlaşdırma aparılan avtonəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi ilə bağlı tələblərə uyğunluğu baxımından texniki layihə sənədlərinə müvafiq rəylər vermək, onların sınaqlarının keçirilməsində iştirak etmək, tələblərə cavab verməyən nümunələr barədə müvafiq orqanlara təqdimatlar göndərmək; avtonəqliyyat vasitələrinin zərərli tullantılarından ətraf mühitin qorunması sahəsində qüvvədə olan qaydaların, normativlərin, standartların tələblərinə riayət edlməsinə nəzarəti həyata keçirmək; təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr, idarələr, təşkilatlar və fiziki şəxslər tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin olunması sahəsində qüvvədə olan qaydaların, normativlərin və standartların tələblərinə riayət edilməsinə müstəqil və ya müvafiq səlahiyyətli orqanlarla birlikdə nəzarət etmək. X3 şikayətində və məhkəmə iclasında izahatında bildirmişdir ki, Yol hərəkəti haqqında Qanuna 1 saylı əlavədə də qeyd edildiyi kimi istehsaldan çxarılmış avtomobillərdə başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Bu işıqlar Jeep Wranglerin işıqlarıdır və onda lupa mövcuddur, o qanunu pozmamış, 1 saylı əlavədəki qeydə uyğun hərəkət etmişdir. O normativ tələbləri pozmamış və avadanlığın quraşdırılması Yol hərəkəti haqqında Qanuna 1 saylı əlavədə göstərilən qeydə uyğun olmuşdur. Həmin 1 saylı Əlavənin İİİ hissəsindəki qeyddə belə yazılıb: Qeyd: İstesaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Məhkəmə, şikayətin həmin dəlilini əsassız hesab edir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən və inzibati icraat aparılan şəxsin izahatından görünür ki, X1 idarə etdiyi 90TY466 dövlət qeydiyyat nişanlı X5 markalı avtomobilə başqa maşına məxsus Led lampalar quraşdırılmışdır. Yol hərəkəti haqqında Qanuna 1 saylı Əlavənin İİİ hissəsində qeyddə göstərilmişdir ki: İstesaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Məhkəmə qeyd edir ki, X5 markalı avtomobil istehsaldan çıxarılmamış və həmin nəqliyyat vasitəsinin ehtiyat hissələri hal-hazırda da satışda mövcuddur. Eyni zamanda həmin nəqliyyat vasitəsi istehsaldan çıxarılsaydı belə maşına edilmiş hər hansı konstruktor dəyişiklik Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 2000-ci il tarixli qərarının 2 və 2.5-ci bəndinə əsasən Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yoxlanılaraq texniki vəziyyəti müəyyən edildikdən sonra icazə əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göstərilən qanunvericilik normaların məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli olmasına dair qərar qanuni və əsaslı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar