Məhkəmə qərarları › İş №3(125)-1397/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1397/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1397/2024 25.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Rəşad Şahin oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 20426060 nömrəli inzibati tənbehvermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 20426060 nömrəli inzibati tənbehvermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və başlanılmış icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X3 Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 20426060 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) manat məbləğində cərimə edilmişdir. X3 hesab edir ki, qeyd edilən qərar əsassız və qərəzlidir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, 7 aprel 2024-cü il tarixdə saat 14:38-də Gəncə şəhəri Dədə Qorqud küçəsi 14-da qeyd olunan inzibati xətanın törədilməsini qeydə alan YPX avtomobili heç bir sayrışan işıq siqnalını işə salmadan yolun sağ tərəfindən yol ayrıcında gizlənərək qanunsuz olaraq hadisəni qeydə almışdır. Bundan başqa bildirdi ki, YPX avtomobilinin qeyd olunan yerdə xidmət aparması ilə bağlı müvafiq əmrin və ya göstərişin surəti məhkəmə iclasında tələb edilməli və bununla bağlı rəsmi sənəd olmadığı halda müvafiq tədbirlər gürüməlidir. Eyni zamanda bildirdi ki, o cəriməni ödəmişdir. Barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli EQ 20426060 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, şikayət vermiş şəxsin izahatını dinləyib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 20426060 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X2 təqsiri təsdiq olunur. Beləliklə, X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 20426060 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, şikayətçi tərəfindən cərimə ödənildiyindən, hazırki şikayətin təmin edilməsinə dair hüquqi zərurət də aradan qalxmışdır. Buna görə də, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli EQ 20426060 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli EQ 20426060 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli EQ 20426060 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar