Məhkəmə qərarları › İş №3(125)-1425/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1425/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1425/2024 30.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs оğlunun Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsindən daхil olmuş inzibati xəta haqqında protokol üzrə işə baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İХM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan və əlavə olunmuş sənədlərdən məlum olur ki, Şəxs xx.xx.2023-cü il tarixli, EQ 18300074 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Azərbaycan Respublikasının İXM-in 346.1-ci maddəsinə əsasən 20 (iyirmi) manat məbləğində cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, sözügedən qərardan, yəni xx.xx.2023-cü il tarixli, EQ 18300074 nömrəli elektron qərardan Gəncə Şəhər Məhkəməsinə şikayət vermiş və həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bundan sonra Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, EQ 18300074 nömrəli elektron qərar ləğv olunmuş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Buna görə də hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsinə (DYPŞ) məhkəmə iclаsının vахtı və yеri bаrədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə bахılmаsını mümkün hеsаb еdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 3(125)-3421/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, şikayətin təmin edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş X2 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18300074 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şəxs hərəkətlərində İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. İşin məhkəmə baxışı zamanı müəyyən olundu ki, Gəncə Şəhər Məhkəməsinin 3(125)-3421/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, EQ 18300074 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv olunmuş və Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Belə olan halda Şəxs əməlində İXM-in 529.3-cü maddəsinin tərkibinin yaranmadığı müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 53, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs оğlunun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Аpеllyаsiyа Məhkəməsinə şikаyət vеrilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar