Məhkəmə qərarları › İş №3(125)-1464/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1464/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1464/2024 25.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Şikayət vermiş şəxs X4 vəkili Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Mübahisələndirilmiş inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin baş məsləhətçisi – baş əmək müfəttişi X6 iştirakı ilə, X4 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin rəisi X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27 iyul 2023-cü il tarixdə X1 Beynəlxalq Xəstəxanasında iş vaxtı şəxsi ehtiyatsızlıq nəticəsində xəsarət almışdır. xx.xx.2023-cü il tarixdə hadisə yerinə baxış keçirilən zaman aşkar olunmuşdur ki, şəxsi ehtiyatsızlıq nəticəsində sağ əlin böyük həcmli yarası və əl barmaqlarının ciddi əzilməsi xəsarətini almışdır. Həmin məsələ ilə bağlı əmək müfəttişliyi və prokurorluqda araşdırma aparılmışdır. X12 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin protokolu əsasında Gəncə Şəhər Məhkəməsinin 3(125)-3243/2023 saylı 25 dekabr 2023-cü il tarixli inzibati qərarı əsasında X7 İXM-nin 198.3 -cü maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 manat məbləğində cərimələnmişdir. Həmçinin xəstəxananın digər əməkdaşı Ruslan Əsgərov barədə prokurorluğun qərarı əsasında məhkəmənin icraatında inzibati işə baxılır və hüquqi şəxs olaraqda "xxxx" MMC barəsində məhkəmə icraatında İXM-nin 198.3 və 199-cü maddəsi ilə inzibati iş vardır. Hal-hazırda da prokurorluğun qərarı əsasında X12 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi "xxxx" MMC-nin baş direktoru Gülnar Paşayevanı İXM-nin 199-cu maddəsinə əsasən 900 manat cərimə edib. Yəni eyni əmələ görə bir neçə şəxş bir neçə dəfə cərimələnib və analofi işlər məhkəmə icraatındadır. Hesab edir ki, Az.Res, ƏƏSMN-nin yanında X12 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin MN ******* nömrəli 29 mart 2024-cü il tarixli qərarı ilə inzibati tənbeh vermə haqqında qərarı məhkəmə tərəfindən ləğv edilməlidir. "xxxx" MMC-nin rəhbərliyi hər-hansı qanun pozuntusu etməmiş, bununla hüquqi şəxsin və vəzifəli şəxs olaraq baş direktorun heç bir təqsirli olmamışdır. Qeyd olunan maddi və prosesual hüquq normalarının pozuntusu ilə bağlı qərar qəbul edilmişdir. O, bir sahibkar kimi qanunvericiliyin tələblərini pozmamış və pozuntuyla bağlı faktlar təsdiqini tapmamışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 vəkili Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə bildirdi ki, maraqlarını müdafiə etdiyi X8 fəaliyyəti dövründə iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməsi istiqamətində bütün tədbirləri həyata keçirmişdir. Qeyd etdiyi faktı təsdiq edən sənədləri məhkəməyə təqdim edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin baş məsləhətçisi – baş əmək müfəttişi X10 bildirdi ki, Gəncə Şəhər Prokurorluğu tərəfindən hadisə ilə bağlı araşdırma aparılmış, barəsində tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 təqsiri öz təsdiqini tapmışdır. Şikayətin təmin edilməməsini tənbeh vermə haqqında qərarın qanuni hesab edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində göstərilən inzibati xətanı törətmiş hesab edilərək 900 manat məbləğində inzibati cərimə edilmişdir. “Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimat jurnalı”ndan çıxarışdan görünür ki, X5 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmışdır. “Camaşırxana ümumi təhlükəsizlik təlimi jurnalı”ndan çıxarışdan görünür ki, X5 camaşırxana ümumi təhlükəsizlik təliminə cəlb edilmişdir. X3 tibbi və texniki personalının iştirakı ilə xx.xx.2023-cü il tarixdə keçirilmiş “Texniki təhlükəsizlik və sanitar-epidemioloji təhlükəsizliyi norma və qaydalarının icrasının gözlənilməsi” mövzusunda təlim protokolundan görünür ki, təlimdə tibbi, texniki və mühafizə personalı iştirak etmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmişdir ki, işə götürənin işçi qarşısında məsuliyyəti yalnız Əmək Məcəlləsinin 191-ci maddəsində göstərilən aşağıdakı şərtlər eyni anda mövcud olduqda yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Hazırki işlə bağlı məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X8 rəhbərlik etdiyi müəssisə daxilində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi istiqamətində bütün tədbirləri həyata keçirmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, onun əməlində inzibati xəta tərkibi olmamış, baş vermiş zərərli nəticə ilə onun əməli arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X8 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar