Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1436/2023 17.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il qərarla icraata başlanılmış Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1632/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2013-cü il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Kazımova (Abdullayeva) Günay Rahil qızına ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə borcunu ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru protokolu müfadiə edib əlavə olaraq qeyd etmişdir ki, Şəxs zərərçəkmiş şəxs Kazımova (Abdullayeva) Günay Rahil qızına cəmi 3180 manat ödəniş etmiş, növbəti aydan hər ay 150 manat ödəniş edəcəyini bildirmişdir. Lakin zərərçəkmiş şəxs yığılmış borcun tam şəkildə ödənilməsini tələb edir. Sonda icra məmuru qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, 6 il həbsdə olmuş, həbsdə olduğu müddətdə işləmədiyi üçün borcu yığılmışdır. 2020-ci ildə o, həbsdən çıxandan mütəmadi olaraq hər ay 100 manat ödəniş edir. O, ikinci dəfə ailə qurmuş və üç uşağı vardır. O, həbsdən çıxdıqdan sonra fəhləlik edib ailəsini dolandırır, yığılmış borcu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarına əlavə edilmiş: - 17 iyul 2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1632/13 saylı 31 xx.xx.2013-cü tarixli icra sənədi üzrə tələb Şəxs tərəfindən icra edilmir. - xx.xx.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-662/2011 nömrəli, 14 aprel 2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs iddiaçı X2 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 93 manat sabit pul müəyyən edilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icara məmuru X4 həmin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1632/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2022-ci il tarixli inzibati məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıqdan görünür ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1632/2013 nömrəli xx.xx.2013-cü il tarixli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşdur. - borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, o, xx.xx.2014-cü il tarixdən etibarən 6 il müddətinə azadlqdan məhrum edildiyi üçün işləməmiş və həbsdə işlə təmin edilməmişdir. Onun həbsdə olduğu müddətdə borcu yığılmışdır. Hər ay 150 manat ödəməklə borcu bağlayacaqdır. Elektron İcra sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Məxsud, xx.xx.2013-cü il təvəllüdlü Ömər və xx.xx.2020-ci il təvəllüdlü Fatimə adlı 3 azyaşlı uşağı vardır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs həbsdə olmasını əsas gətirərək və hər ay 100 manat ödəməklə icra sənədi üzrə tələbi icra etməsi görüntüsünü yaratmağa çalışır. Hazırkı iş üzrə onun barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra o, hər ay ödədiyi məbləği artıraraq növbəti aylardan 150 manat ödəyəcəyini bildirmişdir. Halbuki o, əvvəldən hər ay ən azı 150-200 manat ödəməklə həbsdə olduğu müddətdə yığılmış borcun çox hissəsini ödəyə bilərdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində 3 azyaşlı uşağının olmasını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1436/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1436/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver