Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1411/2024 30.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Firəngiz Elçin qızının katibliyi, «X2» Açıq Səhmdar Cəmiyyətinin sədri X1 iştirakları ilə, Hüquqi şəxs «X2» Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X2» Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə 04 aprel 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi «X2» Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-1087/2024 saylı məktubu ilə tələb edilən məlumatı və sənədləri göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməməsi göstərilmişdir. Məhkəməm iclasında «X2» Açıq Səhmdar Cəmiyyətinin sədri X3 izahtında bildirmişdir ki, səhmdar cəmiyyətin bütün üzvlərinə artıqlaması ilə ödənişlər edilmiş və onlar üzvlükdən çıxarılmışdır. Mərkəzi Bankın sorğusunu alsa da cavab verib-verməməsini xatırlamır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 aprel 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «X2» Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-1087/2024 saylı məktubu ilə tələb edilən məlumatı və sənədləri göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 yanvar 2024-cü il tarixli 6-1-26/2-321/2024 saylı sorğu məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına vətəndaş Tapdıq Cəfərovun sorğusu daxil olmuşdur. Vətəndaş öz müraciətində «X2» Açıq Səhmdar Cəmiyyəti tərəfindən dividendlərin ona ödənilmədiyini bildirmişdir. Müraciətdə qeyd edilən məsələnin araşdırılması və nəticəsi barədə məlumatı zəruri sənədlər əlavə edilməklə 7 iş günü ərzində Mərkəzi Banka məlumat verilməsi xahiş edilmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının 13 fevral 2024-cü il tarixli 6-1-26/2-1087/2024 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 yanvar 2024-cü il tarixli 6-1-26/2-321/2024 saylı göstəriş ilə əlaqədar məlumatların bugünə kimi təqdim edilməməsi, qeyd olunan məlumatların 5(beş) iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. Əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna biləcəyi barədə «X2» Açıq Səhmdar Cəmiyyətinə məlumat verilmişdir. Xəbərnamələrin surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 yanvar 2024-cü il tarixli sorğu məktubu 06 fevral 2024-cü il tarixində, Azərbaycan Respublikasının Mərkəzi Bankının 13 fevral 2024-cü il tarixli sorğu məktubu 21 fevral 2024-cü il tarixində poçt vasitəsilə hüquqi şəxs «X2» Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada təqdim edilmişdir; Gəncə Regional MPŞ-nin Bakı şəhər Mərkəzi poçtuna ünvanlanmış teleqramın surətindən görünür ki, SX012406989AZ və SX012395230AZ məktublar «X2» Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Ayət Bağırova verilmişdir. İşçinin səhlənkarlığı səbəbindən heç bir imza və möhür olmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, «X2» Açıq Səhmdar Cəmiyyətinin VÖEN-i **********, hüquqi ünvanı AZ2023, ünvan 3əcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs «X2» Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankın 17 yanvar 2024-cü il tarixli 6-1-26/2-321/2024 saylı və 13 fevral 2024-cü il tarixli 6-1-26/2-1087/2024 saylı göstərişi ilə tələb edilən sənədləri və məlumatı Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs «X2» Açıq Səhmdar Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «X2» Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs «X2» Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1411/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1411/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver