Məhkəmə qərarları › İş №3(125)-1442/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1442/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1442/2025 28.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xankəndi şəhərində qeydiyyatda olmaqla Gəncə şəhəri, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3695/2024 saylı icra sənədinə əsasən Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsinin şərq tərəfində qoyulmasına iddiaçı X2 icazə verilmiş 12x4 metr ölçüdə yüngül konstruksiyadan, daşınan ticarət köşkünün cavabdeh Şəxs qanunsuz sahibliyindən geri alınması və cavabdeh Şəxs həmin ticarət köşkündən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3695/2024 saylı icra sənədinə əsasən borclu Şəxs ticarət köşkündən əşyaları ilə birlikdə çıxarılmalıdır, lakin borclu Şəxs məhkəmənin qətnaməsinin qanunsuz olduğunu göstərərək, iş üzrə tələbi icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həmin ticarət köşkünü Fərhad adlı şəxsdən almışdır. 3 ildən sonra biri çıxıb demişdir ki, “Ora mənimdir.” Onun xəbəri olmadan həmin obyektə dair sənəd almışdırlar. Bu barədə bir-iki ay olar ki, şikayət etmişdir. O, qanuni şəkildə həmin obyekti almışdır, ona sənədi İcra Hakimiyyəti vermişdir. Oranı almaq üçün maşınını da satmışdır. Obyektdən çıxmayacağını bildirdi. İnzibati materiala əlavə edilmiş:- Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3695/2024 saylı icra vərəqəsindən görünür ki, Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsinin şərq tərəfində qoyulmasına iddiaçı X2 icazə verilmiş 12x4 metr ölçüdə yüngül konstruksiyadan, daşınan ticarət köşkünün cavabdeh Şəxs qanunsuz sahibliyindən geri alınması və cavabdeh Şəxs həmin ticarət köşkündən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3695/2024 saylı icra sənədinə əsasən borclu Şəxs ticarət köşkündən əşyaları ilə birlikdə çıxarılmalıdır, lakin borclu Şəxs məhkəmənin qətnaməsinin qanunsuz olduğunu göstərərək, iş üzrə tələbi icra etməmişdir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3695/2024 saylı icra sənədi üzrə icraat başlanmışdır. xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, icra sənədinin icrası məqsədi ilə Şəxs tələbin könüllü icrası barədə məlumatlandırılmış, xx.xx.2025-ci ildə bildirişə imza etməklə surətini qəbul etmişdir. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli izahatların surətlərindən görünür ki, borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunaraq izahatı alınmış, izahatında Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3695/2024 nömrəli qətnaməsinin qanunsuz çıxarıldığını, bu səbəbdən icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyini bildirmiş, tələbi icra etmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdar edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta İXM-in 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar