Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1405/2024 16.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, “ABC Telecom”-un nümayəndəsi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Kəpəz rayonu, 3-mikrorayon, ev5, mənzil 14-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(125)- 6082/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 2279 manat alınaraq “Kapital Bank “ ASC-nin xeyrinə,Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(125)- 6204/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 231 manat məbləğində borc tələbkar “Ferrum Kapital“ QSCmin xeyrinə,Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(125)-5968/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 945 manat məbləğində pul tələbkar "xxxx" MMC-nin xeyrinə,Gəncə Şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-8286 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs cəmi 77.52 manat borc tələbkar "xxxx" MMC-nin xeyrinə, Gəncə Şəhəri 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-2113 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs cəmi 319 manat məbləğində borc “Azpul" MMC-nin xeyrinə ödənilmədir. İcra sənədi müvafiq olaraq Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünki tarixə borclu Şəxs icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Hazırda cəmi 3851 manat borc vardır. Borclu Şəxs sonuncu izahatında borcunu tam ödəməyə imkanı olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu bugünə kimi heç bir ödəniş etməmişdir. Protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onun borcunu ödəməyə maddi imkanı yoxdur. Hazırda heç bir yerdə işləmir. İş üzrə icraat xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X6 izahatında bildirdi ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməkdən boyun qaçırır. Odur ki, qanun çərçivəsində qərar verilməsini xahiş etdi. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(125)-6082/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 2279 manat alınaraq “Kapital Bank “ ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(125)-6204/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 231 manat məbləğində borc tələbkar “Ferrum Kapital“ QSC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(125)-5968/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 945 manat məbləğində pul tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Gəncə Şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-8286 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs cəmi 77.52 manat borc tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Gəncə Şəhəri 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-2113 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs cəmi 319 manat məbləğində borc “Azpul" MMC-nin xeyrinə ödənilmədir. İş materiallarında olan icraat başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhəri 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-2113 saylı, xx.xx.2023cü il tarixli icra qeydi üzrə xx.xx.2023-cü il tarixdə icraat başlanılmışdır. İş materiallarında olan icraat başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-8286 saylı, xx.xx.2023cü il tarixli icra qeydi üzrə xx.xx.2023-cü il tarixdə icraat başlanılmışdır. İş materiallarında olan icraat başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(125)-6082/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraat başlanılmışdır. İş materiallarında olan icraat başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(125)-6204/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraat başlanılmışdır. İş materiallarında olan icraat başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(125)-5968/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraat başlanılmışdır. İş materiallarında olan “bir neçə icraatın bir icraatda birləşdirilməsi haqqında” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(125)- 6082/2023 saylı, xx.xx.2023-cü il tarixli,Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş e- 2(125)-6204/2023 saylı, xx.xx.2023-cü il tarixli, Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(125)-5968/2023 saylı, xx.xx.2023-cü il tarixli, Gəncə Şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-8286 saylı, xx.xx.2023-cü il tarixli, Gəncə Şəhəri 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-2113 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atılmaqla götürülmüşdür. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atılmaqla götürülmüşdür. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atılmaqla götürülmüşdür. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atılmaqla götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlığın sürətindən görünür ki, Şəxs borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, ödəmədiyi təqdirdə 500 manatdan 1000 manatadək cərimə və 30 gün müddətinədək həbs olunacağı bildirilmişdir. İş materiallarında olan “Borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə üzürsüz səbədən gəlmədiyi üçün İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır.. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs işləmir və adına hər hansı bir mülkiyyət yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən heç bir ödəniş edilməmiş, lazımi qaydada ödənilməsinə laqeydlik göstərmiş, borcunu ödəməmişdir. Borclu Şəxs oğlunun icra sənədini icra etmək üçün işləmək imkanı olduğu halda işləməmişdir. İcra sənədinin icrasına səhlənkar yanaşmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 16 aprel 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1405/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1405/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver