Məhkəmə qərarları › İş №3(125)-1407/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1407/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1407/2024 07.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər X15 Xidmətinin İnspektoru Polis X2 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzabati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək, 150 ( (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir, Bakı Şəhər X15 Xidmətinin İnspektorıı Polis X3 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarı tam əsassızdır buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibatı xəta haqqında iş üzrə qər.ınn ləğv edilərək işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Belə ki, o xx.xx.2024-cü il tarixdə Bakı şəhərində özünə məxsus 90DE687 dövlət qeydioyyat nişanlı Nissan March markalı avtomobili ilə hərəkətdə olmuşdur. 05,03.2024-cü il tarixdə onun istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəyə ***-***-**-** nömrədən zəng gəlmiş, özünü Bakı şəhər X15 Xidmətinin əməkdarı Zaur Tağıyev olduğunu bildirmiş və onu Bakı şəhər DYP-nin inzibati binasına 25-ci otağa dəvət etmişdir. O isə öz növbəsində nə üçün çağrıldığımı soruşduqda ona şəhərin bir neçə nöqtəsində inzibati xəta törətməyini bildirmişlər. O həmin şəxslərə bildirmişdir ki, hər hansı inzibati xəta törətməmiş və Gəncə şəhərində yaşadığı üçün onun dediyi yerə getməyəcəyimi bildirmişdir. Beləliklə, ona edilən zəngdən bir gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Asan Pay vasitəsilə ona protokol göndərilmişdir. O isə həmin nömrə ilə əlaqə saxlamış, həmin şəxs protokol tərtib etmədiyini demişdir. 10 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə həmin protokolun qüvvəyə mindiyini Asan Pay vasitəsilə bilmişdir. Belə olduqda o DİN nin 102 çarğı mərkəzinə zəng vuraraq sözügedən qərardan şikayət etmişdir. Ona bildirildi ki bununla bağlı tədbir görüləcək və həmin qərar ləğv ediləcəkdir Lakin hazırkı günə kimi hər hansı nəticəsi olmamışdır.. Belə olan halda o həmin qərarı əldə elmək məqsədilə Gəncə DYP-ya getmiş xx.xx.2024-cü il tarixdə həmin qərarın surətini almışdır. Həmin qərarda hər hansı şəkil, görüntü yoxdur. Sadəcə ümumi əsaslarla ona cərimə tərtib edilmişdir. Qərarda göstərilir ki, guya ki, o xx.xx.2024-cü il tarixdə Bakı şəhəri. Xətai rayonu M.Mehdizadə küçəsi ərazisində avtomobili idarə edərkən yol hərəkəti qaydasını pozaraq avtomobili əks istiqamətdə idarə etmişdir. Əgər belə idisə onda niyə həmin vaxt deyil, həmin hadisənin üstündən təxminən 2 gün keçəndən sonra ona zəng edirlər və o çağrılan yerə getmədikdə, bir gün sonra protokol tərtib edilir. Buradan açıq-aydın görünür ki, o hər hansı vol hərəkəti qavdasını pozmamışdır. Qeyd olunanların nəzərə alınaraq xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın Asan Paydan əldə olunmuş surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixində saat 10:30-da Bakı-şəhər, M.Mehdizadə küçəsində İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.4-cü maddəsinə əsasən qeyd olunur ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına şəkil və video görünütü əlavə edilməmişdir. Məhkəmə tərəfindən DYPŞ-nə sorğu verilsə də verilən sorğuya cavab gəlməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 Bakı şəhər, Xətai rayonu, M.Mehdizadə küçəsində 327.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. Hadisənin xx.xx.2024-cü il tarixdə baş verməsinə baxmayaraq qərar xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə əsas olmuş hallar, hansı inzibati araşdırmanın getməsi barədə məlumatlar məhkəməyə təqdim edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarla X4 İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X5 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 134.1.4, 135.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Bakı şəhər X14 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar