Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-144/2023 24.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X9 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsindən daxil olmuş Şəxs İXM-nin 333.3cü maddəsi ilə inzibati xəta törətməsi barədə tərtib edilmiş iş materialları baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2021-ci il tarixdə “Volkswagen Passat CC” minik markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə (xx.xx.2022-ci il tarixli arayışdan isə görünür ki, yol nəqliyyat hadisəsi “Volkswagen Passat CC” minik markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə deyil “Land Rover minik” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə) İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, yol nəqliyyat hadisəsi xx.xx.2022-ci il tarixdə baş verdiyi üçün hazırda İXM-də nəzərdə tutulmuş müddət keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi izahatında göstərdi ki, qeyd edilən yol nəqliyyat hadisəsi xx.xx.2021-ci il tarixdə baş vermiş və ona yüngül dərəcəli bədən xəsarəti və VAZ 2106 minik markalı avtomobilinə maddi ziyan dəymişdir İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis kapitanı X4 tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs 23 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 263-1.1-ci maddələri ilə elan edilmiş ittihamı dəqiqləşdirmək və əlavələr etmək zərurəti yaranmadığı üçün ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 263-1.1-ci maddələri ilə yenidən ittiham elan edilməməsi və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin nəzərə alınması, Şəxs əməli Azərbaycan Respublikası CM-nin 143, 264, 178.2.2, 178.2.3 və ya 32.4, 312 maddələrində nəzərdə tutulan cinayət əməli kimi qiymətləndirilməməsi və ona həmin maddələr ilə ittiham elan olunmaması, Şəxs sözügedən cinayət əməllərini törətməsi cinayətin residivini yaratmamasının nəzərə alınması, Şəxs törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarəti alması, həmçinin sonuncunun “VAZ 2106 minik” markalı “**-DH- ***” dövlət dövlət qeydiyyat nişanlı avtomobilini zədələməklə maddi ziyan vurmasına görə Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərədə tutulan inzibati xəta əməli kimi qiymətləndirilməsi və onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün bu barədə toplanmış materialın Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi, Şəxs dələduzluq cinayəti zamanı onun 9300 manat yox, 5500 manat əldə etdiyini, yol nəqliyyat hadisəsi ilə əlaqədar isə hadisədən bir gün əvvəl spirtli içki qəbul etdiyini, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarəti yol nəqliyyat hadisəsində deyil, hadisədən əvvəl aldığını, Zərərçəkmiş şəxs2 isə yol ayrıcına işıqforun sarı işığından qırmızı işığına keçərkən daxil olduğunu, dönmə əməliyyatını düzgün icra etmədiyini əsas gətirərək elan edilmiş ittihamla özünü qismən təqsirli bilməsi cinayət işi üzrə istintaq zamanı təsdiq olunmadığından onun ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillər törətdiyi az ağır cinayətlərə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də, məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edildiyindən və cinayət işinin materiallarına uyğun olmadığından əsassız hesab edilərək Şəxs özünü müdafiəsi kimi qiymətləndirilməsi, baş vermiş yol-nəqliyyat hadisəsində “Land Rover minik” markalı “**-CP-***” dövlət qeydiyyat nişanlı və “VAZ 2106 minik” markalı “**- DH-***” dövlət dövlət qeydiyyat nişanlı avtomobillər üzərində baş vermiş hadisənin izləri daşındığından həmin avtomobillər maddi sübut kimi tanınması və müvafiq olaraq sahiblərində olmasının nəzərə alınması, baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən Gəncə Şəhər BPİ-nin TŞ-dən əldə edilmiş 1 ədəd DVD disk, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 yaralı halda xəstəxanaya daxil olmasını özündə əks etdirən X2 əldə edilmiş 1 ədəd DVD disk, həmçinin X1 X6 ilə yaşadığı ünvan 2 ünvanında atası Cavanşir Rüstəmovun iştirakı ilə görüşərək işə düzəltmək üçün lazım olan 8000 (səkkiz min) manat pulu verdiyi vaxt baş verənləri özündə əks etdirən bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmalı və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin xx.xx.2021-ci il tarixli 883 nömrəli (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-döş qəfəsinin ön səthinin yumşaq toxmalarının əzilməsi, hematoması bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 8/2949 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Land Rover markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayyət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş 05 iyun 2021-ci il tarixli, 808/2021 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs hadisə vaxtı orta dərəcəli alkoqol sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, tərəflərin izahatı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspertiza rəyi, sübutların qiymətləndirilməsi haqqında qərar, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materialları ilə müəyyən olunur ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi xx.xx.2021-ci il tarixdə baş vermiş, həmin hadisə ilə bağlı xx.xx.2022-ci il tarixdə protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)-845/2022 nömrəli qərardadı ilə inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinə geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci tarixli inzibati xəta haqqında protokolda olan nöqsanlar aradan qaldırılmaqla yenidən Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi gündən br ildən artıq müddət keçdiyindən, yəni inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-144/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-144/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver