Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1443/2025 28.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Gəncə Şəhər Prokurorluğunun nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X18 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, xx xxx 1974-cü ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 övladı olan, ali təhsilli, sözlərindən məhkum olunmuş, "xxxx" MMC-də iş icraçısı-briqadar işləməklə MMC tərəfindən Gəncə şəhəri, Atatürk prospektində X15 (xalça fabriki) söküntü (demontaj) işlərinə briqadır və rəhbərlik edən, Gəncə şəhəri, Bursa küçəsi 57-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, D.Qorqud küçəsi, bina 40, mənzil 5-də yaşayan 31 avqust 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 20.00 manat, hüquqi ünvanı ünvan 1yyətli cəmiyyət, VÖEN nömrəsi **********, təsisiçisi X13, qanuni təmsilçisi və direktoru X11 olan "xxxx" MMC tərəfindən Gəncə şəhəri, Atatürk prospektində X15 binasında söküntü işlərində briqadir işlərinin görülməsi işlərinə cəlb edilərək ona verilmiş həmin söküntü işlərinin görülməsi üçün işə fəhlə götürmək və söküntü işlərinə rəhbərlik etmək səlahiyyətindən istifadə edərək əmək müqaviləsi bağlamadan həmin söküntüdə fəhlə işinə götürdüyü X9 Təlim və təlimatlandırma keçmədən və biliklərini yoxlamadan «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5, 6 bəndlərinin tələblərini pozaraq onu 11 avqust 2023-cü il tarixdən 29 oktyabr 2023-cü il tarixə kimi günü 25 manata olmaqla MMC tərəfindən aparılan həmin söküntü (demontaj) işlərinə fəhlə kimi cəlb etmiş, 29 oktyabr 2023-cü il tarixdə isə həmin söküntü işləri zamanı verdiyi tapşırıq əsasında X24 kombinatının giriş qapısından çöldə yerdə olan dəmir ayaqaltının 1,80 metr uzunluğunda olan lesa adlanan dəmir torbasını götürərək başında kaska və əynində xüsusi geyim forması olmadan dəmir torba ilə binanın çöldən giriş hissəsində çıxıntının yerdən 2,80 metr hündürlükdə tavanında olan şüşə lövhələrə vuraraq sındırıb yerə tökərkən sınan şüşənin ona dəyməsi nəticəsində sağ bud nahiyəsinin yarasından ibarət olan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti almışdır. Bununla da texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş "xxxx" MMC-nin Gəncə şəhəri, Atatürk prospektində yerləşən X15 binasında aparılan söküntü “demontaj» işlərinin görülməsinə rəhbərlik edən Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan həmin söküntüdə əmək müqaviləsi olmadan fəhlə işlərinin (xidmətlərinin) görülməsinə cəlb edilmiş zərərçəkmiş şəxs X1 yüngül zərər vurulmasına səbəb olmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. İş üzrə Gəncə Şəhər Məhkəməsinin hakimi Orxan Cəfərli tərəfindən 15 fevral 2024cü il tarixli Qərar qəbul edilmiş, Qərara əsasən "xxxx" MMC-in barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanmış inzibati xata haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə apellyasiya protesti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli Qərarı ləğv edilərək materiallar yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs müfdafiəçisi Vəkil izahatında göstəmişdir ki, Gəncə Şəhər Məhkəməsinin hakimi Orxan Cəfərli tərəfindən 15 fevral 2024-cü il tarixli Qərar qəbul edilmiş, Qərara əsasən Gəncə İlməçi MMC-in barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanmış inzibati xata haqqında iş üzrə icraata xitam verilmişdir. Qərarda texniki səhvlik olmuş, belə ki, vəzifəli şəxs Şəxs barəsində deyil "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lakin buna baxçayaraq məhkəmə iclası zamanı vəzifəli şəxsə münasibətdə araşdırma aparılmış və iş üzrə icraata xitam verilmişdir. Həmin qərar qanuni və əsaslı olmuşdur. Eyni zamanda hazırda inzibati xətanın törədildiyi bildirilən tarixdən 1 ildən çox vaxt keçmişdir. Bu əsaslara görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs vəkilinin fikirləri ilə razı olmasını bildirmiş, onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Gəncə şəhər prokurorunun köməkçisi X10 izahatında bildirmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və buna görə də məhkəmədən Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X2 Filialının 19 yanvar 2024-cü il tarixli Arayışından görünür ki, Şəxs adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsistemində heç bir aktiv əmək müqaviləsi qeydiyyata alınmamışdır. -Gəncə şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin olunmuş, qərar ləğv edilmi. və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. -Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-1172/2024 saylı qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. -Gəncə şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qərarından görünür ki, şikayətçi Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Gəncə X17 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin olunmuş, həmin qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. -Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 3(125)-1172/2024 saylı qərarı ləğv edilmiş, Şəxs şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Gəncə X17 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. - 08 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/9221 nömrəli ekspert rəyində göstərilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 1.29, 2.1, 2.2 bəndlərinin və «Müəssisədə işçilərin əməyin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5,6 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. Məhkəmə, proses iştirakçısının çıxışını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Gəncə şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qərarından görünür ki, şikayətçi Şəxs İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Gəncə X17 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin olunmuş, həmin qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lakin, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Gəncə X17 tərəfindən verilmiş Apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 3(125)-1172/2024 saylı qərarı ləğv edilmiş, Şəxs şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Gəncə X17 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. Vəzifəli şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmuş, yəni "xxxx" MMC-nin Gəncə şəhəri, Atatürk prospektində yerləşən X15 binasında aparılan söküntü “demontaj” işlərinin görülməsinə rəhbərlik edən Şəxs tərəfindən həmin söküntüdə əmək müqaviləsi olmadan işçilərin əməyə cəlb edilməsinə səbəb olmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu əsas ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(104)-492/2024 nömrəli qərarı ilə X5 barəsində İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Gəncə X17 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar qanuni qüvvəyə minmişdir. Azərbyacan Respublikası İnzibati Xətalar məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbyacan Respublikası İnzibati Xətalar məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Belə ki, yuxarıda göstərilən hər iki maddənin şərtlərindəndə görünür ki, Şəxs tərəfindən X14 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və eyni zamanda onun tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməməsi nəticəsində X1 yüngül zərər vurulmuşdur. Bununla yanaşı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında icraatın başlanması haqqında Qərardan görünür ki, inzibati xəta, yəni X7 Şəxs tərəfindən "xxxx" MMC-in Gəncə şəhəri Atatürk prospektində yerləşən X15 binasında aparılan söküntü işlərinin görülməsinə əmək müqaviləsi olmadan cəlb edilərək sağlamlığına yüngül zərər vurulması 23 oktyabr 2023-cü il tarixdə baş vermişdir, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə baxılması üçün məhkəməyə daxil olmuşdur, hazırda isə inzibati xətanın törədildiyi tarixdən 1 ildən çox vaxt keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X12 xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1443/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1443/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver