Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1445/2023 04.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X6 iştirakları ilə, «MGM Group X8 Dış Ticaret Limited Şirkətinin» Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: «MGM Group X8 Dış Ticaret Limited Şirkətinin» Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı Ercan Çoban izahatında Heydər Mamedovun 2023cü ilin mart ayından etibarən təxminən 3 həftə "MGM GROUP X8 Dış Ticaret Limited" şirketinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Gəncə şəhəri X19 işlərin görülməsinə cəlb edildiyini, həmin müddət ərzində Xəqani Quluyevin də filiala həvalə olunmuş işləri yerinə yetirdiyini, habelə Heydər Mamedov izahatında Ercan Çoban tərəfindən 29 yanvar 2023-cü il tarixdən təxminən 3 ay işlərin yerinə yetirilməsinə cəlb ediliyini, Xəqani Quluyev izahatında 29 yanvar 2023-cü il tarixdən təxminən 5 may 2023-cü il tarixədək Ercan Çoban tərəfindən işlərin yerinə yetirilməsinə cəlb ediliyini bildirmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin sorğuya cavab məktubundan görünür ki, “MGM GROUP X8 Dış Ticaret Limited” şirketinin Azərbaycan Respublikasındakı filialı ilə Heydər Mamedov arasında əmək müqaviləsi, müvafiq araşdırmadan sonra, xx.xx.2023-cü il tarixdə bağlanmış, Xəqani Quluyevlə isə ümumiyyətlə əmək müqaviləsi bağlanmamış, lakin sonunculara Ercan Çoban tərəfindən mütəmadi olaraq işlərin görülməsi müqabilində əmək haqqı ödənilmişdir, həmin hal Ercan Çoban, Heydər Mamedov və Xəqani Quluyevin izahatları ilə, habelə Xəqani Quluyevə məxsus "BirBank Cashback Plus” kartı üzrə “Kapital Bank” çıxarışı ilə də təsdiq olunur. Bununla da, “MGM GROUP X8 Dış Ticaret Limited” şirketinin Azərbaycan Respublikasındakı filialının işçisi Ercan Çoban tərəfindən X13 və X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Gəncə şəhəri X12 işlərin görülməsinə cəlb olunması faktı təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin pozulması - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Ona görə də "MGM GROUP X8 Dış Ticaret Limited" şirketinin məsuliyyətə cəlb olunması xahiş edilmişdir. Məhkəmə iclasında Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X14 inzibat icraat haqqında qərarı müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin sorğuya cavab məktubundan görünür ki, “MGM GROUP X8 Dış Ticaret Limited” şirketinin Azərbaycan Respublikasındakı filialı ilə Heydər Mamedov arasında əmək müqaviləsi, müvafiq araşdırmadan sonra, xx.xx.2023-cü il tarixdə bağlanmış, Xəqani Quluyevlə isə ümumiyyətlə əmək müqaviləsi bağlanmamış, lakin sonunculara Ercan Çoban tərəfindən mütəmadi olaraq işlərin görülməsi müqabilində əmək haqqı ödənilmişdir, həmin hal Ercan Çoban, Heydər Mamedov və Xəqani Quluyevin izahatları ilə, habelə Xəqani Quluyevə məxsus "BirBank Cashback Plus” kartı üzrə “Kapital Bank” çıxarışı ilə də təsdiq olunur. Bununla da, “MGM GROUP X8 Dış Ticaret Limited” şirketinin Azərbaycan Respublikasındakı filialının işçisi Ercan Çoban tərəfindən X13 və X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Gəncə şəhəri X12 işlərin görülməsinə cəlb olunması faktı təsdiq olunmuşdur. Ona görə də "MGM GROUP X8 Dış Ticaret Limited" şirketinin məsuliyyətə cəlb olunması xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi X15 izahatında bildirdi ki, Gəncə Şəhər Prokurorluğu tərəfindən «MGM Group X8 Dış Ticaret Limited Şirkətinin” barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar tam əsassızdır. Belə ki, Ekologiya Park kompleksində hər hansı şəxsin əmək müqaviləsi olmadan işləməsi barədə hüquqi şəxsin məlumatı olmamışdır. Ercan Çoban adlı əməkdaşın şirkətin adından işçi götürmək və ya işdən azad etmək kimi bir səlahiyyəti olmamışdır. Şirkət məsələdən xəbər olan kimi şikayətçi ilə əlaqə saxlamış və onun iddia etdiyi məbləğ ona tam şəkildə ödənmişdir. Həmin şəxsində artıq şirkətdən heç bir şikayət və tələbi yoxdur. X1 ilə MGM Group arasında podrat müqaviləsi bağlanmışdır. Belə olan halda müəyyən edilir ki, «MGM Group X8 Dış Ticaret Limited Şirkəti” tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Odur ki, hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, Güven Muhammed və Ercan Çobanın əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinin tərkib əlaməti olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytının çıxarışından görünür ki, "MGM GROUP X8 Dış Ticaret Limited” şirketinin Azərbaycan Respublikasındakı filialı xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış, təşkilatı-hüquqi forması - xarici hüquqi şəxsin filialıdır, ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir. “MGM GROUP X8 Dış Ticaret Limited” şirketinin Azərbaycan Respublikasındakı filialının əsasnaməsidən və digər sənədlərindən görünür ki, filialın təsisçisi Bayrampaşa/İstanbul, Yenidoğan məhəlləsi, Dəmirqapı prospekti, №32, mərtəbə 2 ünvanında yerləşən, xx.xx.2008-ci il tarixdə 684924 nömrəsi ilə qeydə alınmış “MGM GROUP X8 Dış Ticaret Limited” şirkətidir, filialın direktoru, qanuni təmsilçisi Güven Muhammeddir. Filial hüquqi şəxs deyil, ilkin balansı, möhürü və ştampı, üzərində adı yazılmış blankı, firma nişanı və filiala məxsus digər atributları vardır. Filial şirkət tərəfindən təyin edilmiş direktor vasitəsilə idarə edilir. Filialın əməkdaşlarının işə qəbulu və işdən azad edilməsi filial direktorunun səlahiyyətindədir. xx.xx.2023-cü il tarixli podrat müqaviləsinin surətindən görünür ki, "MGM GROUP X8 Dış Ticaret Limited” şirketinin Azərbaycan Respublikasındakı filialının işçisi Ercan Çoban ilə Heydər Məmmədov arasında işlərin görülməsi ilə bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək etibarlı olan podrat müqaviləsi bağlanmışdır. Xəqani Quluyev tərəfindən təqdim olunmuş və materiala əlavə edilmiş Xəqani Quluyevə məxsus “BirBank Cashback Plus” kartı üzrə "Kapital Bank” çıxarışından görünür ki, Ercan Çobana məxsus 4169 7385 6152 6645 nömrəli "Umico” hesab kartından Xəqani Quluyevə məxsus 4169 7388 7170 2456 nömrəli “Kapital bank" kartına xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 350 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin 13 iyul 2023-cü il tarixli 3-17-5/2-25819/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, işəgötürən "MGM GROUP X8 Dış Ticaret Limited" şirketinin Azərbaycan Respublikasındakı filialı ilə işçi Heydər Mamedov arasında əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmış və bildiriş xx.xx.2023-cü il tarixdə Nazirliyin "Əmək və məşğulluq" alt sisteminə əlavə edilmiş, filialla Elçin İbrahimov arasında əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlamış və bildiriş xx.xx.2023-cü il tarixdə sistemə əlavə edilmiş, Nazirliyin “Əmək və məşğulluq” alt sisteminə X7 adına əmək müqaviləsi bildirişi daxil edilməmişdir. X21 tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, Gəncə şəhər ekoloji parkın tikintisində qazanxanada gördüyü işlərin qalıq vəsaitini Ərcan Çobandan almışdır. 01 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, həmin qərarla X16 X17 və X4 işləmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə İXM-nın 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçısının çıxışını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, “MGM Group X8 Dış Ticaret Limited Şirkəti” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “MGM GROUP X8 Dış Ticaret Limited” şirketinin Azərbaycan Respublikasındakı filialının əsasnaməsidən və digər sənədlərindən görünür ki, filialın təsisçisi Bayrampaşa/İstanbul, Yenidoğan məhəlləsi, Dəmirqapı prospekti, №32, mərtəbə 2 ünvanında yerləşən, xx.xx.2008-ci il tarixdə 684924 nömrəsi ilə qeydə alınmış “MGM GROUP X8 Dış Ticaret Limited” şirkətidir, filialın direktoru, qanuni təmsilçisi Güven Muhammeddir. Filial hüquqi şəxs deyil, ilkin balansı, möhürü və ştampı, üzərində adı yazılmış blankı, firma nişanı və filiala məxsus digər atributları vardır. Filial şirkət tərəfindən təyin edilmiş direktor vasitəsilə idarə edilir. Filialın əməkdaşlarının işə qəbulu və işdən azad edilməsi filial direktorunun səlahiyyətindədir. İşin hallarından görünür ki, Ercan Çoban adlı əməkdaşın şirkətin adından işçi götürmək və ya işdən azad etmək kimi bir səlahiyyəti olmamışdır. 01 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X16 X17 və X4 işləmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxs kimi İXM-nın 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2.000 manat məbləğində inzibati cərimə edilmişdir. Ercan Çoban şirkətin rəhbərliyinin məlumatı və icazəsi olmadan X10 və X4 işə cəlb etmişdir. “MGM GROUP X8 Dış Ticaret Limited” şirketinin Azərbaycan Respublikasındakı filialının direktoru Guven X2 ilə daha sonra podrat müqviləsi bağlamışdır. Eyni zamanda Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin məcəllənin 9-cü maddəsinə əsasən unzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiyanın 130-cu maddəsinin İX hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. Azərbaycan Respublikasının Konstitsiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Lakin o da nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ norma kimi ifadə edilməmişdir. Bu baxımdan, vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Həmçinin plenum qeyd edir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilibkeçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. İş materiallarında olan 01 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, həmin qərarla X16 X17 və X4 işləmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə İXM-nın 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Yuxarıda qeyd edilən qanunun normalarını Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi mövqe ilə qarşılıqlı şəkildə təhlil etdikdə görünür ki, bir inzibati xətaya görə həm vəzifəli şəxsin, həm də hüquqi şəxsin məsuliyyətə cəlb edilməsi qanunvericiliklə istisna edilmir çünki faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Eyni zamanda qanunvericilikdə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilməsinin fərqli xüsusiyyətləri müəyyən edilmişdir. Belə ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən digər hallarla yanaşı həmin hüquqi şəxsin maliyyə və əmlak vəziyyəti, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi nəzərə alınmalıdır. Ümumiyyətlə şəxslərin iqtisadi maraqlarının qorunması inzibati xətalar qanunvericiliyinin vəzifəsi kimi təsbit edilmişdir. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, X16 İXM-nın 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2.000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməklə yanaşı “MGM Group X8 Dış Ticaret Limited Şirkəti” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə tənbeh növü tətbiq edilməsi İXM-nin ümumi hissənin norlamalarının tələblərinin pozulması, hüquqi şəxsin iqtisadi maraqlarının qorunmaması, onun maliyyə vəziyətinin nəzərə alınmaması ilə nəticələnmiş olar. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki «MGM Group X8 Dış Ticaret Limited Şirkətinin» Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: «MGM Group X8 Dış Ticaret Limited Şirkətinin» Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1445/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1445/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver