Məhkəmə qərarları › İş №3(125)-1446/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1446/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1446/2025 30.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlu, X1 Azərbaycan Respublikası İXM-in 342.2.2 və 342.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək müəyyən etdi: X3 19 mart 2025-ci il tarixli, 5/1-3394 nömrəli inzibati tənbeh vermə haqqında qərardan Gəncə Şəhər Məhkəməsinə şikayət etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər natamam olduğundan məhkəmənin icraatına qəbul edilmədən X2 qaytarılmalıdır. Belə olan halda məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılması üçün mübahisələndirilən qərar rəsmi şəkildə əldə edilməli (şikayətin vaxtında verilib-verilmədiyini müəyyən etmək üçün) və həmin sənədlər şikayətə mütləq şəkildə əlavə olunmaqla məhkəməyə təqdim edilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmçinin, X1 adından daxil olmuş hazırki şikayət ərizəsindən görünür ki, ərizə onun tərəfindən imzalanmamışdır. Belə olan halda hazırki şikayət ərizəsinin onun iradəsinin ifadəsi hesab etmək mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, ərizə natamam olmaqla yanaşı zəruri şərtlərə cavab vermir. Ona görə də məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə onu vermiş şəxsə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 19 mart 2025-ci il tarixli, 5/1-3394 nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar