Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1407/2025 21.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 (yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-cü il tarixdə özünə məxsus Hyundai Elantra minik markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən YPX əməkdaşı maşınını saxlatdı və ona dedi ki, guya qaydanı pozmuşdur. Lakin o, qaydanı pozmamışdır. O xahiş etdi ki, görüntü təqdim etsinlər və o da həqiqətən də qaydanı pozmuşamsa, bunu görə bilsin. Lakin YPX əməkdaşı görüntü təqdim etmədi. Ümumiyyətlə ona heç bir konkret izah vermədi. Telefon nömrəsinə gələn sms vasitəsilə xəbər tutdu ki, barəsində İXM-nin 327.2-ci maddəsi ilə tamamilə əsassız hesab etdiyi inzibati qərar qəbul edilmişdir. Lakin qərar ona yazılı formada göndərilmədi. Qərarı almaq üçün Gəncə şəhər DYPŞ-nə müraciət etdi, lakin orada qərarı ona vermək istəmirdilər. Nəhayət ciddi cəhdlərindən sonra xx.xx.2025-ci il tarixdə qərarı birtəhər ala bildi və xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə müraciət edir. İnzibati xəta hadisəsinin baş vermədiyini düşünür. Hesab edir ki, bu qərar ona qarşı haqsızlıqdır. Maddi hüquq normasında nəzərdə tutulduğu kimi, yəni avtomobili ilə üfüqi nizamlama xəttinə çıxaraq sola və ya geriyə dönməmiş və ya maneəni kənardan keçməmişdir. Yəni maddi hüquq normasında qeyd edilən heç bir pozuntunu törətməmişdir. Əlavə olaraq o, müəllimədir, maşını ilə işə gedib-gəlir, həmişə maşınını səliqəli idarə edir və yol hərəkəti qaydalarına əməl etməyə çalışır. Xahiş edir ki, Gəncə şəhər DYPŞ-dən videogörüntünü təqdim etmələrini tələb edəsiniz. Əgər inzibati xəta hadisəsi olubsa, videogörüntüdən aydın olacaq. Odur ki Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərardan şikayət vermiş şəxsə və səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, qərardan şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Bu səbəbdən məhkəmə qərardan şikayət vermiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X2 şəhəri, Krupskaya ərazisində xx.xx.2025-ci il tarixdə saat 08:54-də İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş (yolayrıcını keçmə qaydalarının pozulması) inzibati xətanı törətmişdir və buna görə də onun barəsində xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X3 şikayət ərizəsində bildirmişdir ki, o, avtomobili ilə üfüqi nizamlama xəttinə çıxaraq sola və ya geriyə dönməmiş və ya maneəni kənardan keçməmişdir. Yəni maddi hüquq normasında qeyd edilən heç bir pozuntunu törətməmişdir. Məhkəmə şikayəti əsassız hesab edərək qeyd edir ki, xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və DVD diskdə olan həmin görüntülərdən aydın şəkildə görünür ki, X7 idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş (yolayrıcını keçmə qaydalarının pozulması) inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərarla və DVD-diskdə olan görüntülərlə tam təsdiq olunur. Həmçinin, məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X7 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Gəncə şəhər Baş Polis İdarəsinin X11 X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1407/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1407/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver