Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-144/2022 28.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə qonşusu X2 evinin şüşəsini qıraraq, ona 100 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə X3 məxsus evin pəncərəsinin şüşəsini sındırmaqla ona 100 manat dəyərində maddi ziyan vurmuşdur. Zərər çəkmiş şəxsin müraciəti əsasında araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməli İXM-nin 232-1-ci maddəsinin tərkibini yaratdığından inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd edilən əməli törətməmişdir. Belə ki, zərərçəkmiş şəxslə qonşudurlar, zərərçəkmiş şəxs təxminən 1 il əvvəl ondan 5000 ABŞ dolları borc pul almış, lakin bu günə kimi qaytarmamışdır. Hadisə baş verən gün isə o, pulunu tələb etmək üçün onun evinin pəncərəsini döyüb, pulunu istədikdə zərər çəkmiş şəxs ona heç bir borcu olmadığını bildirərək, onu təhqir etmişdir. Lakin, həmin vaxt o zərərçəkmiş şəxsə məxsus evin pəncərəsini sındırmamışdır. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahatında bildirdi ki, Şəxs onun qonşuluğunda yaşayır. xx.xx.2022-ci il tarixdə Şəxs onun yaşadığı evin pəncərəsini şüşə butulka ilə sındırmış, bununla da ona 100 manat maddi ziyan vurmuşdur. Belə ki, onun evinin pəncəri plastik materialdan olmuş və şüşəsi ikiqat idi. Bu səbəbdən həmin şüşənin yenisinin qoyulması üçün ondan 100 manat pul tələb edilir. Bugünədək pəncərənin şüşəsi sınmış vəziyyətdə qalmaqdadır. Şəxs bundan əvvəl də bir neçə dəfə onları narahat etmişdir. Bu əməllərinə son qoymadığına görə onu bağışlamır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Şəxs barəsində ağır inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, zərər çəkmiş şəxs Elçin Bayramov onun qudasıdır. Hadisə olan gün o, zərər çəkmiş şəxsin evində olmuşdur. Şəxs hadisə günü zərər çəkmiş şəxsin evinə gələrək yüksək səslə ondan nə isə tələb edirdi, bundan sonra Pərvanə Əliyevə zərər çəkmiş şəxsin evinin plastik pəncərəsinin şüşəsini sındırdı. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs zərərçəkmiş şəxsin evinin pəncərəsini sındıraraq ona 100 manat dəyərində maddi ziyan vurduğundan, onun əməlində İXM-nin 232-1-ci maddəsinin tərkib əlaməti olduğundan qərarın surəti 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin və şahidin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, vurulmuş ziyanın bir misli miqdarında, yəni 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(125)-144/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-144/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver