Məhkəmə qərarları › İş №3(125)-1441/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1441/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1441/2024 30.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərov Firəngiz Elçin qızının katibliyi ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X6 Gəncə Regional İdarəsinin nümayəndəsi X1 Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X6 Gəncə Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə Şəhər Məhkəməsinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X6 Gəncə Regional İdarəsindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin icraçı direktoru Şəxs Medi oğlu "xxxx" ASC-nin müvəqqəti istismarında olan 20 nömrəli maşrut xəttində fəaliyyət göstərən ** AE *** nömrəli İsuzu markalı avtonəqliyyat vasitəsini reyqabağı texniki müayinədən keçirilmədən sərnişindaşıma xidmətinə buraxılması aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X6 Gəncə Regional İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirdi ki, "xxxx" ASC ilə aralarında maşınların texniki müayinədən keçirilməsi ilə bağlı müqavilə olsa da həmin gün xəttdə olmayan avtomobil sonradan xəttə qoşulmuş və onlara xəttə qoşulması barədə məlumat verilməmişdir. Məlumat verilmədiyinə görə həmin avtonəqliyyat vasitəsini texniki müayinədən keçirə bilməmişlər. "xxxx" ASC X6 icraçı direktoru Şəxs oğlunun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs Medi oğlu bildirdi ki, o maşınların texniki müayinədən keirilməsi üçün 05 mart 2024-cü il tarixdə "xxxx" MMC ilə müqavilə bağlamışdır. Həmin müqavilə üzrə müəyyən edilmiş məbləği də ödəmişdir. Həmin gün digər nəqliyyat vasitəsində problem yarandığına görə 20 nömrəli maşrut xəttində fəaliyyət göstərən ** AE *** nömrəli İsuzu markalı avtonəqliyyat vasitəsini reysə buraxmışdır. Reysə buraxmazdan əvvəl “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X7 məlumat verilmiş lakin onlar gec gəldiyinə görə nəqliyyat vasitəsini texniki müayinədən keçmədən reysə buraxmışdır. Barəsində başlanmış inzibati xətaq haqında icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş 20 AE198 nömrəli İsuzu markalı avtonəqliyyat vasitəsinin reysqabağı yoxlanılması barədə 000413 nömrəli arayışdan görünür ki, 05 aprel 2024-cü il tarixi üçün yoxlanışdan keçməmişdir. İş materiallarına əlavə edilmiş X2 tərəfindən verilmiş izahatdan görünür ki, o 20 AE198 nömrəli İsuzu markalı avtonəqliyyat vasitəsinin sürücüsü işləyir, həmin günün növbətçi sürücü olmuşdur. Reysqabağı yoxlanış zamanı 20AE269 dövlət qeydiyyat nişanlı İsuzu markalı avtonqəliyyat vasitəsində problem çıxdığı üçün onu növbətçi sürücü kimi işə çağırmışlar.Ona texniki müayinənin zərurliyi bildirilmədiyindən onun avtomobili texniki müayinədən keçmədən reysə çıxmışdır. İş materiallarına 20 AE198 nömrəli İsuzu markalı avtonəqliyyat vasitəsinin reysdə olan zaman çəkilmiş fotoşəkili də əlavə edilmişdir Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 326-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs "xxxx" ASC-nin icraçı direktoru olduğundan və bu fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar