Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1425/2023 17.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin sahə rəisi X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Ü.Hacıbəyov küçəsi, ev 119B, mənzil 1 ünvanında vətəndaş Xəyalə Ocaqquliyevanı döymüşdür. Məhkəmə iclasında iştirak edən Gəncə ŞBPİ-nin 2-ci polis şöbəsinin sahə rəisi X7 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı Şəxs X2 dərəcəsi təyin olmayan xəsarətlər yetirərək döymüşdür. Gəncə şəhər 2-ci polis şöbəsi TB-nin təhqiqatçısı polis kapitanı X8 tərəfindən ilkin araşdırma aparıldıqdan sonra Şəxs əməlində cinayət tərkibi olmadığı üçün 14 iyun 2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş və material inzibati protokol tərtib edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhər 2-ci polis şöbəsinə göndərilmişdir. Buna görə də Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun arvadı X3 ilə ailə münasibətləri pis olduğu üçün arvadı bir müddətdir azyaşlı uşaqları ilə birgə anasının evində qalır. O, arada uşaqlarını görmək üçün qaynanasıgilə gedib uşaqları götürüb bir müddət uşaqlar ilə vaxt keçirdikdən sonra uşaqları arvadına təhvil verir. xx.xx.2023-cü il tarixdə o, uşaqlarını anasına təhvil vermək üçün dostu ilə birgə qaynanasıgilə getmişdir. O, orada qaynanasına ailəsinin dağılmasına imkan verməməsini xahiş etmiş, həmin vaxt onların arasında mübahisə düşmüşdür. Lakin o, həmin vaxt arvadı Xəyaləni döyməmiş, əl vurmamışdır. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, 2018-ci ildə Şəxs ilə rəsmi ailə qurmuş, birgə nikahdan bir övladı olmuşdur. Ailə qurandan sonra Cəfərin valideynləri ilə birlikdə yaşamış, sonra Cəfər spirtli içki qəbul etdiyi üçün aralarında mütəmadi münaqişələr baş vermis, dəfələrlə Cəfər onu döyərək xəsarət yetirmişdir. Buna görə də o, azyaşlı uşaqları ilə birgə anasının evinə getmişdir. Cəfər hərdən gəlib uşaqları götürüb birlikdə vaxt keçirmiş, sonra ona geri qaytarmışdır. xx.xx.2023-cü il tarixdə Cəfərin dostu azyaşlı uşaqlarını onun yanına gətirən zaman Cəfər də evin içərisinə daxil olmuşdur. Cəfər əvvəlcə onun ansı ilə mübahisə etmiş, sonra onun başına əli ilə bir neçə qapaz vuraraq onu döymüşdür. Sonda o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 bildirmişdir ki, zərərçəkmiş şəxs X3 onun qızı Cəfər isə kürəkənidir. Cəfər mütəmadi spirtli içkilər qəbul edir, həmişə evə sərxoş gəlib arvadını döymüşdür. xx.xx.2023-cü il tarixdə Cəfər dostu ilə onun evinə gəlib uşaqları verərkən içəri daxil olub onunla və qızı Xəyalə ilə mübahisə etməyə başlamışdır. X5 başına bir neçə dəfə əli ilə vuraraq döymüş, onu isə öldürəcəyi ilə hədələmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 bildirmişdir ki, o, Cəfərlə qonşu və dostdur. xx.xx.2023-cü il tarixdə o, Cəfərlə birgə uşaqları anasına təhvil vermək üçün Cəfərin qaynansıgilə getmişdir. O, uşaqları verərəkən Cəfər onun yanından keçib evin içərisinə daxil olmuş və qayınanası İradəyə arvadı ilə onu barışdırmasını xahiş etmişdir. Cəfərin evə daxil olmaqda məqsədi barışmaq olmuşdur. O, həmin vaxt qapının ağzında dəhlizdə dayanmış, Cəfər otağa keçmişdir. O, Cəfərin orada Xəyaləni döyməsini görməmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X9 Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 847 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, vətəndaş X1 bədəni üzərində xəsarət müəyyən edilməmişdir. 14 iyun 2023-cü il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında arvadı X3 ilə aralarında şəxsi münasibətləri zəminində mübahisə yaranmış və mübahisə zamanı Xəyalə Ocaqquliyevanı döyərək fiziki ağrılar yetirməklə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati icraat açılması üçün qərarın surəti Gəncə şəhər 2-ci PŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Şəxs törətdiyi xətanı etiraf etməməsi, yəni zərərçəkmiş şəxsi döyməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatın özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlarla tam təkzib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs zərərçəkmiş şəxsi döyməsi, beləliklə İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin və Şahid1 izahatları, barəsində tərtib edilmiş protokol və digər sənədlərlə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1425/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1425/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver