Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1429/2025 25.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Samux rayonu, Qiyaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" İstehsalat Kommersiya Şirkətində operator vəzifəsində işləyən, ünvan 1i ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Rüzgar Qasımov küçəsi, ev 45 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025ci il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1992-ci il tarixdə Samux rayonunda anadan olmuş, Samux rayonu Qiyaslı kəndində qeydiyyatda olan borclu Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-730/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 27552,19 (iyirmi yeddi min beş yüz əlli iki manat on doqquz qəpik) manat tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmamış, icra sənədinin icrasını təmin etməmişdir. Hazırda borclunun borc məbləği cəmi 27552,19 (iyirmi yeddi min beş yüz əlli iki manat on doqquz qəpik) manat təşkil edir. Göstərilənlərə əsasən borclu Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirdi ki, borclu tərəfindən ödənilməyən borc 27552,19 manat təşkil edir. Onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, əvvəllər başqa icra sənədi üzrə olan 1000 manat borcu ilə əlaqədar əməkhaqqına yönəlmələr olduğuna görə hazırkı icra sənədi üzrə olan borcunu ödəyə bilməmişdir. Bugünədək icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Ailə vəziyyətinin nəzərə alınaraq ona vaxt verilməsini, həmçinin borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu bugünədək icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Ona görə də, borcun tam şəkildə ödənilməsini təmin etmədiyi təqdirdə borclunun həbs edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, Samux Rayon Məhkəməsinin 2(058)-730/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 20013 (iyirmi min on üç) manat əsas, 7338 (yeddi min üç yüz otuz səkkiz) manat faiz və 5 (beş) manat cərimə olmaqla, cəmi 27356 (iyirmi yeddi min üç yüz əlli altı) manat alınaraq, Zərərçəkmiş şəxs verilməli, iş üzrə ödənilmiş 206 (iki yüz altı) manat məbləğində dövlət rüsumunun 196,19 (yüz doxsan altı manat, on doqquz qəpik) manat hissəsi Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməlidir. xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(058)-730/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini icraatına qəbul etmişdir. xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət təyin edilmiş və həmin müddətdə borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-730/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə qərarını icra etməməsi barədə xəbərdar olunmuşdur. Borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatda bildirmişdir ki,hər ay əmək haqqına yönəldilərək ödəyə bilər, gələn aylardan isə əmək haqqından tutulan məbləğdən əlavə ödənişlər edə bilər. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən "xxxx" İstehsalat Kommersiya Şirkətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edimişdir ki, aparılmış.icra tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, borclu Şəxs oğlu "xxxx" İstehsalat Kommersiya Şirkətində işləyir. Şəxs hal-hazırda 27553 manat məbləğində borcu vardır. Odur ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci, 63-cü və 65.1-ci maddələrinə əsasən, borclu Şəxs hər ay aldığı əmək haqqısından tələbkar Zərərçəkmiş şəxs bank hesabına yaranmış 27553 manat borc məbləği bitənə kimi 50 %-nə, borc bitdikdən sonra Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına 7% icra ödənişi yəni 1929 manat tutquların aparılmasına və aparılan tutmalar barədə Gəncə şəhəri üzrə İcra İdarəsinə məlumat verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu borcun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş, icra sənədi üzrə heç bir ödəniş etməmiş və tələbkar Zərərçəkmiş şəxs 27552,19 (iyirmi yeddi min beş yüz əlli iki manat on doqquz qəpik) manat ödənilməyən borcu qalmışdır. Borclunun ondan tutulması barədə məhkəmə qətnaməsindən məlumatlı olmasına baxmayaraq tələbkara heç bir ödəniş etməməsi icra sənədinin icrasına səhlənkar yanaşdığını göstərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 25 aprel 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №3(125)-1429/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1429/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver