Məhkəmə qərarları › İş №3(125)-1448/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1448/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1448/2025 29.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, xx.xx.1989-cu il təvəllüdlü, ali təhsilli, evli, məhkumluğu olmamış, Gəncə şəhəri, DOS-6, Ev 4, m.2 ünvanında qeydiyyatda olan və yaşayan Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızı barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3625/2022 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən borclu Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızından 17200 manat və 30 manat dövlət rüsumu alınaraq tələbkar X2 xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızına tələbi könüllü icra etməsi jüçün bjildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcunun ödənilməsi tələb edilmişdir. Lakin borclu Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızı bu günki tarixədək borcundan cəmi 2200 (iki min iki yüz) manat ödəniş etmiş, hazırda borclunun bu günə olan borcu 15030 manat borcu var. Borclu sonincu izahatında borcunu hazırda ödəyə bilmədiyini bildirmişdir. Belə ki, borclu Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Bundan əlavə olaraq borclu Hökmalıyeva (Əlixanova) X11 şəhəri üzrə İcra İdarəsinə polis əməkdaşları tərəfindən gətirilmişdir. Göstərilənlərə əsasən borclu Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X9 çıxışında tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək qarşı tərəfin borcu tam tələb etdiyini və tərəflərin heç bir razılığa gələ bilmədiyini bildirərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında noyabr ayında hamilə olduğundan işə çıxa bilmədiyindən borcu ödəmək üçün imkanının olmadığını və çağırışlara gələ bilmədiyini bildirmişdir. Sonda onun barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş edir. İş materiallarına əlavə edilmiş: - 29 aprel 2025-ci il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə Apellyasiya məhkəməsinin 2(104)-3625/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızından 17200 manat alınaraq tələbkar X4 ödənilməlidir. - Gəncə Apellyasiya Məhkəməsinin 2(104)3625/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, X5 17200 manat aliment tutularaq tələbkar X4 verilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 Apellyasiya məhkəməsinin 2(104)-3625/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu X7 tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət təyin edilmiş və həmin müddətdə borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, X1 Apellyasiya məhkəməsinin 2(104)-3625/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşdur. - xx.xx.2022-ci il tarixli, 8(125)-589/2022 saylı Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3625/2021 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair borclu Şəxs ərizəsinin təmin edilməməsi qərara alınmışdır. - borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, o, maddi vəziyyətinin ağır olduğundan ödəniş edə bilmədiyini bildirmişdir. - borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o, hal-hazırda ödəniş edə bilmədiyini və borcun əmək haqqından tutulmasına etiraz etmədiyini bildirmişdir. - xx.xx.2023-cü il tarixli, 8(125)-384/2023 saylı Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən Şəxs Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)- 3625/2021 nömrəli icra sənədinin icrası ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. - borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, ayda 345 azn əmək haqqı aldığını və onun 50% borcu ödəmək üçün razı olduğunu və ödəməkdən boyun qaçırmadığını bildirmişdir. - 08 may 2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə Apellyasiya məhkəməsinin 2(104)-3625/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X5 17200 manat alınaraq tələbkar X4 ödənilməlidir. - xx.xx.2023-cü il tarixli, 8(125)-677/2023 saylı Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)- 3625/2021 nömrəli icra sənədi üzrə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılması qərara alınmışdır. - borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o, maddi vəziyyətinin çətin olduğundan ödəniş edə bilmədiyini və hissə-hissə ödənişlər edərək borcun tez bir zamanda ödəyəcəyini bildirmişdir. - 16 dekabr 2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə Apellyasiya məhkəməsinin 2(104)-3625/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X5 17200 manat alınaraq tələbkar X4 ödənilməlidir. - borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, hal-hazırda öhdəsində azyaşlı övladı olduğunu və imkanının çox aşağı olduğuna görə öhdəliyini tam şəkildə ödəyə bilmədiyini amma imkanı düzələndə mütləq şəkildə ödəyəcəyini bildirmişdir. - işə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, borclu Şəxs 27 yanvar 2023-cü il tarixdə doğulmuş X15 adlı azyaşlı uşağı var. - işə əlavə edilmiş doğum evinin, xəstəxananın doğum şöbəsinin doğulmuş uşaq haqqında məlumat kartından məlum olur ki, xx.xx.2025-ci il tarixdə borclu Şəxs ikinci övladı dünyaya gəlmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qərara gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 1000 (bir min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar