Məhkəmə qərarları › İş №3(125)-1410/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1410/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1410/2024 07.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2, X2 Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsinin onun barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsində qeyd etmişdir ki, Gəncə şəhər DYPŞ-nin Polis X1 tərəfindən 28 mart 2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi ilə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilərək 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. Bildirmişdir ki, o Gəncə şəhərində yerləşən 4 nömrəli məktəbin yanında ona məxsus Chevrolet Cruze markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ondan öndə hərəkətdə olan NİVA markalı avtomobil işıqforunun qırmızı işığı yananda, qırmıza işığa məhəl qoymadan keçərək yolun ortasında sağ tərəfdə dayanmışdır. Həmin vaxt o sol tərəfə hərəkət zolağına çıxaraq düzgün qaydada ötmə əməliyyatı edəndə DYP əməkdaşı onu kamera olmayan yerdə saxlamış və ona bildirmişdir ki, ötmə əməliyyatını pozmuşdur. Bundan sonra o Polis əməkdaşına bildirmişdir ki, o heç bir qayda pozuntusu etməmişdir. O, düzgün qaydada manevr etdiyim halda, Niva markalı avtomobil isə işıqforunun qırmızı işığında gözləmədən keçərək qaydanı pozmasına baxmayaraq onu niyə saxlamır? Bundan sonra DYP əməkdaşı ona ötmə əməliyyatını düzgün etmədiyinə görə onun barəsində protokol tərtib edəcəyini, ona cərimə yazacağını bildirmişlər. Sonra o protokolun tərtib olunmasına etirazını bildirmiş və imzalamaqdan imtina etmişdir. Bundan sonra Polis əməkdaşı onu Gəncə şəhər X7 şöbəsinə çağırmışlar ki, gələrsən orada araşdırılar. O isə Şöbəyə gedəndə orada ona bildirmişlər ki, həmin əməkdaş hal-hazırda yoxdur get sonra gələrsən. Bir neçə dəfə Polis şöbəsinə getsə də, heç bir nəticəsi olmamışdır. Bundan sonra o məcbur olub 102 xidmətinə də məlumat vermiş, onun barəsində qərəzli şəkildə protokol tərtib olunub və araşdırma üçün şöbəyə gəlsə də, süründürməçiliklə rastlaşmışdır. Qeyd edir ki, göstərdiyi əsaslara görə haqqında olan inzibati xəta haqqında qərarı əsassız və qanunsuz hesab edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 izahatında şikayət ərizəsində qeyd etdiklərini təsdiq edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:11-də radələrində “CHEVROLET CRUZE” markalı, ** EX *** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X3 həmin maddə ilə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İş materiallarına şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə ilk öncə onu qeyd edir ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, səlahiyyətli orqan tərəfindən onun iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-in 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixində saat 19-11-də Gəncə şəhəri Cavadxan küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə əməliyyatı etdiyinə görə xx.xx.2024-cü il tarixdə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Məhkəmə iclasında X3 qeyd edilən qayda pozuntusunu törətmədiyini bildirirək qeyd etmişdir. İş materiallarına şəkil və video görünütü əlavə edilməmişdir. Məhkəmə tərəfindən Gəncə Şəhər DYPŞ-nə sorğu verilsə də verilən sorğuya cavab gəlməmişdir. xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:11-də radələrində “CHEVROLET CRUZE” markalı, ** EX *** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X3 həmin maddə ilə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. Hadisənin xx.xx.2024-cü il tarixdə baş verməsinə baxmayaraq qərarın xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə əsas olmuş hallar, hansı inzibati araşdırmanın getməsi barədə məlumatlar məhkəməyə təqdim edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Gəncə DYPŞ tərfindən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 134.1.4, 135.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər X7 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar